31-03-2023, 12:55
Erməni deputatlar arasında dava düşdüErmənistan parlamentinin deputatları arasında dava düşüb. Hadisə parlamentin Dövlət hüququ daimi komissiyasının qapalı iclasında “Beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi baş verib. "Hraprak" nəşrinin məlumatına görə, iclasda iştirak edən müxalifət və iqtidar təmsilçiləri arasında dava olub. İnsident müxalif deputat Artsvik Minasyan və komitə rəhbəri Vladimir Vardanyan arasında yaşanıb. Deputat Aqnesa Xamoyan yerli mətbuata açıqlamasında məlumatı təsdiqləyib, lakin detalları açıqlamayıb. İnsidentlə bağlı polisə məlumat verilib. Deputat Artsvik Minasyan iş üzrə polis idarəsinə çağırılıb. Erməni KİV-ləri yazıb ki, dava zamanı Vladimir Vardanyan xəsarət alıb. Şahidlərin sözlərinə görə, üz nahiyəsi qan içində olan Vardanyan xəstəxanaya aparılıb.
31-03-2023, 12:36
Ukrayna hava qüvvələri İran “PUA”larını məhv etdiGecə saatlarında Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiya tərəfindən buraxılan İranın 10 “Shahed” zərbə PUA-sından 9-nu məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb. Bildirilib ki, Rusiya şimal istiqamətindən - Bryansk vilayətindən kamikadze dronlarla hücuma keçiblər. Səmada 5-ə qədər digər hava hədəfləri də qeydə alınıb.
30-03-2023, 23:32
ABŞ vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdıDövlət Departamenti ABŞ vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb. Bu barədə Departamentin açıqlamasında qeyd olunub. Buna səbəb ABŞ vətəndaşı olan jurnalistin Rusiyada saxlanılmasıdır. “Rusiyada olan və ya bu ölkəyə gedən ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər”, - Dövlət Departamentinin bəyanatında deyilir. Qeyd edək ki, bu gün "Wall Street Journal" qəzetinin jurnalisti Evan Qerşkoviçi Rusiyada casusluq ittihamı ilə həbs olunub.
30-03-2023, 23:30
Moldovada fövqəladə vəziyyət rejimi uzadıldıMoldovada fövqəladə vəziyyət rejimi 60 gün uzadılıb. Müvafiq qərar ölkə parlamenti tərəfindən qəbul edilib. Bildirilir ki, parlament hökumətin fövqəladə vəziyyətin 60 gün müddətinə uzadılması ilə bağlı təklifini qəbul edib. Qərarın qəbul edilməsinin səbəbi kimi Ukraynadakı müharibə, qaz və elektrik enerjisi çatışmazlığı ilə bağlı enerji böhranı göstərilir.
30-03-2023, 23:27
Putin hərbi xidmətə çağırış haqqında sərəncam imzalayıbRusiya Prezidenti Vladimir Putin hərbi xidmətə çağırış haqqında sərəncam imzalayıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Sərəncamla aprelin 1-dən iyulun 15-dək 147 min nəfər hərbi xidmətə çağırılacaq. Qeyd edək ki, Rusiyada hərbi xidmət yaşı 18-27-dir.
30-03-2023, 23:21
İran Ermənistana yeni səfir təyin edirİran Ermənistana yeni səfir təyin edəcək. Bu barədə İranın "Isna" agentliyi məlumat yayıb. Bildirilib ki, ölkənin Suriyadakı keçmiş səfiri Mehdi Subhani Ermənistana göndəriləcək. Ermənistandakı hazırkı səfir Abbas Bədəxşan Zohurinin hansı ölkəyə göndəriləcəyi açıqlanmayıb.
30-03-2023, 23:18
Ermənistanın bu addımı Rusiyada etiraz doğurub - Zaxarova"Bu mövzu ən yüksək səviyyədə təmaslar zamanı müzakirə olunmalı mövzudur". Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistan Konstitusiya Məhkəməsinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutu ilə bağlı qərarını şərh edərkən deyib. Zaxarova danışıqların təfərrüatlarını açıqlamayıb və brifinq zamanı bildirib ki, Moskva bu məsələnin müttəfiqliyə uyğun və qarşılıqlı olaraq məqbul variantda həllinə ümid edir. Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi ötən həftə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Ermənistanın bu addımı Rusiyada etiraz doğurub. Belə ki, Roma Statutuna əsasən Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edərsə, bu ölkədə həbs olunmalıdır. Əks halda Ermənistanın özünü ağır cəza gözləyəcək.
30-03-2023, 23:14
Çin yerdəki dəyişiklikləri izləmək üçün fəzaya peyklər buraxıbÇin yer qabığındakı dəyişiklikləri izləmək üçün istifadə olunan InSAR peykini fəzaya buraxıb. 4 belə peykin buraxılması "Long March" raketi ilə Saanşi əyalətindəki mərkəzdən həyata keçirilib. Sözügedən peyklər radar dalğaları ilə yer qabığının hərəkətlərini yüksək dəqiqliklə təsbit edir. Qurğu zəlzələlər, vulkan püskürmələri, buzlaqların əriməsi, sürüşmə və çökmə nəticəsində yaranan deformasiyaları öyrənmək üçün istifadə olunur.
30-03-2023, 16:59
ABŞ START öhdəliklərini pozur - Rusiya XİN"START çərçivəsində bütün növ məlumat mübadiləsi Rusiya Federasiyası tərəfindən dayandırılıb". Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. "Lakin könüllülük əsasında Moskva raket buraxılışları haqqında məlumat verməyə davam edəcək. ABŞ isə buraxılışlar barədə məlumat verməkdən imtina edərək START öhdəliklərini pozur. Rusiya Federasiyası Zaporojye AES ətrafında məsələ ilə bağlı nöqtə qoyulana qədər Qrossi ilə daimi əlaqə saxlayır. Kiyev təhlükəsizlik məsələlərinə məhəl qoymur və bu məsələni siyasi ambisiyalarına qurban verməyə hazırdır", - deyə o bildirib. Qeyd edək ki, Rusiya START müqaviləsində iştirakını dayandırıb.
30-03-2023, 16:55
Ermənistanda dövlət bayrağına hörmətsizliklə bağlı məsuliyyət sərtləşdiriləcəkErmənistanda dövlət bayrağına hörmətsizliyə görə hüquqi məsuliyyəti sərtləşdiriləcək. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bayraqla bağlı tələblər bunlardır: o, təmiz və zədələnməmiş olmalıdır və yerdən 2.5 metr hündürlükdə yerləşməlidir. Bu tələblərin pozulmasına görə təxminən 120 dollar, vəzifəli şəxslər üçün isə 250 dollar məbləğində cərimə nəzərdə tutulur. Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, müntəzəm olaraq qaydaları pozan məmurlar işdən azad edilməlidir. Həyətində və ya eyvanında bayraq asmaq qərarına əsasən sadə vətəndaşlar da nəzarətə götürüləcək.