13 ölkənin NATO nümayəndəsi Ceyhun Bayramovla görüşdü .....                        Prodüser Təranənin cəzası azaldıldı .....                        Bizə zəmanət verilib, Zəngəzurdan İrana təhdid olmayacaq - Arakçi .....                        Köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO .....                        Çexiya hökuməti istefa verdi .....                        Hikmət Hacıyev Böyük Britaniyanın ticarət elçisi ilə görüşdü .....                        İmişlidə yanğın - 2 nəfər zəhərləndi .....                        Əməkdar artist vəfat etdi - FOTO .....                        Saakaşviliyə yeni cinayət işi açıldı .....                       
4-04-2023, 23:02
ABŞ-dan Ukraynaya növbəti hərbi yardım

ABŞ-dan Ukraynaya növbəti hərbi yardım

ABŞ Ukrayna üçün növbəti hərbi yardım paketini təqdim edib. Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. Yeni hərbi yardım paketinin həcmi 2.1 milyard dollardır. Paketə "Patriot" zenit-raket sistemləri üçün əlavə sursat, HIMARS raket sistemləri üçün döyüş sursatları, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, 120 mm-lik minaatan mərmisi, 120 mm və 105 mm tank sursatları, TOW raketləri və digər silah və sursatlar daxildir.
4-04-2023, 22:57
Paşinyan özünə yeni müşavir təyin etdi

Paşinyan özünə yeni müşavir təyin etdi

Ermənistanın baş naziri Nikol Paşinyan özünə yeni müşavir təyin edib. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Bildirilib ki, İrəvanın keçmiş meri Hraçya Sarkisyan baş nazirin müşaviri təyin edilib. Sarkisyan 2018-ci ilin sentyabrında keçirilən böyük şəhər bələdiyyə seçkiləri zamanı İrəvan bələdiyyə şurasının üzvü seçilib. Bundan sonra o, şəhərin birinci vitse-meri təyin edilib. 2021-ci ilin dekabrında isə mer seçilib. Sarkisyan bu il martın 17-də istefa verib.
4-04-2023, 22:51
Türkiyə XİN amerikalı həmkarıyla görüşdü

Türkiyə XİN amerikalı həmkarıyla görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Entoni Blinkenlə görüşüb. Bu barədə Çavuşoğlu özünün "Twitter" hesabında məlumat yayıb. Görüş Belçikanın paytaxtı Brüsseldə NATO-nun mənzil-qərargahında baş tutub. Diplomatlar Türkiyə-ABŞ münasibətlərini müzakirə edib.
4-04-2023, 22:49
Finlandiyanın NATO-ya üzvlüyü təhlükəsizliyi zəiflədəcək - Rusiya XİN

Finlandiyanın NATO-ya üzvlüyü təhlükəsizliyi zəiflədəcək - Rusiya XİN

"Britaniyanın Ukraynaya uran mərmiləri tədarükü ən böyük eskalasiya hərəkəti olardı". Bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov deyib. "Rusiya ilə ABŞ arasında münasibətlərin hazırkı vəziyyətini “çökmək” sözü ilə izah etmək olar, buna ABŞ tərəfi cavabdehdir. START-ın dayandırılmasından sonra Rusiya öz təhlükəsizliyini təmin etmək üçün əlavə imkanlar əldə etdi. Şimali Avropanın təhlükəsizliyi Finlandiya NATO-ya daxil olduqdan sonra artmayacaq, əksinə zəifləyəcək. Rusiya Federasiyası Finlandiyanın NATO-ya daxil olmasına sakit şəkildə, lazımi anda cavabını verəcək", - deyə Lavrovun müavini bildirib.
4-04-2023, 22:40
Blinken NATO-nun baş katibi ilə bir sıra məsələləri müzakirə etdi

Blinken NATO-nun baş katibi ilə bir sıra məsələləri müzakirə etdi

ABŞ dövlət katibi Antoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş keçirilib. Görüşdə blokun Ukraynaya dəstəyinin davam edəcəyi vurğulanıb. Tərəflər Belçikada keçirilən görüşdə həmçinin Çinlə bağlı müzakirələr aparıblar.
4-04-2023, 22:38
Finlandiyanın NATO-ya daxil olması vəziyyətin gərginləşməsidir - Peskov

Finlandiyanın NATO-ya daxil olması vəziyyətin gərginləşməsidir - Peskov

"Finlandiyanın NATO-ya daxil olması Rusiya Federasiyasını öz təhlükəsizliyini təmin etmək üçün əks tədbirlər görməyə məcbur edir". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya Federasiyası Finlandiya ərazisində NATO infrastrukturunun və silahlarının yerləşdirilməsinə ciddi nəzarət edəcək. Finlandiyanın NATO-ya daxil olması vəziyyətin gərginləşməsidir, bu, Rusiyanın təhlükəsizliyinə qəsddir. Hərbçilərimiz NATO-nun Finlandiyadakı hərəkətlərinə reaksiya barədə dərhal məlumat verəcək", - deyə o bildirib. Peskov Rusiya prezidentinin görüşü barədə də məlumat verib: "Putin ötən həftə Moskvada Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə müşavirini qəbul edib".
4-04-2023, 14:26

4-04-2023, 13:33
Erməni özlərinin basdırdığı minaya düşdü

Erməni özlərinin basdırdığı minaya düşdü

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı qeydə alınıb. Xocavənddə qanunsuz məskunlaşan ermənilərdən biri özlərinin basdırdıqları minaya düşüb. Xəstəxanaya yerləşdirilən şəxsə sol ayağın travmatik amputasiyası diaqnozu qoyulub. Məlumata görə, həmin gün 3 erməni Qırmızı Bazar istiqamətində qulançar yığmağa gedib. Onlardan biri minaya düşüb.
4-04-2023, 13:19
Erməni deputatlar arasında gərgin ab-hava davam edir

Erməni deputatlar arasında gərgin ab-hava davam edir

Ermənistan parlamentdə ombudsman vəzifəsinə namizədlərin müzakirəsi gərgin şəraitdə gedir. Hakim partiya müxalifətdən olan komissiya rəhbərini iclas keçirmək səlahiyyətindən məhrum etməklə hədələyib. Belə ki, “Mülki müqavilə” partiyasının üzvləri insan hüquqlarının müdafiəsi komissiyasına rəhbərlik edən Taquhi Tovmasyanın iclası aparmasından narazıdır. Onların fikrincə, o, müxalifətin namizədi Edqar Kazaryanın təxribat xarakterli şərhlərinə cavab vermir. Müxalifət namizədi Edqar Kazaryanın hakimiyyəti “cinayətkar rejim” adlandırmasından sonra mübahisələr yenidən güclənib. İqtidar partiyasının katibi Artur Ovanisyan cavab olaraq onu “kloun” adlandırıb və hədələyib: “Bir də belə danışsan, peşman olacaqsan”. Hələlik ombudsman təyinatı ilə bağlı razılaşma əldə etmək mümkün olmayıb.
4-04-2023, 13:16
Tokayev energetika nazirini özünə müşavir təyin etdi

Tokayev energetika nazirini özünə müşavir təyin etdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev energetika naziri Bolat Akçulakovu özünə müşavir təyin edib. Bu barədə o, müvafiq qərar imzalayıb. Prezident həmçinin energetika naziri postuna yeni təyinat gerçəkləşdirib. Belə ki, Almasadam Satkaliyev Qazaxıstanın energetika naziri təyin olunub.

Bolat Akçulakov

Almasadam Satkaliyev

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!