Külək güclənəcək - XƏBƏRDARLIQ .....                        Müəllimini güllələyən şagird HƏBS EDİLDİ .....                        Güllələnən müəllim palataya köçürüldü .....                        Qohumları ilə dalaşan kişi infarktdan öldü .....                        75 illik mənalı ömür yolu .....                        Azərbaycan daim Pakistanın yanındadır .....                        Şəmkirdə qəsdən adam öldürmə cinayətinin üstü açıldı - Birgə məlumat .....                        Narkotikə görə saxlanılan şəxs həbs olundu .....                        Liseydə güllənənən müəllimin atası danışdı - VİDEO .....                       
Tarix : 6-08-2023, 14:41
Türkiyənin viza rejiminin sadələşdirilməsi məsələsi payızda müzakirə olunacaq - Aİ


Türkiyənin viza rejiminin sadələşdirilməsi məsələsi payızda müzakirə olunacaq - Aİ

"Türkiyənin viza rejiminin sadələşdirilməsi məsələsi payızda müzakirə olunacaq".
Bunu Avropa İttifaqının (Aİ) yüksək rütbəli rəsmisi İHA-ya bildirib.
"Biz bu müzakirənin nəticəsini proqnozlaşdıra bilmərik. Türkiyə ortaq maraq doğuran bir çox sahədə namizəd ölkə və əsas tərəfdaş olmaqda davam edir", - o vurğulayıb.
Türkiyənin Aİ-yə üzvlük prosesində qısa müddətdə hansı addımların atılacağını qiymətləndirən Aİ rəsmisi qeyd edib ki, Aİ-Türkiyə münasibətləri barədə Avropa Şurasının müəyyən etdiyi alətlər və variantlar əsasında strateji və gələcəyə hesablanmış bir şəkildə irəliləmək məqsədi ilə Şuraya təqdim olunacaq hesabat payızda müzakirə ediləcək. Hələ iyul ayında xarici işlər nazirləri mövcud fikir ayrılıqlarını aradan qaldırmağa çalışarkən Aİ-nin Türkiyə ilə yenidən əlaqə saxlaması və ortaq maraqlar üzərində qurulmasının zəruriliyi barədə fikir mübadiləsi aparıblar.
O, Türkiyənin Avropa Birliyinə tam üzvlüklə bağlı hansı mərhələləri tamamladığını da açıqlayıb: "Üzvlük danışıqlarındakı fasilədən əvvəl (2018-ci ildən) Aİ və Türkiyə cəmi 35 müzakirə fəslindən 16-nı açdı. Yalnız elm və tədqiqat bölməsi müvəqqəti olaraq bağlanıldı. 2006-cı ildə Şura Türkiyənin Kiprlə əlaqəli məhdudiyyətləri ilə bağlı 8 fəslin açılmayacağına və Türkiyənin Aİ-Türkiyə Tərəfdaşlıq Anlaşmasına Əlavə Protokol üzrə götürdüyü öhdəlikləri yerinə yetirənə qədər heç bir fəslin müvəqqəti bağlanmayacağına qərar verdi”.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!