“Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                        Bakının mərkəzindəki bu yol BAĞLANACAQ .....                       
7-09-2023, 20:12
Zaxarova Ermənistanda rusiyayönümlü jurnalistlərin saxlanılmasına münasibət bildirdi


Zaxarova Ermənistanda rusiyayönümlü jurnalistlərin saxlanılmasına münasibət bildirdi

Rusiyayönümlü bloger Mika Badalyan və "Sputnik Armenia" radiosunun şərhçisi Aşot Gevorkyan ötən gecə Gorusda saxlanılıblar.
Hazırda saxlanılan şəxslərin İstintaq Komitəsində olduğu bildirilir.
Saxlanılmanın səbəbi barədə məlumat verilmir.
Badalyanın “İrəvanda və onun hüdudlarından kənarda terror aktları hazırlanır” haqqında yalan məlumat yaydığına görə həbs edildiyi, daha sonra zaminə buraxıldığı qeyd olunur.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda rusiyayönümlü jurnalistlərin saxlanılmasına münasibət bildirib. O, teleqram kanalında Badalyan və Gevorkyanın saxlanılmasını İrəvanda Erməni-Rusiya media forumun keçirilməsinə qarşı təxribat adlandırıb.
"Yatıb iki ölkə arasında münasibətləri necə pozacağını görənlərin təxribatı. Qərb isə buna çoxlu pul yatırıb", - deyə Zaxarova yazıb.
Rusiya XİN sözçüsü onu da qeyd edib ki, o, ümumbəşəri azadlıq şüarları ilə hakimiyyətə gələn Ermənistan rəhbərliyinin “jurnalistlərin təqibinə sanksiya qoyacağına və məlumatların yayılmasının qarşısını alacağına” inanmır.
7-09-2023, 18:24
Borrel Gürcüstana səfər etdi


Borrel Gürcüstana səfər etdi

Avropa İttifaqının (Aİ) baş diplomatı Cozep Borrel Gürcüstana səfər edib.
Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Sentyabrın 8-dək davam edəcək səfər çərçivəsində Borrel Gürcüstan Prezidenti və baş naziri ilə görüşəcək.
Görüşlərdı Gürcüstanın Avrointeqrasiya yolu, həmçinin daha geniş xarici siyasət və regional məsələlərə dair fikir mübadiləsi aparılıcaq.
7-09-2023, 14:38
Prezidentin oğlu şəhərdə insanlara hücum etdi


Prezidentin oğlu şəhərdə insanlara hücum etdi

Mərkəzi Afrika Respublikası prezidentinin oğlu Rusiyanın Kislovodsk şəhərində insanlara hücum edib.
Bu barədə "Strana" yazıb.
Evariste Touadera bir kişinin üzünə yumruq atıb, daha sonra onu müşayiət edən qadın həkimə hücum edib.
Hadisə avqustun 28-də baş verib. Bildirilir ki, oğlan reabilitasiya üçün Kislovodsk kurortuna gəlib, lakin bir anda mühafizəçilərdən qaçmağa çalışıb.
Onun barəsində şikayət yazmayıblar. Tuadera Moskvaya yola düşüb və orada səfirlik əməkdaşlarına təhvil verilib.
7-09-2023, 14:24
Dumanın sədr müavinindən qəribə təklif


Dumanın sədr müavinindən qəribə təklif

Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy qəribə təkliflə çıxış edib.
Bu barədə TASS məlumat yayıb.
O, Baykal gölü yaxınlığında meşələrin məhdud şəkildə qırılmasına imkan verən qanun layihəsinin hazırlanması ilə bağlı tənqidlərə görə Rusiyanın YUNESKO-dan çıxması məsələsinə baxmağı təklif edib.
Hələlik təklifin qəbul edilməsi ilə bağlı rəsmi açıqlama yoxdur.
7-09-2023, 14:02
Qadın hərbiçilərin Ukraynanı tərk etməsi məhdudlaşdırılır


