2-12-2022, 13:30
Baydendən Makrona hədiyyə ABŞ və Fransa prezidentləri Co Baydenlə Emmanuel Makron bahalı hədiyyələr mübadiləsi aparıblar. Bu barədə Ağ Ev məlumat yayıb. ABŞ lideri həmkarına əvvəllər Ağ Evin həyətində yığılmış ağacdan hazırlanmış güzgü hədiyyə edib. Bundan başqa, Bayden Makrona amerikalı musiqiçilərin yazıları olan vinil disklər kolleksiyasını, həmçinin amerikalı ixtiraçı Tomas Edisonun 1877-ci ildə yaratdığı ilk fonoqraf patentinin arxiv surətini bağışlayıb. Makronun həyat yoldaşına isə qızıl və zümrüddən hazırlanmış bəzək əşyaları hədiyyə edilib. Makron öz növbəsində Baydenə vinil diski, Bayden və həyat yoldaşının ilk görüşdə baxdıqları 1966-cı ildə çəkilmiş "Kişi və qadın" filminin orijinal CD-sini verib. Bundan əlavə, fransalı lider ABŞ prezidentinə 2012-ci ildə iki ölkə arasında ilk tarixi əlaqələrin rəmzi olan Kristof Spasskinin fransız evinin hazırladığı yeməkləri, eləcə də dünyaca məşhur fransız brendi Saint James-in sviterini və LIP şirkətinin saatını hədiyyə verib.
1-12-2022, 18:21
Daha bir Ukrayna kəndi işğal edildiRusiya ordusu Donetsk Xalq Respublikasının (DXR) Andreevka kəndini işğal edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumat verib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Donetsk istiqamətində hücum hərəkətləri nəticəsində 40-dan çox Ukrayna əsgəri, iki tank və beş zirehli texnika məhv edilib.
1-12-2022, 18:19
Rusiya Ukrayna ilə danışıq üçün xahiş etməyib - LavrovMoskva Ukrayna ilə danışıqlar xahiş etməyib, lakin qarşı tərəfi dinləməyə hazırdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın təhlükəsizliyi məsələlərinə dair mətbuat konfransında bildirib. “Və bizi daim vaxt qazanmaq, belə deyək, xüsusi hərbi əməliyyat üçün əlavə qüvvələr toplamaq üçün hansısa danışıqlara müraciətlə bağlı ittiham edəndə, bu həm gülməli, həm də xoşagəlməz haldır. Çünki insanlar yalan danışır, biz heç vaxt hər hansı danışıqlar üçün xahiş etməmişik, lakin biz həmişə demişik ki, kiminsə danışıqlar yolu ilə həllində marağı varsa, onu dinləməyə hazırıq”, - Rusiya XİN rəhbəri bildirib.
1-12-2022, 14:19
Rusiya Ukrayna ilə danışıq üçün xahiş etməyib - LavrovMoskva Ukrayna ilə danışıqlar xahiş etməyib, lakin qarşı tərəfi dinləməyə hazırdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın təhlükəsizliyi məsələlərinə dair mətbuat konfransında bildirib. “Və bizi daim vaxt qazanmaq, belə deyək, xüsusi hərbi əməliyyat üçün əlavə qüvvələr toplamaq üçün hansısa danışıqlara müraciətlə bağlı ittiham edəndə, bu həm gülməli, həm də xoşagəlməz haldır. Çünki insanlar yalan danışır, biz heç vaxt hər hansı danışıqlar üçün xahiş etməmişik, lakin biz həmişə demişik ki, kiminsə danışıqlar yolu ilə həllində marağı varsa, onu dinləməyə hazırıq”, - Rusiya XİN rəhbəri bildirib.
1-12-2022, 14:17
Ərdoğan: Türkiyə XXI əsrə damğa vurur “Türkiyə son illərin yüksələn ulduzlarındandır”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “6-cı Türk Sərmayə Bazarları Konqresi” adlı tədbirin açılışı münasibətilə ünvanlandığı məktubda qeyd edib. “Güclü səhiyyə infrastrukturu, istehsal gücü, sürətli toparlanma qabiliyyəti və başqa bir çox üstünlükləri ilə ölkəmiz son illərin yüksələn ulduzlarından biridir. Rusiya-Ukrayna böhranının ilk dövrlərindən uğurla davam etdirdiyimiz balanslı və uzlaşdırıcı siyasətimiz Türkiyənin oyunqurucu rolunu daha da gücləndirib”, - deyə məktubda bildirilib. Türkiyə prezidentinin məktubunda həmçinin vurğulanıb ki, xarici investorların ölkə iqtisadiyyatına marağı artmaqdadır: “Bu, Türkiyə diplomatiyasına və iqtisadiyyatına duyulan etibarın təzahürüdür. Türkiyə XXI əsrə damğa vuran uğur hekayələri yazmağa davam edəcək”.
1-12-2022, 14:15
Rusiya, Çin və İran birləşib - DiplomatRusiya, Çin və İran çoxqütblü dünya nizamının tərəfdarları kimi birləşib. Bu barədə Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar üzrə daimi nümayəndəsi Mixail Ulyanov danışıb. “Çin, İran və Rusiya… Bu, çoxtərəfli diplomatiyada yeni üçbucaq kimi deyilmi? Əslində, bu format asanlıqla uzadıla bilər. Çoxqütblülüyü dəstəkləyən və nəyin bahasına olursa olsun birqütblü dünyanı qoruyub saxlamaq cəhdlərinin əleyhinə olan bir çox dövlətlər var”, - o, twitter-də yazıb.
