Ermənistan Müdafiə Naziriliyi hərbi təlimlərlə bağlı açıqlama verdi
Dünən Pentaqonun saytında “Defender 2023” təlimi ilə bağlı informasiyada Ermənistan da iştirakçı ölkələr siyahısına salınıb. Lakin bir müddət sonra ABŞ Müdafiə Nazirliyi dəyişiklik edib və Ermənistan iştirakçılar siyahısından çıxarılıb. "Armenpress" məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyana müraciət edib. Torosyan "Ermənistan Silahlı Qüvvələri bu təlimlərdə iştirak edəcəkmi?" sualını belə cavablandırıb: "Bu il Müdafiə Nazirliyi ABŞ-ın Avropadakı Ordu Komandanlığının təşkil etdiyi iki hərbi təlimdə iştirak etməyi planlaşdırır: Bunlar KFOR (Kosova Qüvvələri) və "Saber Junction" təlimləridir".
Blinken İsçevin NATO-ya üzv olacağı tarixi açıqladı
ABŞ dövlət katibi Antoni Blinken etiraf edib ki, Dövlət Departamenti Əfqanıstanın Taliban tərəfindən ildırım sürəti ilə ələ keçirilməsinə hazır deyildi. Onun sözlərinə görə, Vaşinqton 2021-ci ildə paytaxt Kabilin Talibanın nəzarətinə keçəcəyini də gözləməyib. "Bu, çox çətin hesab olunurdu, lakin açıq-aydın baş verdi və çox ciddi bir hadisə idi. Buna hazırlaşmaq üçün daha çox şey edilə bilərdi və edilməli idi", - ABŞ rəsmisi vurğulayıb. Blinken İsveçin NATO-ya daxil olma tarixini də açıqlayıb: "Bu, iyulun 11-də baş verəcək, çünki Macarıstan və Türkiyə istisna olmaqla, demək olar ki, bütün alyans ölkələri İsveçin üzvlüyünü təsdiqləyib".
Ermənisatan NATO-nun hərbi təlimlərində iştirak edə bilməyəcək
Ermənistan NATO-nun aprelin 22-də başlayacaq hərbi təlimlərində iştirak edəcək ölkələrin siyahısından çıxarılıb. Bu barədə Ermənistanın "Hayeli" nəşri məlumat yayıb. Bildirilib ki, Pentaqonun rəsmi saytında dərc edilmiş siyahıda dəyişiklik edilib və Ermənistan həmin siyahıdan kənarlaşdırılıb. Bundan əvvəl Pentaqonun rəsmi nümayəndəsi Sabrina Sinqh təlimdə Ermənistanın da iştirak edəcəyini bildirmişdi. Lakin sonradan bu ölkənin siyahıdan çıxarılmasının səbəbi açıqlanmayıb.
Ukrayna əks-hücuma yaxın həftələrdə başlayacaq - Blinken
ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın əks-hücumunun yaxın həftələrdə başlayacağını bildirib. Onun sözlərinə görə, Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin bu hərəkətlərini dəstəkləyəcək. Blinken əlavə edib ki, Krımın qaytarılıb-qaytarılmaması ilə bağlı qərarı Ukrayna verməlidir. "Ukrayna demokratik ölkədir. Prezident Volodimir Zelenski ölkəyə rəhbərlik etmək üçün məsuliyyət daşıyır, lakin o, ukraynalıların iradəsini dinləməlidir", - o qeyd edib.
Türkiyənin ən böyük hərbi gəmisi istifadəyə hazırlaşır
Türkiyənin ən böyük döyüş gəmisi gələn həftənin ilk günü istifadəyə veriləcək. Bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin sədri İsmail Dəmir məlumat verib. "TCG Anadolu" adlı gəminin Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcəyi bildirilir. Gəmi zirehli maşınlar, təyyarə, helikopter və pilotsuz uçuş aparatını daşıyacaq. Gəminin uzunluğu 231 metr, eni 32 metrdir. "TCG Anadolu" gəmisi, həmçinin pilotsuz uçuş aparatlarının uçuşu üçün nəzərdə tutulub.
Fransada etirazçılar prezidentin sevimli kafesini yandırdı
Pensiya islahatına etiraz edən aksiyaçılar Fransa Prezidenti Emmanuel Makronun sevimli kafesini yandırıb. Bu barədə "Reuters" agentliyi yazıb. Parisdə yerləşən "La Rotonde" adlanan kafenin qarşısında etirazçılarla polis arasında toqquşma yaşanıb. Aksiyaçılar polisə butulka və boya atıb. Şəhərin digər hissəsində qara geyimli anarxistlər iki bankın şüşələrini sındırıb, daha sonra polislərə hücum ediblər. Xatırladaq ki, Fransada qalmaqallı pensiya islahatları layihəsi təqaüd yaşının 62-dən 64-ə qaldırılmasını, habelə bəzi xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutur. Hökumətin pensiya islahatı ölkədə kütləvi etirazlara səbəb olub.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib. Bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova məlumat yayıb. O qeyd edib ki, bu gün Lavrov Türkiyədə işgüzar şam yeməyində iştirak edib, rəsmi danışıqlar isə sabah olacaq.
Türkiyənin İstanbul şəhərində istifadə olunmayan bina çöküb. Bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, beşmərtəbəli binanın beton konstruksiyası dağılmağa başlayıb və bu səbəbdən bina çöküb. Hadisə yerinə gələn polis və xilasedicilər tərəfindən əraziyə giriş-çıxış bağlanıb. Uçqun nəticəsində xəsarət alan olmayıb.
Son iki ayda Türkiyədə 25 minə yaxın zəlzələ baş verib
Türkiyədə 6 fevral tarixində baş vermiş zəlzələdən sonra ümumilikdə 24 927 yeraltı təkan qeydə alınıb. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.
Hələlik sülh yolu ilə nizamlanma perspektivləri görünmür - Peskov
"Rusiya Federasiyası üçün əməliyyatların davam etdirilməsindən başqa yol yoxdur, hələlik sülh yolu ilə nizamlanma perspektivləri görünmür". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Çinin vasitəçilik potensialı var, lakin Ukrayna məsələsində vəziyyət hələ də mürəkkəbdir. Rusiya Federasiyası NATO-nun ölkə sərhədlərinə yaxınlaşması kontekstində qitədə təhlükəsizlik arxitekturasını tarazlaşdırmaq üçün tədbirlər görür. Moskva Serbiya və NATO üzvləri tərəfindən planlaşdırılan təlimləri çox diqqətlə izləyəcək. Belqrad ölkəni anti-Rusiya mövqeyi tutanların ixtiyarına vermək üçün görünməmiş təzyiq altındadır. NATO Rusiya Federasiyasına doğru genişlənir, Rusiya isə ona yaxınlaşmır", - sözçü bildirib. "Kremldə ölüm hökmünə qoyulan moratoriumun ləğvi məsələsi müzakirə olunmur. Putinlə Lukaşenko arasında ünsiyyət çox uzun və mənalı idi, gecə yarısına qədər uzandı", - Peskov söyləyib. O, Putinin Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalınla görüşdüyünü təsdiqləyib.