Polşa prezidentindən Ukraynaya gözlənilməz səfər .....                        Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı .....                        Pakistanda partlayış - 13 nəfər həlak oldu .....                        Narkotikdən istifadə edən sürücü saxlanıldı .....                        İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO .....                        Masallıda minik maşını "KamAZ"la toqquşdu - Ölən və yaralılar var .....                        Gəncədə fəhlə iş vaxtı öldü .....                        XİN-dən İran səfirinin təxribatçı çıxışlarına cavab .....                        Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-ə çatdı .....                       
Tarix : 31-03-2017, 18:47
Sabah Azərbaycan və İsveçrə arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş qüvvəyə minəcək

Sabah Azərbaycan və İsveçrə arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında saziş qüvvəyə minəcək.
Butov.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Azərbaycan hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında sazişə əsasən diplomatik və xidməti pasportlara malik şəxslər iki ölkə arasında vizasız səyahət edə biləcəklər.
Bundan əlavə, bir çox kateqoriyadan olan şəxslər, o cümlədən, yaxın qohumlar (ər-arvad, uşaqlar, valideynlər, babalar, nənələr və nəvələr), rəsmi nümayəndə heyətlərinin üzvləri, iş adamları və kommersiya təşkilatlarının nümayəndələri, təhsil və ya təlim məqsədilə səyahət edən şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər, elmi, akademik, mədəni və ya incəsənət tədbirlərində iştirak edən şəxslər, jurnalistlər, beynəlxalq idman tədbirlərinin iştirakçıları, tibbi məqsədlərlə səyahət edən şəxslər, beynəlxalq yükdaşımanı və sərnişin daşıma xidmətlərini həyata keçirən sürücülər və s. sadələşdirilmiş qaydada viza əldə edə biləcəklər.
Sazişin vətəndaşlara yaratdığı digər üstünlükləri, çoxdəfəlik və uzunmüddətli, yəni etibarlılıq müddəti 1, 2 və ya 5 il olan vizaların alınmasının sadələşdirilməsi, habelə viza üçün tutulan rüsumun 35 avroya endirilməsidir. Eyni zamanda, yaxın qohumlar, rəsmi nümayəndə heyətlərinin üzvləri, şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər, idmançılar, elmi, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər, təcili tibbi müalicə məqsədilə səyahət edənlər, təqaüdçülər, 18 yaşadək olan uşaqlar, jurnalistlər və s. viza rüsumundan azad edilirlər.
Qeyd edək ki, bu sazış 2016-cı il oktyabrın 10-da İsveçrənin Bern şəhərində imzalanıb. Azərbaycan Prezidenti 2016-cı il dekabrın 16-da imzaladığı sərəncamla sazişi təsdiqləyib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!