30-01-2023, 15:22
ABŞ Silahlı Qüvvələri İrana zərbələrdə iştirak etməyib - Generalİrana dron hücumlarında ABŞ iştirak etməyib. Bunu Pentaqon rəsmisi, ABŞ ordusunun briqada generalı Patrik Rayder deyib. "ABŞ Silahlı Qüvvələri İrana zərbələrdə iştirak etməyib", - deyə general məlumat verib. Lakin o, hadisəni geniş şəkildə şərh etmək istəməyib. Qeyd edək ki, İranın İsfahan şəhərindəki hərbi zavod başda olmaqla, bir neçə regionunda hərbi obyektlərə PUA-larla zərbələr endirilib.
29-01-2023, 22:50
Argentina Ukraynaya silah verməyi düşünmürArgentina və Latın Amerikasındakı qonşuları Ukraynaya silah göndərməyi düşünmür. Bu barədə Argentina prezidenti Alberto Fernandes Almaniya kansleri Olaf Şoltsla görüşündə bildirib. O bildirib ki, bu mövqe digər münaqişə zonalarına da aiddir. "Argentina və Latın Amerikası Ukraynaya, eləcə də başqa münaqişə zonasına silah göndərməyə hazırlaşmır və düşünmür", - Fernandes vurğulayıb.
29-01-2023, 22:44
Sülh üçün mübarizə aparırıq - Hulusi Akar"Biz sülh üçün mübarizə aparırıq". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. "Bir tərəfdən sərhədlərimizin qorunması üçün, digər tərəfdən terrorla mübarizənin həyata keçirilməsi, digər tərəfdən Somali, Sudan, Kosova, Bosniya başda olmaqla Şimali Kipr Türk Cümhuriyyətimiz, azərbaycanlı qardaşlarımız və liviyalı qardaşlarımızla dünyanın 19 fərqli bölgəsində mümkün olan bütün coğrafiyalarda minlərlə əsgərimizlə regional və dünya sülhünə töhfə vermək üçün gecə-gündüz işimizi davam etdiririk", - deyə Akar vurğulayıb.
29-01-2023, 22:42
İran XİN ölkədə baş verən partlayışlara aydınlıq gətirdiİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ötən gün ölkəsində baş verən partlayışlara aydınlıq gətirib. XİN başmısı mətbuat konfransında bu barədə danışıb. "İranın Müdafiə Nazirliyinin İsfahandakı obyektinə hücum iranlı alimlərin dinc məqsədlərlə atomdan istifadə planlarına təsir etməyəcək. İranın təhlükəsizliyini zəiflətmək naminə ekspertlərimizin dinc məqsədlərlə atomun inkişafı ilə bağlı iradə və niyyətlərinə təsir edə bilməyən qorxaq addımlar atılıb", - deyə nazir bildirib. Qeyd edək ki, gecə İranın İsfahanda yerləşən hərbi zavodlarına dron hücumu həyata keçirilib.
29-01-2023, 22:38
Paşinyan Misir prezidenti ilə əməkdaşlıq perspektivlərindən danışdıErmənistanın baş naziri Nikol Paşinyan Misir prezidenti Əbdəlfəttah əs-Sisi ilə görüşüb. Görüş Misir prezidentinin Ermənistana səfəri çərçivəsində baş tutub. Tərəflər Ermənistan-Misir əməkdaşlığının perspektivlərini müzakirə ediblər. Paşinyan Misir prezidentinin müstəqil Ermənistanın tarixində ilk səfərinin əhəmiyyətini vurğulayıb: "Yəqin ki, bunun şərəfinə İrəvana qar yağıb".
29-01-2023, 17:24
Fransada pensiya yaşının artırılmasına qarşı aksiyalar davam edirFransada pensiya islahatına qarşı etirazlar davam edir. Həmkarlar ittifaqı təşkilatları əhalini tətillərə və kütləvi aksiyalara qoşulmağa çağırıb. Məlumata görə, eyni vaxtda 200-dən çox aksiya təyin olunub. İnsanlar hökumətin növbəti illərdə pensiya yaşının artırılması bağlı qərarına yenidən baxmağı tələb edirlər. Qeyd edək ki, Fransada pensiya yaşının 7 il ərzində 64-ə çatdırılması nəzərdə tutulub.
29-01-2023, 17:21
İranda dəhşətli zəlzələ - 1000-ə yaxın yaralı varİranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində zəlzələ baş verməsi nəticəsində 1000-ə yaxın insan yaralanıb. Zəlzələ səbəbindən ümumilikdə 973 sakin xəsarət alıb.
29-01-2023, 16:06
Somalidə terror aktı - Nazir öldürüldüSomalinin Qalmuduq vilayətinin nəqliyyat və aviasiya naziri Farhio Abdi Vasuqe öldürülüb. Onu "Al-Shabab" terror təşkilarının üzvləri qətlə yetirib. Belə ki, terrorçular nazirə qarşı hücum təşkil edib. O, hadisə nəticəsində həlak olub. Hazırda detallarla bağlı araşdırma aparılır.
29-01-2023, 15:49
Şoltsla danışıq yoxdur, lakin Putin hər zaman təmaslara açıqdır - Peskov"Hələlik Putinin qrafikində Şolts ilə razılaşdırılmış danışıq yoxdur, lakin prezident təmaslara hər zaman açıq olub və açıqdır". Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Putinə zəng etmək niyyəti olduğunu açıqlamışdı. "Son 11 ay ərzində mən Makron kimi Putinlə təkrar-təkrar danışmışam. Sonuncu dəfə dekabrın əvvəlində danışığımız olmuşdu. Və mən Putinlə yenidən telefonla danışacağam. Çünki bir-birimizlə danışmaq lazımdır", - deyə Şolts söyləyib.
29-01-2023, 15:43
Sülhün əldə edilməsində Misir təcrübəsinə ehtiyacımız var - Ermənistan"Ermənistanın sülhün əldə edilməsində Misir təcrübəsinə ehtiyacı var". Bunu misirli həmkarı ilə görüşü zamanı Ermənistan prezidenti Vahaqn Xaçaturyan deyib. O, Əs-Sisinin Ermənistana səfərini tarixi səfər adlandırıb. "Çünki bu, Misir nümayəndə heyətinin dövlət başçısı səviyyəsində Ermənistana ilk rəsmi səfəridir. Misirin qonşuları ilə dinc yanaşı yaşamaq ideyalarını inkişaf etdirməsi vacibdir", - deyə Vahaqn Xaçaturyan qeyd edib. "Misirin, eləcə də şəxsən Prezident Əs-Sisinin təcrübəsi bizim üçün faydalı olacaq. Hərbi və siyasi keçmişində o, çətin sınaqlarla üzləşib, lakin Misirin davamlı surətdə inkişaf edən ölkəyə çevrilməsini təmin edə bildi", - Ermənistan prezidenti əlavə edib.