Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                       
3-08-2023, 18:01
İranlı mühacir qadın İsveçdə Quranı yandırdı


İranlı mühacir qadın İsveçdə Quranı yandırdı

İsveçin paytaxtı Stokholm ətrafında, Drottinqholm kral sarayının yaxınlığındakı Melaren gölünün Enqbyubadet çimərliyində Quranın yandırılması aksiyası keçirilib.
Aksiyanın təşkilatçısı iranlı mühacir qadın olub. O, kitabı yandırarkən “din də siyasətdir” şüarını səsləndirib.
Daha əvvəl müsəlman, hazırda isə xristian olan qadın Quranı yandırmaqla İslamın demokrartik din olmadığını sübut etməyə çalışdığını bildirib.
Aksiyanı izləməyə ümumilkə 15-20 nəfər gəlib.
3-08-2023, 15:04
Polşayla Belarusiya arasında sərhəd davası düşdü


Polşayla Belarusiya arasında sərhəd davası düşdü

Avqustun 1-də Polşanın hava sərhədini pozan iki helikopter Belarus prezidenti Aleksandr Lukaşenkonun mühafizəçilərinə məxsusdur.
Bunu Polşa hökumətinin keçmiş rəhbəri (1996-1997), Avropa Parlamentinin üzvü Vlodzimierz Çimoşeviç deyib.
“Bu helikopterlərin kimliyi müəyyən edilib. Onlar Lukaşenkonun mühafizəçilərinə məxsusdur. Lukaşenko həmin vaxt Polşa-Belarus sərhədindən 7 kilometr aralıda yerləşən Belovejskaya Puşça ərazisindəki iqamətgahına gəlib. Bu, qəsdən və ya təsadüfi baş vermiş hadisə ola bilər", - deyə Çimoşeviç əlavə edib.
3-08-2023, 14:42
Xaçaturyanın ilkin dindirilməsi keçirildi


Xaçaturyanın ilkin dindirilməsi keçirildi

“Laçın” sərhəd-buraxılış məntəqəsində Meşəli soyqırımına görə saxlanılan Vaqif Xaçaturyanın ilkin dindirilməsi keçirilib.
Bunu APA-ya müsahibəsində Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.
İlqar Səfərov bildirib ki, Vaqif Xaçaturyan saxlanıldıqdan sonra ilkin olaraq onun tibbi müayinəsi keçirilib, o, tibbi müəssisəsinə köçürülüb:
“Səhhəti ilə bağlı həkimlər tərəfindən müayinəsi aparılıb. Tibbi müayinəsi aparıldıqdan sonra isə vəkillə və tərcüməçi ilə təmin edilib. Vaqif Xaçaturyana qarşı verilmiş ittihamlar elan edilib və ilkin dindirilmə keçirilib. Hazırda onunla bağlı digər istintaq hərəkətləri aparılır”, - o qeyd edib.
İlqar Səfərovun sözlərinə görə, ilkin olaraq istintaq zamanı 9 nəfər erməni milliyyətindən olan silahlı şəxsin şəxsiyyəti müəyyənləşib və onlar axtarışa verilib: "Onlardan Vaqif Xaçaturyan tutularaq istintaqa təhvil verilib. Axtarışda olan şəxslərin, o cümlədən cinayətin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri aparılır".
3-08-2023, 14:34
Müdafiə nazirinə yeni müavin təyin olundu


Müdafiə nazirinə yeni müavin təyin olundu

Ermənistanın müdafiə nazirinə yeni müavin təyin edilib.
Ermənistanın Baş naziri Nikol Paşinyanın müşaviri Hraçya Sarkisyan nazir müavini vəzifəsinə gətirilib.
Sarkisyan əvvəllər İrəvan meri vəzifəsini icra edib. O, bu il martın 17-də istefa verib, aprelin 4-də isə baş nazirin müşaviri təyin olunub.
3-08-2023, 14:21
Estoniya prezidenti rəsmi səfərini təxirə saldı - Lazımi vəsaiti yoxdur


Estoniya prezidenti rəsmi səfərini təxirə saldı - Lazımi vəsaiti yoxdur

Estoniya prezidenti Alar Karis Avstraliyaya planlaşdırılan rəsmi səfərini təxirə salıb.
Bu barədə ERR informasiya agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, buna səbəb səfər üçün lazımi miqdarda vəsaitin olmamasıdır.
Qeyd edilir ki, prezidentin ofisi səfər üçün Estoniya Nazirlər Kabinetinin ehtiyatından pul ayrılmasını xahiş edib. Hökumət xahişi yerinə yetirməkdən imtina edib və bunun lazımsız xərc olduğunu bildirib.
3-08-2023, 14:12
Türkiyə taxil sazişiylə bağlı sənədi 1 il uzatmaq istəyir


Türkiyə taxil sazişiylə bağlı sənədi 1 il uzatmaq istəyir

Rusiya taxıl sazişinə qayıdarsa, Türkiyə sənədin müddətini 12 ay uzatmaq istəyir.
Bu barədə “24 TV” kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı taxıl sazişi ilə bağlı razılaşma əldə olunmasa, dünyanın qarşılaşacağı problemləri yada salıb.
Bununla belə, Rusiyanın taxıl sazişinə qayıtmaq tələblərini təmin etmək üçün Ankaranın hansı addımları atmaq niyyətində olduğu açıqlanmayıb.
3-08-2023, 13:53
Məşhur rus aktrisa həyatını itirdi


Məşhur rus aktrisa həyatını itirdi

Rusiyanın Xalq artisti İrina Miroşniçenko vəfat edib.
O, 82 yaşında dünyasını dəyişib.
Bundan əvvəl sənətçinin Moskvadakı xəstəxanalardan birində reanimasiyada olduğu bildirilib.
Miroşniçenko "Moskvada gəzirəm", "Andrey Rublev", "Sən heç xəyal etmədin...", "Qış albalısı - 2" filmlərindəki rolları ilə tanınıb.
3-08-2023, 12:45
Su böhranı artıq Ermənistandadır - Paşinyan


Su böhranı artıq Ermənistandadır - Paşinyan

Ermənsitan su böhranı ilə üzləşib.
Bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Su böhranı artıq Ermənistandadır. Bildirim ki, Ermənistandakı su böhranı həm də infrastrukturun olmaması və köhnəlməsi ilə bağlıdır. Bizim bu cür yanaşmamız mövcud vəziyyəti daha da ağırlaşdırır”, - deyə Paşinyan əhalinin su təminatı ilə bağlı vəziyyətin ürəkaçan olmadığını bildirib.
3-08-2023, 12:10
İranın 13 əyalətində çörək bahalaşdı


İranın 13 əyalətində çörək bahalaşdı

Avqustun 2-dən İranın 13 əyalətində bütün növ çörəklərin qiyməti bahalaşıb.
Bu barədə İran KİV-ləri məlumat yayıb.
Bildirilir ki, İran lideri İbrahim Rəisi bir neçə gün əvvəl çörəyin qiymətinin bahalaşmasının hökumətin qırmızı xətti olduğunu və buna yol verilməyəcəyini demişdi.
3-08-2023, 11:49
Ermənistan sülhün bərqərar olmasına dair razılaşmalara sadiqdir - Paşinyan


Ermənistan sülhün bərqərar olmasına dair razılaşmalara sadiqdir - Paşinyan

Uzunmüddətli, sabit və davamlı sülhün yaranması üçün imkanlar mövcuddur.
Bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O qeyd edib ki, Ermənistan ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülhün bərqərar olmasına dair razılaşmalara sadiqdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!