Savaş və bölgəmizin taleyi .....                        “Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                       
18-08-2023, 19:50
Rusiyanın XİN Başçısı Xəzəryanı ölkələrin səfirləriylə görüşdü


Rusiyanın XİN Başçısı Xəzəryanı ölkələrin səfirləriylə görüşdü

Avqustun 18-də Rusiya xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrinin səfirləri ilə görüşüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan səfirləri baş tutan görüş 12 Avqust Beynəlxalq Xəzər Gününə həsr edilib.
Görüşdə Xəzər regionunda çoxşaxəli əməkdaşlığın geniş spektri məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
"Beşlik" formatında əməkdaşlığın qurulması istiqamətində gələcək addımlar, o cümlədən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşünə hazırlıq müzakirə edilib.
18-08-2023, 16:08
İranın XİN Başçısı vəliəhd şahzadəsi ilə görüşdü


İranın XİN Başçısı vəliəhd şahzadəsi ilə görüşdü

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ciddədə Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salman Əl Səud ilə görüşüb.
Bu barədə IRNA informasiya agentliyi məlumat yayıb.
Bu, iki ölkə arasında münasibətlərin normallaşmasından sonra İran rəsmisinin Səudiyyə Ərəbistanı taxt-tacının varisi ilə ilk görüşü hesab olunur.
Qeyd edək ki, Abdullahian cümə axşamı səudiyyəli həmkarı Feysəl bin Fərhan ilə də görüşüb və birgə mətbuat konfransı keçirib.
18-08-2023, 12:07
Leninin heykəli söküldü


Leninin heykəli söküldü

Qazaxıstanın Altay vilayətində Leninin heykəli sökülüb.
Administrasiyanın məlumatına görə, abidənin sökülməsi təsadüfən baş verib.
Bildirilib ki, təmir zamanı abidə postamentdən düşüb. Hüquq-mühafizə orqanları hadisəni araşdırır.
Ərazinin təmiri üçün vəsaitin ayrıldığı deyilir. Dövlət satınalmaları portalında bunun üçün 3 dəfə müsabiqə keçirilib və avqustun 15-də podratçı tərəfindən təmir işlərinə başlanılıb. Bundan əvvəl abidənin təmirinə 1,5 milyon təngənin xərclənəcəyi bildirilirdi.
17-08-2023, 21:05
Rusiya ordusu Belarus ərazisindən Ukraynaya daxil olub - Lukaşenko


Rusiya ordusu Belarus ərazisindən Ukraynaya daxil olub - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya qoşunlarının Ukraynaya daxil olmaq üçün ölkə ərazisindən istifadə etdiyini etiraf edib.
Bu barədə o, jurnalist Diana Pançenkoya müsahibəsində danışıb.
Lukaşenko bildirib ki, müharibə başlayanda Rusiya ordusunun ayrı-ayrı bölmələri Belarus ərazisindən Ukrayna ərazisinə daxil olub. Onun sözlərinə görə, qoşunlar Çernobıl ərazisində sərhədi keçib.
"Bəli, Belarus ərazisindən ayrı-ayrı bölmələr Ukrayna sərhədini keçdi. ... Niyə Rusiya qoşunları Çernobıl bölgəsində Belarus və Ukrayna arasındakı sərhədi keçdi - onu Zelenskidən soruşun", - deyə Aleksandr Lukaşenko qeyd edib.
17-08-2023, 19:56
Putin iranlı həmkarıyla telefon danışığı apardı


Putin iranlı həmkarıyla telefon danışığı apardı

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin avqustun 13-də Şiraz məscidində baş vermiş terror aktı ilə bağlı Rəisiyə başsağlığı verib.
Liderlər ticarət, nəqliyyat və logistika və enerji sahələrində ikitərəfli əlaqələri daha da inkişaf etdirmək niyyətlərini təsdiqləyiblər.
17-08-2023, 19:25
Pakistanda müvəqqəti hökumət fəaliyyətə başladı


Pakistanda müvəqqəti hökumət fəaliyyətə başladı

Pakistanda müvəqqəti hökumət öz işinə başlayıb.
Nazirlər Kabinetinin üzvləri and içib.
Müvəqqəti hökumətin tərkibinə 18 nazir daxildir.
Baş nazir səlahiyyətlərini Ənvarul Hak Kakar icra edəcək.
Müvəqqəti hökumətin xarici işlər naziri ölkənin Vaşinqtondakı keçmiş səfiri Cəlil Abbas Cilani olub.
17-08-2023, 18:55
Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 27-ə çatdı


Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 27-ə çatdı

Gürcüstanın Şovi bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, ərazidə xilasedicilər 6 nəfər itkin düşmüş şəxsin axtarışlarını davam etdirir.
Xatırladaq ki, avqustun 3-də Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında torpaq sürüşməsi baş verib.
17-08-2023, 17:27
Ukrayna Almaniyadan yeni hərbi yardım paketi aldı


Ukrayna Almaniyadan yeni hərbi yardım paketi aldı

Ukrayna Almaniyadan yeni hərbi yardım paketi alıb.
Bu barədə "RBC Ukraine" Almaniya hökumətinə istinadən məlumat yayıb.
Yeni yardım paketi çərçivəsində Almaniya Ukraynaya IRIS-T qısa mənzilli zenit-raket kompleksinin 2 buraxılış qurğusunu təhvil verib. Hava hücumundan müdafiəni gücləndirmək üçün buraxılış qurğuları da paketə daxildir.
Almaniya hökuməti qeyd edib ki, bu il Kiyev Berlindən 5.4 milyard avroya hərbi yardım alıb.
17-08-2023, 16:43
Latviyada hökumət buraxıldı


Latviyada hökumət buraxıldı

Latviyada hökumət buraxılıb.
Baş nazir Krisjanis Karins istefasını dövlət başçısına təqdim edib.
4 ildən çoxdur bu postu tutan Karinsin istefasından sonra yeni hökumətin qurulması prosesinə start verilib.
17-08-2023, 15:47
Çinin müdafiə naziri Belarusa səfər etdi


Çinin müdafiə naziri Belarusa səfər etdi

Çinin müdafiə naziri Li Şanfu Belarusa səfər edib.
Bu barədə Belarusun rəsmi BelTA agentliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində o, ölkə prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!