10-04-2023, 13:48
Türkiyədə kütləvi insan yaralanmasıyla nəticələnən qəza baş veribTürkiyənin Eskişəhir şəhərində sərnişin avtobusu, yük maşını və hərbi maşının iştirakı ilə ağır yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında olub. Məlumata görə, qəza nəticəsində 12-si hərbçi olmaqla 14 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 2-nin vəziyyəti ağırdır. Hazırda qəzanın səbəbləri araşdırılır.
9-04-2023, 20:31
Gürcüstan müxalifəti ayağa qalxdıGürcüstan müxalifəti parlament binası qarşısında aksiyaya başlayıb. "Vahid Milli Hərəkat" partiyası ölkənin Avropaya inteqrasiyasını dəstəkləmək məqsədilə aksiya keçirir. Nümayişçilər "Rusiyaya yox", "ruslaşdırılmağa yox" kimi şüarlar səsləndirirlər. Aksiya səbəbindən parlament binasının qarşısındakı prospektdə hərəkət məhdudlaşdırılıb, əraziyə polis əməkdaşları cəlb edilib.
9-04-2023, 20:29
ABŞ İranı çəkindirmək üçün Yaxın Şərqə sualtı qayıq göndərdiABŞ İranı çəkindirmək və dünyanın ən işlək gəmi
kanallarından birinin sabitliyini qorumaq məqsədi ilə Yaxın Şərqə sualtı qayıq göndərib. Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin sözçüsü Timoti Hokins bildirib. Bundan əvvəl ABŞ gəmisinin Süveyş kanalından keçdiyi açıqlanıb. Hopkinson sözlərinə görə, 154 ədəd "Tomahawk" qanadlı raket daşıya bilən gəmi aprelin 6-da bölgəyə daxil olub. "Son hadisələr, o cümlədən Suriyadakı zərbələr və İranın ticarət gəmilərinə açıq təhdidləri bizi ayıq-sayıq olmağa vadar etdi", - ABŞ təmsilçisi deyib. Xatırladaq ki, ABŞ və İsrail kəşfiyyatı İranın Yaxın Şərqdə yeni hücumlara hazırlaşması barədə məlumat yayıb.
9-04-2023, 18:47
Qərbin çox təmkinsiz reaksiyasını görürük - Peskov
"Qərb ABŞ-ın Avropadakı nüvə silahlarını yada salmır, amma Rusiyanın Belarusda belə silahlar üçün anbarlar tikmək planlarına isterik reaksiya verir". Bunu Kremlin sözçüsü Dmitri Peskov “Rossiya-1” telekanalına müsahibəsində deyib. Moskvada keçirilən danışıqlarda Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkonun nüvə silahı mövzusunu müzakirə etmələrini şərh edən Peskov əlavə edib: "Bəli, bu, indi çox vacib mövzudur. Biz kollektiv Qərbin çox təmkinsiz reaksiyasını görürük. Xüsusən, prezident Putinin verdiyi açıqlamalara”.
9-04-2023, 18:42
Moskvada keçiriləcək dördtərəfli görüş ertələndiRusiya, Türkiyə, Suriya və İranın XİN başçılarının Moskvada keçirilməsi planlaşdırılan görüşü ertələnib. Görüş sabah keçirilməli imiş. Lakin açıqlanmayan səbəblərdən tədbir may ayına təxirə salınıb.
9-04-2023, 18:29
Fransada bina çökdü - Yaralananlar varFransanın Marsel şəhərinin mərkəzində yaşayış binasının çökməsi nəticəsində 5 nəfər xəsarət alıb. Bu barədə şəhər meri Benoit Payan bildirib.
9-04-2023, 18:26
İran hicab taxmayan qadınlara qarşı bu tədbirə əl atdıİranda məcburi geyim qaydalarına əməl etməyən qadınların sayının artmasının qarşısını almaq üçün ictimai yerlərdə və küçələrdə kameralar quraşdırılır. Bu barədə “Mizan” informasiya agentliyi məlumat yayıb. İran polisinin yaydığı məlumatda bildirilib ki, küçədə başıaçıq gəzən qadınlar ilk mərhələdə xəbərdarlıq məktubları alacaqlar. Bu addımın “hicab qanununa qarşı müqavimətin qarşısının alınması” məqsədi daşıdığı, bu cür müqavimətin ölkənin mənəvi imicinə xələl gətirdiyi və etibarsızlıq mühiti yaydığı diqqətə çatdırılıb. Qeyd edək ki, ötən ilin sentyabr ayında 22 yaşlı Məhsa Əmininin ölümündən sonra iranlı qadınların bir çoxu çadradan imtina edib.
9-04-2023, 18:21
Suriyadan İsrailə raket zərbəsiSuriya ərazisindən İsrailə 3 raket atılıb. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, raketlərdən biri Qolan təpələrinə düşb, digərləri İsrail ərazisindən yan keçib. "Sky News Arabia" kanalı qeyd edir ki, İsrail ordusunun tankları cavab olaraq Suriya ərazisini atəşə tutub. Xatırladaq ki, bir neçə gün əvvəl Livandan İsrail ərazisinə 34 raket atılıb. Raketlərdən 25-nin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu, 5-nin İsrail ərazisinə düşdüyü bildirilib. İsrail hücumun HƏMAS qruplaşması tərəfindən həyata keçirildiyini açıqlayıb. Buna cavab olaraq İsrail ordusu Livan və Qəzzaya cavab zərbələri endirib.
9-04-2023, 18:19
Ərdoğan israilli həmkarı ilə telefon danışığı aparıbTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsxaq Herzoq ilə telefon danışığı aparıb. Bu barədə məlumatı Türkiyə tərəfi yayıb. Telefon danışığı zamanı əl-Əqsa məscidi ətrafında baş verən hadisələr müzakirə olunub.
8-04-2023, 23:00
Ukrayna sursat çatışmazlığı ilə üz-üzə qaldı Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı müharibədə ciddi sursat çatışmazlığı ilə üzləşib. Bu barədə Amerikanın nüfuzlu “The Washington Post” (WP) qəzetində dərc edilən məqalədə bildirilib. Nəşr adı açıqlanmayan Ukrayna zabitinə istinadən yazıb ki, hərbçilər Rusiya Silahlı Qüvvələri tərəfindən atılan, ancaq partlamayan hərbi sursatlarını toplamağa məcbur olub. Zabit deyib ki, Ukrayna ordusu gündə təxminən 7700 mərmi istifadə edir. “Bizim çoxlu sursatımız yoxdur, ona görə də çox iş görmürük”, - ukraynalı döyüşçü qeyd edib. Bildirilib ki, Ukrayna hərbçiləri Rusiya qoşunlarının tərk etdiyi əraziləri gəzərək partlamamış hərbi sursatları axtarır. Tapılan sursatlar Ukraynanın şərqindəki gizli emalatxanalarda təkrar emal edilir.
Məlumata görə, Ukrayna ordusu daha çox Sovet dövründən qalma silahlar üçün mərmi çatışmazlığı yaşayır. Hazırda 152 mm və 122 mm-lik mərmiləri saxlayan ölkələr əsasən keçmiş sovet respublikalarıdır, bu ölkələrin bir çoxu Rusiya ilə əlaqələri səbəbindən bu mərmiləri Ukraynaya satmaqda tərəddüd edir. Qərb ölkələrinin verdiyi artilleriya üçün 155 mm çaplı mərmilər istifadə edilir, bu silahlar üçün hələlik çətinlik yaşanmır. Buna baxmayaraq, Qərb dövlətləri sursat istehsalını artırmağa çalışır.