Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
4-06-2023, 10:51
Mersində sərnişin avtobus aşdı - Xəsarət alanlar var


Mersində sərnişin avtobus aşdı - Xəsarət alanlar var

Türkiyənin Mersin şəhərinin Anamur rayonunda yağıntılı hava şəraiti və duman səbəbindən idarəetmədən çıxan sərnişin avtobusu aşıb. Bu barədə CNN Türk məlumat yayıb. Məlumata görə, qəza nəticəsində çox sayda insan xəsarət alıb. Qeyd edək ki, qəza səhər saatlarında Anamur-Gazipaşa avtomobil yolunun Uçarı-Kaledran məntəqəsində baş verib. Antalya istiqamətində hərəkət edən "Kamil Koç" firmasına məxsus sərnişin avtobusu yağıntı və duman səbəbindən idarəetmədən çıxaraq dağ yamacına açıb. Bölgəyə çox sayda sağlamlıq, jandarma və xilasetmə qrupları sövq edilib.
3-06-2023, 20:50
Türkiyənin yeni nazirlərinin siyahısı müəyyənləşdi


Türkiyənin yeni nazirlərinin siyahısı müəyyənləşdi

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib. Daha sonra Türkiyə liderinin səlahiyyətlərinin icrasına başlaması münasibətilə xüsusi tədbir təşkil olunub. Tədbirdə çıxış edən Rəcəb Tayyib Ərdoğan hökumət kabinetinin bu axşam açıqlanacağını bildirib. O, kabinetin ilk iclasının çərşənbə axşamı günü keçiriləcəyini diqqətə çatdırıb. Türkiyə və dünya mətbuatında yeni hökumət kabinetində kimlərin təmsil olunacağı barədə müxtəlif məlumatlar yayılıb. İlkin ehtimala görə, aşağıdakı siyasətçilər Türkiyənin yeni hökumətində təmsil olunacaqlar:
Xarici işlər naziri: Hakan Fidan
Ədliyyə naziri: Bülent Turan
Daxili işlər naziri: Ali Yerlikaya
Energetika naziri: Alparslan Bayraktar
İqtisadiyyat naziri: Mehmet Şimşək
Ticarət naziri: Lütfi Elvan
Ekologiya və şəhərsalma naziri: Uğur İbrahim Altay
Səhiyyə naziri: Fahrettin Koca
Mədəniyyət və turizm naziri: Mehmet Nuri Ersoy
Gənclər və idman naziri: Abdullah Eren
Ailə və sosial siyasətlər naziri: Kübra Güran Yiğitbaşı
Kənd təsərrüfatı naziri: İbrahim Yumaklı
Sənaye naziri: M. Fatih Kacır
Milli müdafiə naziri: Yaşar Gülər
Əmək və sosial müdafiə naziri: Cevdet Yılmaz
Mətbuatda yayılan digər məlumata görə, Türkiyə Prezidentinin hazırkı sözçüsü İbrahim Kalın ölkənin Milli Kəşfiyyat Təşkilatına rəhbərlik edəcək. Onun vəzifəsini isə Çağatay Kılıç icra edəcək.
3-06-2023, 17:47
Paşinyan Türkiyədə səfərdədir


Paşinyan Türkiyədə səfərdədir

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri başlayıb. O, Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir. Paşinyan Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edir. Bu, onun Türkiyəyə ilk səfəridir. Ankaranın “Esenboğa” beynəlxalq hava limanında Paşinyanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç qarşılayıb.
3-06-2023, 16:33
Putin özünü həyatını itirməkdən qorxan heyvan kimi aparır - Zelenski


Putin özünü həyatını itirməkdən qorxan heyvan kimi aparır - Zelenski

"Rusiya lideri Vladimir Putin özünü həyatını itirməkdən qorxan heyvan kimi aparır və buna görə də təhdidlərə əl atır". Bunu “The Wall Street Journal” nəşrinə müsahibəsində prezident Volodimir Zelenski deyib. O xatırladıb ki, Putin öz gücünü göstərmək üçün dünyanı daim nüvə silahı ilə qorxudur. "İdarə olunan heyvan həyatını itirməkdən qorxur. O, dünyanın gücündən qorxmalıdır. Putin gücü başa düşür. Əgər söhbət Rusiya Federasiyasının təcrid olunmasından söhbət gedirsə, onda biz bunu etməliyik",-deyə Zelenski bildirib.

