Azərbaycan finala keçə bilmədi .....                        Azərbaycan "Avroviziya - 2025"də sazla çıxış etdi - VİDEO .....                        Bakı-Ağstafa qatarının qarşısına heyvan sürüsü çıxdı .....                        Mayın 15-də İstanbulda ukraynalıları gözləyəcəyik .....                        Azərbaycan atları Britaniyada - “Land of Fire” geri döndü .....                        Azərbaycanda nazir koronavirusa yoluxdu .....                        İşdən çıxarılan məktəb direktorları təhsildən tamamilə uzaqlaşdırılır? .....                        Vəzifəli şəxs nalayiq hərəkətlərə görə işdən azad edildi .....                        Döyülərək öldürülən Elgünün atası danışdı .....                       
28-11-2022, 20:06
İrəvan Bakıdan sülh müqaviləsi təklifinə cavab alıb


İrəvan Bakıdan sülh müqaviləsi təklifinə cavab alıb

Ermənistan Azərbaycandan sülh müqaviləsi bağlamaq təkliflərinə cavab alıb. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Armenpress” agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, təkliflər hələ noyabrın 7-də iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşündə verilib. Noyabrın 25-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bəyan edib ki, İrəvan hələ də cavab almayıb. "Bildiyiniz kimi, biz Azərbaycana münasibətlərin normallaşdırılması ilə bağlı təkliflərimizi və ya sülh müqaviləsi layihəsini təqdim etmişik və yalnız bir gün əvvəl onların cavablarını almışıq. Ona görə də müzakirələr davam edir", - Mirzoyan bildirib. O deyib ki, erməni tərəfi tezliklə konsensusa nail olmağa ümid edir və beynəlxalq tərəfdaşların vasitəçilik səyləri də bu prosesdə mühüm rol oynaya bilər. Xarici işlər naziri qeyd edib ki, İrəvan bir daha məqbul vaxt çərçivəsində iki ölkə liderlərinin görüşünü təşkil etməyə hazır olduğunu bildirir. Mirzoyan əlavə edib ki, oktyabrın əvvəlində Praqada keçirilən danışıqlarda növbəti görüşün keçirilməsi barədə razılıq əldə olunub. O bildirib ki, Ermənistan tərəfi bu razılaşmaya sadiqdir və həm də münasibətlərin normallaşmasında maraqlıdır. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla dekabrın 7-nə planlaşdırılan görüşdən imtina etmişdi. Azərbaycan liderinin sözlərinə görə, erməni tərəfi Fransa Prezidenti Emmanuel Makronun iştirakında israr edib, ona görə də o, danışıqlara getməyəcək.
28-11-2022, 15:08
Ərdoğandan Yunanıstana sərt mesaj


Ərdoğandan Yunanıstana sərt mesaj

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstandakı türklərin hüquqlarını müdafiə edib. Ərdoğan bu barədə İstanbul Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin (İSEDAK) 38-ci toplantısında çıxışı zamanı danışıb. "Yunanıstandakı müsəlman türk azlığına qarşı illərdir sürən haqsız və hüquqsuz addımlar artaraq davam edir. Ana dillərini öyrənməyə icazə verilmir, kimlikləri rədd edilir. Kipr türkü olan qardaşlarımızın da yaşadığı hüquq pozuntularını bilirsiniz. İslam aləmi bu yaşananlara daha seyirçi qalmamalıdır. İslam ölkələri Qərbi Trakiyadakı türklərə qarşı laqeyd qalmamalıdır", - deyə Türkiyə prezidenti bəyan edib.
28-11-2022, 15:06
Bakıdan qayıdan Klaar İrəvana çağırış etdi


Bakıdan qayıdan Klaar İrəvana çağırış etdi

Gərginliyin azaldılması üçün Azərbaycan və Ermənistan tərəfindən təmkin göstərilməsinə və güclü siyasi iradəyə ehtiyac var. Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“ hesabında bildirib. “Ötən həftənin sonunda Azərbaycana səfərin ardınca bir neçə fikir:
1) Azərbaycan Prezidenti tərəfindən Aİ-nin vasitəçilik etdiyi formata vacib sadiqlik.
2) Bir sıra çağırışlar qalır; gərginliyin azaldılması və hərtərəfli tənzimləmə üçün Azərbaycan və Ermənistan tərəfindən təmkin və güclü siyasi iradəyə ehtiyac olacaq”, - Klaar qeyd edib.
28-11-2022, 15:04
“Rusiya-Ukrayna savaşının bitməsinə çalışırıq” - Ərdoğan


“Rusiya-Ukrayna savaşının bitməsinə çalışırıq” - Ərdoğan

“Rusiya-Ukrayna savaşının sona çatmasına çalışırıq”. Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin (İSEDAK) 38-ci toplantısında çıxışı zamanı söyləyib. “Rusiya-Ukrayna savaşının sonlandırılması üçün ilk gündən etibarən sıx şəkildə çalışırıq. Qara dəniz üzərindən taxıl koridoru və əsirlərin dəyişdirilməsini həyata keçirərək diplomatik həllin mümkünlüyünü göstərdik. 11 milyon tondan çox taxılın nəqlini mümkün etdik. Taxıl sazişinin 19 noyabrdan etibarən 120 gün uzadılmasının afrikalı qardaşlarımızın sıxıntısını bir az da olsa, azaldacağına inanırıq. Qlobal böhran davam edir”, - deyə Ərdoğan vurğulayıb.
28-11-2022, 14:47
İranda aktrisalar hicabdan imtina etdilər


