13 ölkənin NATO nümayəndəsi Ceyhun Bayramovla görüşdü .....                        Prodüser Təranənin cəzası azaldıldı .....                        Bizə zəmanət verilib, Zəngəzurdan İrana təhdid olmayacaq - Arakçi .....                        Köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO .....                        Çexiya hökuməti istefa verdi .....                        Hikmət Hacıyev Böyük Britaniyanın ticarət elçisi ilə görüşdü .....                        İmişlidə yanğın - 2 nəfər zəhərləndi .....                        Əməkdar artist vəfat etdi - FOTO .....                        Saakaşviliyə yeni cinayət işi açıldı .....                       
2-04-2023, 16:09
Rusiyanın enerji asılılığından qurtula bilərik - Moldova prezidenti

Rusiyanın enerji asılılığından qurtula bilərik - Moldova prezidenti

Moldova 2 il ərzində Rusiyadan enerji asılılığından azad ola bilər. Bunu ölkə prezidenti Maya Sandu deyib. Prezident qeyd edib ki, ölkə artıq enerji müstəqilliyinin formalaşdırılması ilə məşğuldur və Rusiya qazından praktiki olaraq imtina edib. "Biz bərpa olunan enerji mənbələrinə, enerji səmərəliliyinə sərmayə qoymalıyıq. Bütün bunlar baş verir, bunu 6 aya etmək mümkün deyil, amma 2 ildən sonra, Kişinyov-Vulkanesti layihəsini başa çatdırsaq, biz enerjidə tam müstəqilliyə malik olacağıq”, - deyə o bildirib.
2-04-2023, 16:04
Geosiyasi hadisələr regiondakı vəziyyətə təsir edə bilər - Ohanyan

Geosiyasi hadisələr regiondakı vəziyyətə təsir edə bilər - Ohanyan

"Ermənistan güclü təhlükəsizlik sistemi, milli və beynəlxalq təminatlar formalaşdırmalıdır". Bunu ölkənin keçmiş müdafiə naziri, hazırda parlamentdəki müxalif "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan deyib. "Milli təminatlar ordu, iqtisadiyyat və birlik, beynəlxalq təminatlar isə güclü diplomatiya və danışıqlardır.Hərbi-siyasi vəziyyət indi elədir ki, geosiyasi hadisələr regiondakı vəziyyətə təsir edə bilər. Bundan Ermənistanın əleyhdarları istifadə edirlər", - deyə Ohanyan bildirib. O, Paşinyanın ordudakı “5-ci kolon”la bağlı dediklərinə də münasibət bildirib. Ohanyanın fikrincə, hakimiyyət öz məsuliyyət payını unudaraq bütün günahı silahlı qüvvələrin üzərinə yıxmağa çalışır.
2-04-2023, 16:00
Qar uçqunu 4 nəfərin həyatına soy qoydu

Qar uçqunu 4 nəfərin həyatına soy qoydu

Norveçin şimalında qar uçqunu nəticəsində 4 nəfər ölüb. Ölənlərdən biri sloveniyalı və biri isə italiyalı turistdir. Dövlət rəsmiləri həyatını itirən turistlərin xizək sürmək üçün bölgəyə getdiyini açıqlayıb. Bir nəfərin qar uçqunu nəticəsində ağır yaralandığı bildirilir. Qar uçqunu zamanı bir evin dənizə sürüşdüyü və bölgədə bir çox yolun nəqliyyata bağlandığı qeyd olunur. Hökumət sakinlərə qapalı əraziləri tərk etməmək barədə xəbərdarlıq edib.
2-04-2023, 01:24

2-04-2023, 00:08

2-04-2023, 00:05
İranın iqtisadi vəziyyəti iğtişaşlara səbəb ola bilər

İranın iqtisadi vəziyyəti iğtişaşlara səbəb ola bilər

İran hökumətinin təklif etdiyi yeni büdcə real deyil və 400 trilyon tümənə yaxın büdcə kəsiri olacaq. Bunu İran parlamentinin deputatı Calal Mahmudzadə deyib. O qeyd edib ki, hökumət alternativ mənbə tapmasa, büdcə kəsirini xalqın cibindən götürməli olacaq. "Bu isə kəskin inflyasiya və bahalığın şiddətlənməsi ilə nəticələnəcək”, - deputat xəbərdarlıq edib. Qeyd edək ki, İranda iqtisadi böhran hökm sürür. Müxtəlif hesablamalara görə, əhalinin 80%-i artıq yoxsulluq həddində yaşayır. Ekspertlər hesab edirlər ki, iqtisadi vəziyyət potensial sosial iğtişaşlara səbəb ola bilər.
2-04-2023, 00:01
Portuqaliyanı etiraz dalğası bürüdü

Portuqaliyanı etiraz dalğası bürüdü

Portuqaliyanın paytaxtı Lissabon şəhərində və ölkənin digər bölgələrində minlərlə insan küçəyə çıxıb. Bu barədə "Reuters" agentliyi yazıb. Aksiya iştirakçıları ölkədə yaşanan mənzil böhranına etiraz edir. Bildirilir ki, Lissabonda kirayə qiymətləri 2015-ci ildən bəri 65% artıb və bu dövrdə satış qiymətləri 137% artıb. Vəziyyət xüsusilə gənclər üçün ağırdır. Məlumata görə, Lissabonda bir otaqlı mənzilin kirayə qiyməti orta hesabla təxminən 1350 avro təşkil edir. Qeyd edək ki, Portuqaliya Qərbi Avropanın ən kasıb ölkələrindən biridir, hökumətin verdiyi məlumata əsasən, işçilərin 50%-dən çoxu keçən il ayda 1000 avrodan (1084 dollar) az pul qazanıb. Ölkədə aylıq minimum əmək haqqı 760 avrodur. Xatırladaq ki, bundan əvvəl Almaniya, Fransa və Britaniyada genişmiqyaslı etiraz aksiyaları keçirilib.
1-04-2023, 23:59
Tornado qurbanlarının sayı 18 nəfərə çatdı

Tornado qurbanlarının sayı 18 nəfərə çatdı

ABŞ-ın bir neçə ştatında baş verən tornado ən azı 18 nəfərin həyatına son qoyub. Bu barədə CNN telekanalı məlumat yayıb. Tennessi ştatında 7 nəfər, Arkanzas ştatında 4 nəfər, İndiana ştatında 3 nəfər ölüb. Çoxlu sayda yaralının olduğu bildirilir.
1-04-2023, 23:57
İran silkələndi

İran silkələndi

İranın Fars vilayətinin Mehr şəhərindən 29 kilometr cənub-şərqdə zəlzələ olub. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. 5.1 bal gücündə qeydə alınan zəlzələnin ocağı 2 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat açıqlanmayıb.
1-04-2023, 23:55
Suriya XİN başçısı vətəndaş müharibəsindən sonra ilk dəfə Misirə getdi

Suriya XİN başçısı vətəndaş müharibəsindən sonra ilk dəfə Misirə getdi

Suriyanın xarici işlər naziri Faysal Mekdad 2011-ci ildə vətəndaş müharibəsindən sonra ilk dəfə Misirə səfər edib. O, Qahirədə misirli həmkarı Sameh Şükri ilə görüşüb. "Reuters" agentliyi bildirir ki, səfərin məqsədi Misir və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Suriyanın Ərəb Liqasına üzvlüyünü bərpa etməkdir. Ərəb Liqası 2011-ci ildə Suriyanın üzvlüyünü dayandırıb və bir çox ərəb dövlətləri öz səfirlərini Dəməşqdən çıxarıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!