.
3-06-2023, 16:12
İsrailin Misirlə sərhədində silahlı insident yaşandı


İsrailin Misirlə sərhədində silahlı insident yaşandı

İsrailin Misirlə sərhədində silahlı toqquşma yaşanıb. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, sərhəd yaxınlığında açılan atəş nəticəsində iki İsrail əsgəri öldürülüb. Həlak olan hərbçilərdən biri qadındır. Açıqlamada İsrail ərazisinə girərək atəş açan şəxslə hərbçilər arasında qarşıdurma baş verdiyi və hücum edənin öldürüldüyü qeyd edilib. Sərhəddə baş verən hadisənin şəraitinin araşdırıldığı, bölgədə axtarış işlərinin aparıldığı bildirilib. Hadisə nəticəsində daha bir zabitin yaralandığı barədə məlumat yayılıb.
3-06-2023, 16:06
Ərdoğanın andiçmə mərasimi keçirildi


Ərdoğanın andiçmə mərasimi keçirildi

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın bu gün andiçmə mərasimi keçirilib. Mərasim Türkiyə Böyük Millət Məclisində keçirilib. Ərdoğanı parlamentin müvəqqəti spikeri MHP sədri Dövlət Bağçalı qarşılayıb. O, parlamentin kürsüsündə and içib və daha sonra Türkiyə himni səsləndirilib. Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.
3-06-2023, 13:14
Ukraynada PUA istehsalı genişləndirilir


Ukraynada PUA istehsalı genişləndirilir

Ukraynada pilotsuz uçuş aparatları (PUA) istehsalı genişləndiriləcək. Bu barədə Ukrayna ordusunun PUA zabiti Valeriy Borovik CNN-ə açıqlamasında bildirib. O qeyd edib ki, Ukraynadakı müdafiə zavodu ilə müqavilə imzalanıb. Proqnozlara görə, Ukraynada ayda 50 deyil, 1000-dən çox PUA istehsal ediləcək. Şirkətin hazırladığı “Vidsyiç” pilotsuz uçuş aparatı 40 km uçuş məsafəsinə malikdir və 2-3 kq ağırlığında döyüş başlığı daşıya bilir.
2-06-2023, 22:38
Heç bir NATO ölkəsini müharibəyə sürükləməyəcəyik - Zelenski


Heç bir NATO ölkəsini müharibəyə sürükləməyəcəyik - Zelenski

Müharibə bitməsə, Ukrayna NATO-ya üzv ola bilməyəcək. Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. "Biz adekvat insanlarıq və başa düşürük ki, heç bir NATO ölkəsini müharibəyə sürükləməyəcəyik. Ona görə də başa düşürük ki, bu müharibə davam edərkən biz NATO üzvü olmayacağıq. İstəmədiyimizə görə yox, ona görə ki, mümkün deyil”, - o, Estoniya prezidenti Alar Karis ilə birgə brifinq zamanı bildirib. Zelenski bundan əvvəl deyib ki, Kiyevin NATO-ya qəbulundan əvvəl Avropa liderlərinin ifadə edəcəyi şübhələr Rusiyanı daha çox hücum etməyə sövq edəcək.
2-06-2023, 21:46
Əsas odur ki, Rusiya görür, həm də hiss edir - Zelenski


Əsas odur ki, Rusiya görür, həm də hiss edir - Zelenski

Rusiya Ukrayna ordusunun əks-hücum əməliyyatını görməli və hiss etməlidir, bu məqsəd ölkəmiz üçün prioritet məsələlərdən biridir. Bunu estoniyalı həmkarı ilə keçirdiyi mətbuat konfransı zamanı Ukrayna lideri Volodimir Zelenski bildirib. "Bu, film deyil, əks-hücum əməliyyatını necə görəcəyinizi söyləmək mənim üçün çətindir. Əsas odur ki, Rusiya bunu görür və nəinki görür, həm də hiss edir”, - deyə Ukrayna dövlətinin başçısı bildirib. Onun sözlərinə görə, Ukrayna ordusu əraziləri ruslardan azad etməyə başlayanda xalq anlayacaq ki, artıq əks-hücum gedir.
2-06-2023, 18:27
İran və Səudiyyə XİN rəhbərləri arasında rəsmi görüş baş tutdu


İran və Səudiyyə XİN rəhbərləri arasında rəsmi görüş baş tutdu

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian səudiyyəli həmkarı Feysəl bin Fərhan Əl Səud ilə görüşüb. Görüş Cənubi Afrika Respublikasının Keyptaun şəhərində baş tutub. BRİCS Xarici İşlər Nazirləri toplantısı çərçivəsində aparılan danışıqlar iki ölkənin XİN başçıları arasında son üç ayda keçirilən ikinci rəsmi görüşdür. Görüşün detalları hələlik açıqlanmayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!