Qadın hərbiçilərin Ukraynanı tərk etməsi məhdudlaşdırılır

Hərbi qeydiyyatda olan qadınların Ukraynanı tərk etməsi məhdudlaşdırılacaq.
Bunu prezidentin Ali Radadakı nümayəndəsi Fyodor Venislavski bildirib.
O xatırladıb ki, oktyabrın 1-dən qadın həkimlər hərbi qeydiyyatdan keçməlidirlər ki, bu da xaricə səyahətə məhdudiyyətlər nəzərdə tutur.
"Əgər onlar qeydiyyatdadırlarsa, o zaman hərbi xidmət keçməli şəxs statusu əldə edirlər. Hərbi xidmətə cəlb olunan şəxslər isə onlar üçün müəyyən edilmiş qaydada, yəni müvəqqəti getmək hüququ verən sənədləri olduqda xaricə gedirlər. Əgər bu yoxdursa, o zaman onların da kişilər kimi hüquqları məhdudlaşdırılacaq", - nümayəndə qeyd edib.
7-09-2023, 13:19
Ukraynanın mərmilərdən istifadəsində ABŞ məsuliyyət daşıyır - Peskov


Ukraynanın mərmilərdən istifadəsində ABŞ məsuliyyət daşıyır - Peskov

"Putin G20 sammitinin iştirakçılarına videomüraciət ünvanlamağı planlaşdırmır, görüşdə bütün işləri Lavrov aparacaq".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Rusiya Federasiyası ABŞ-ın sanksiyaya məruz qalan iş adamlarının müsadirə olunmuş vəsaitlərini Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə dəstək vermək üçün göndərmək qərarını qanunsuz hesab edir. Ukraynanın tükənmiş uran mərmilərindən istifadəsinin nəticələrinə görə məsuliyyət tamamilə ABŞ-ın üzərinə düşəcək. Rusiya Federasiyasının xaricdəki pul vəsaitlərinin qanunsuz tutulmasının hər bir halı ciddi məhkəmə araşdırmalarına səbəb olacaqdır", - o vurğulayıb.
Peskov ABŞ-Ermənistan təlimlərinə də yenidən münasibət bildirib.
O qeyd edib ki, Ermənistanla ABŞ arasında hərbi təlimlərin keçirilməsi regionda vəziyyətin sabitləşməsinə kömək etmir:
"Rusiya Federasiyası, Azərbaycan və Ermənistan İrəvan və Bakı arasında nizamlanma üzrə ciddi işləri davam etdirir".
7-09-2023, 11:56
Lavrov: "Ermənistan KTMT-də müttəfiqimizdir"


Lavrov: "Ermənistan KTMT-də müttəfiqimizdir"

"Ermənistan KTMT-də müttəfiqimizdir".
Bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov deyib.
"Biz müttəfiqlik ruhunda bu ittifaqa üzv olanlarla təlimlərin keçirilməsi praktikasına riayət edilməsindən çıxış etmişik və bunadavam edirik. Təbii ki, biz Ermənistan-ABŞ təlimləri məsələsinə diqqət yetirdik. Və biz Ermənistandakı tərəfdaşlarımızın diqqətini ona yönəltdik ki, biz bunu narahatlıq elementi olaraq qəbul edirik", - o əlavə edib.
7-09-2023, 11:24
Ukrayna dövlət rəsmilərinə Polşaya səfəri qadağan etdi


Ukrayna dövlət rəsmilərinə Polşaya səfəri qadağan etdi

Ukrayna hakimiyyəti Varşava kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanı aradan qaldırana qədər bütün məmurlara və deputatlara Polşaya səfər qadağası qoyub.
Bu barədə əvvəlcə Polşanın “Onet” portalı məlumat yayıb.
Ukrayna Ali Radasının xalq deputatı Oleksiy Qonçarenko da faktı təsdiqləyib. O, qərarı tənqid etsə də, bunun qeyri-rəsmi xarakter daşıdığını vurğulayıb.
7-09-2023, 10:56
Ehtiyatda olan erməni hərbiçilər təlimə çağırıldı


Ehtiyatda olan erməni hərbiçilər təlimə çağırıldı

2023-cü il oktyabrın 1-dən dekabrın 8-dək Ermənistanda ehtiyat olan rütbəlilər hərbi təlim toplanışlarına cəlb ediləcək.
Təlimlərə 2059 nəfərə qədər ehtiyatda olan hərbçi çağırılacaq.
Təlimlərdə məqsəd ehtiyatda olanların döyüş qabiliyyətlərini artırmaqdır.
6-09-2023, 20:42
Əfqanıstan-Pakistan sərhədində toqquşmalar başlayıb


Əfqanıstan-Pakistan sərhədində toqquşmalar başlayıb

Əfqanıstan-Pakistan sərhədində toqquşmalar başlayıb.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, sərhəddəki Torham keçid məntəqəsi yaxınlığında atışma səsləri eşidilir.
Hadisə şahidləri faktı təsdiqləyiblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!