1-12-2022, 14:08
Türkiyə Qara dənizdə inanılmaz əməliyyat gerçəkləşdirdiTürkiyə Qara dənizin 2200 metr dərinliyində quyulardan axacaq qazın toplanması üçün 280 tonluq çən quraşdırıb. Bu barədə “Yeni Şəfəq” qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, "20 saatlıq əməliyyat anbarın bir qarış da sürüşməməsini təmin etmək üçün cərrah dəqiqliyi ilə həyata keçirilib". Türkiyə Neft Şirkətinin (TPAO) ekipajları ölkə tarixində ən böyük təbii qaz kəşfi hesab edilən “Sakarya” qaz yatağında gecə-gündüz işləyir. Bundan əvvəl Türkiyənin Qara dənizdəki Sakarya yatağından 540 milyard kubmetr qazın çıxarılması və nəqli layihəsinə təxminən 10 milyard dollar sərmayə qoyacağı bildirilirdi. Planlara görə, yataqdan ilk qaz 2023-cü ildə Türkiyəyə axacaq. Proqnozlara görə, “Sakarya” 2026-cı ilə qədər pik hasilata çata biləcək.
1-12-2022, 14:06
Zelenski Rusiya ilə müharibənin nə vaxt bitəcəyini söylədiPrezident Vladimir Zelenski deyib ki, müharibə ya Ukrayna qalib gələndə, ya da Rusiya Federasiyası istədiyi zaman bitəcək. Zelenskinin sözlərinə görə, əgər Ukrayna Rusiyanın təcavüzünə mane olmasa, o zaman bu müharibə başqa ərazilərə, hətta ola bilsin ki, başqa qitələrə də yayılacaq. Müharibənin nə vaxt bitəcəyi sualına cavab verən Zelenski ukraynalıların realist olduğunu qeyd edib.“Onlar başa düşürlər ki, Rusiya Federasiyası ilə müharibə vəziyyətindədirlər və ölkəmizin ərazisində İkinci Dünya Müharibəsindən sonra ən böyük hərbi əməliyyatlar aparılır. Bu əməliyyatlar müharibə cinayətləri ilə müşayiət olunur: işgəncə, zorlama, mülki obyektlərə və infrastruktura raket hücumları...Bu müharibə biz qalib gələndə və ya Rusiya Federasiyası istəyəndə bitəcək. Ola bilər ki, Rusiya Federasiyası bunu yalnız özünü zəif, təcrid olunmuş və heç bir tərəfdaşı olmadığını hiss edəndə istəyəcək", - prezident deyib. Onun sözlərinə görə, Ukraynaya tərəfdaşlar və bütün azad dünyanın dəstəyi çox vacibdir. Dövlət başçısı müharibədən qaçaraq dünyanın müxtəlif ölkələrindən sığınacaq istəməyə məcbur olan Ukrayna vətəndaşlarına göstərdiyi kömək və dəstəyə görə minnətdarlığını bildirib. Eyni zamanda, Zelenski Ukraynaya göstərilən beynəlxalq yardımın dəyərini hesablamağa və ya ölkədəki müharibəni digər münaqişələrlə müqayisə etməyə çalışan Rusiyanın narrativlərini təkrarlamamağa çağırıb. Dövlət başçısı qeyd edib ki, bu müharibənin qiyməti ilk növbədə təkcə Ukraynada deyil, bütün dünyada azadlıq və demokratiya uğrunda mübarizə aparan Ukrayna vətəndaşlarının həyatı ilə ölçülür. “Çünki Ukrayna uğursuzluğa düçar olarsa, bu müharibə başqa ərazilərə və bəlkə də başqa qitələrə yayılacaq”, - o vurğulayıb.
1-12-2022, 13:58
Rusiyada uçuş qadağasının vaxtı uzadıldıRusiya Federasiyasının cənubunda və mərkəzi hissəsində yerləşən aeroportlarda uçuş məhdudiyyətləri yenidən uzadılıb. “Rosaviasiya” 11 aeroportda uçuşlara məhdudiyyət rejimini dekabrın 9-dək uzadıb. Uçuş məhdudiyyətləri Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarında tətbiq olunur. Rusiya Ukraynada apardığı müharibə ilə əlaqədar olaraq 2022-ci il fevralın 24-dən ölkənin cənubunda və mərkəzi hissəsində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.
1-12-2022, 13:56
İranda polis atəş açdı - 6 yaşlı qız gözünü itirdiİranda daha bir azyaşlı hərbi-polis qüvvələrinin hədəfinə tuş gəlib. 6 yaşlı Beyta Kiyani İsfahan əyalətinin Məlekşəhr şəhərində öz evlərinin eyvanında oynayarkən İran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində bir gözünü itirib. Qeyd edək ki, bu ilin sentyabr ayında 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranı etiraz aksiyaları bürüyüb. Nümayişlər iki aydan çoxdur ki, davam edir. Davam edən aksiyalarda yüzlərlə insan öldürülüb.