İranda aktrisalar hicabdan imtina etdilər

İranda teatr işçiləri hicabdan imtina ediblər. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. İranlı teatr xadimləri Həmid Purazəri, Suheyla Qolestani və digərləri hicabı çıxararaq, bunu əks etdirən görüntüləri sosial şəbəkə hesablarında “Qadın, həyat, azadlıq” və “Biz hamımız birlikdəyik” həştəqləri ilə paylaşıblar. “Şou bitəcək və həqiqət üzə çıxacaq. Saysız-hesabsız yollar var və yeni gün üçün çoxlu ümidlər var”, - deyə sənətçilər qeyd ediblər.
28-11-2022, 14:40
NATO ölkələrinin silah ehtiyatı tükənir


NATO ölkələrinin silah ehtiyatı tükənir

NATO-ya üzv olan kiçik ölkələr Ukraynaya silah tədarük etmək potensialını tükəndiriblər. Bu barədə "The New York Times" nəşri yazıb. Nəşrin mənbəsinin məlumatına görə, alyansın 30 dövlətindən 20-sində silah ehtiyatı, demək olar ki, sıfırdır. Bildirilir ki, qalan 10 ölkə hələ də daha çox silah verə bilər. Bu ölkələr arasında Fransa, Almaniya, İtaliya və Hollandiya var. Qəzetin məlumatına görə, NATO artıq Ukraynaya ümumilikdə 40 milyard dollarlıq silah ötürüb. Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq üzv ölkələri silah istehsalını artırmağa çağırıb.
28-11-2022, 14:38
Suriya ilə münasibətlər bərpa oluna bilər - Ərdoğan


Suriya ilə münasibətlər bərpa oluna bilər - Ərdoğan

Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimiz çox yaxşıdır. Daha da yaxşı olacaq. Bu, açıq-aydın bəzi dairələri narahat edir. Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, Misirlə əlaqələr bərpa edildiyi kimi Suriya ilə də münasibətlər bərpa oluna bilər. "Siyasətdə heç bir küskünlük olmayacaq", - Ərdoğan bildirib. Xatırladaq ki, bir neçə gün əvvəl Ərdoğan Suriya Prezidenti Bəşər Əsədlə görüşə hazır olduğunu açıqlayıb.
27-11-2022, 20:33
KTMT-yə müdaxilə cəhdləri davam edəcək - Peskov


KTMT-yə müdaxilə cəhdləri davam edəcək - Peskov

“KTMT-ni parçalamaq cəhdləri həmişə olub”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, təşkilatın işinə müdaxilə cəhdləri bundan sonra da olacaq. “Ancaq indi biz görürük ki, bütün çətinliklərə və hətta iştirakçı ölkələr arasında mümkün ziddiyyətlərə baxmayaraq, bu struktura hələ də tələb var. KTMT öz aktuallığını və effektivliyini Qazaxıstanda tam nümayiş etdirdi", - Peskov vurğulayıb.
27-11-2022, 20:31
Çini etirazlar bürüdü - Xalq ayağa qalxdı


Çini etirazlar bürüdü - Xalq ayağa qalxdı

Çinin bəzi böyük şəhərlərində koronavirusla əlaqədar tətbiq edilən qadağalara, eləcə də Kommunist Partiyasına qarşı etirazlar keçirilir. Bu barədə AP və "Reuters" kimi Qərb agentlikləri məlumat yayıb. Bildirilir ki, Pekin, Şanxay, Quançjou və digər şəhərlərdə nümayişlər baş tutub. Sosial şəbəkələrdə etiraz aksiyaları ilə bağlı videolar yayımlanıb. Bəzi bölgələrdə polisin aksiyalara sərt müdaxilə etdiyi və etirazçıları dağıtdığı bildirilib. Noyabrın 25-dən bəri Çində ən azı 50 universitetdə müxtəlif etiraz aksiyaları keçirilib. KİV-in məlumatına görə, ölkədə etirazlar Urumçi şəhərində yaşayış binasında baş verən yanğın zamanı on nəfərin ölməsindən sonra başlayıb. Yerli sakinlər hesab edir ki, ölənlər sərt koronavirus məhdudiyyətləri səbəbindən binanı tərk edə bilməyiblər. Xatırladaq ki, noyabr ayında Çində epidemioloji vəziyyət pisləşib. Pandemiya ilə mübarizə aparmaq üçün səlahiyyətli şəxslər ciddi məhdudiyyətlər və məcburi PCR testi tətbiq edib.
27-11-2022, 20:29
Seçkidə qələbəmizə heç kim mane ola bilməz - Ərdoğan


Seçkidə qələbəmizə heç kim mane ola bilməz - Ərdoğan

"2023-cü ildə keçiriləcək seçkilərdə tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda hakim partiyanın mitinqdə deyib. “Maliyyədən terrora qədər bütün vasitələrdən istifadə edərək xalqımızı boğmağa çalışan qlobal baronlara, imperialist quldur dəstələrinə təşəkkür etməyəcəyik”, - deyə Ərdoğan çıxışı zamanı bildirib. Qeyd edək ki, Türkiyədə gələn il parlament və prezident seçkiləri keçiriləcək.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!