Yollarda görünüş 300 metrədək məhdudlaşacaq .....                        İranın yeni hədəfi - İsrailin elektrik stansiyaları .....                        Hakan Fidan Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək .....                        F-15-in polkovnik pilotu xilas edildi - Tramp .....                        Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu - Hərəkət məhdudlaşdırıldı .....                        Qusarda sel aparan şəxsin meyiti tapıldı .....                        Bəzi bölgələrə qar yağır .....                        Bakı yolları yenilənəcək - AAYDA .....                        İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu .....                       
23-07-2023, 14:34
Rusiya Odessa şəhərini bombaladı - Kafedral kilsə dağıldı


Rusiya Odessa şəhərini bombaladı - Kafedral kilsə dağıldı

Rusiya ordusunun Ukraynanın Odessa şəhərini bombalaması nəticəsində kafedral kilsə dağılıb.
Bu barədə Ukrayna Pravoslav Kilsəsinin (Moskva Patriarxlığının) Odessa yeparxiyası məlumat yayıb.
“2023-cü il iyulun 23-nə keçən gecə Rusiyanın Odessa şəhərinə hücumu zamanı raket Transfiqurasiya kafedralına düşüb. Raket birbaşa mərkəzi qurbangaha dəyib, nəticədə kafedral kilsənin binası və üç aşağı mərtəbə dağılıb, interyer və ikonalar əhəmiyyətli dərəcədə zədələnib”, - məlumatda deyilir.
Qeyd edək ki, iyulun 23-də Rusiya “Oniks”, “X-22” və “Kalibr” qanadlı raketlərindən istifadə etməklə Odessa və regiona növbəti hücuma keçib. Atışma nəticəsində mülki obyektlərə və yaşayış binalarına ziyan dəyib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinın yaydığı məlumata görə, Odessaya ballistik də daxil olmaqla müxtəlif tipli 19 raket atılıb. Hava hücumundan müdafiə qüvvələri onların yarısını vurub.

23-07-2023, 13:22
Vaqnerçi”lər bizi sıxmağa başlayıblar - Lukaşenko


Vaqnerçi”lər bizi sıxmağa başlayıblar - Lukaşenko

Bəlkə deməməliyəm, amma deyəcəyəm. “Vaqnerçi”lər bizi sıxmağa başlayıblar. Onlar Varşavaya getmək istəyirlər”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
“Onlar “Qərbə getmək istəyirik. İcazə verin” deyirlər. Deyirəm, Qərbə getməyə nə ehtiyac var? Yaxşı, Varşavaya, Jeşuvaya ekskursiyaya gedin”, - deyə, o bildirib.
23-07-2023, 12:03
İsrailin Baş naziri əməliyyat oldu


İsrailin Baş naziri əməliyyat oldu

İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyat olunub.
Benyamin Netanyahuya ürək ritminin tənzimlənməsi üçün kardiostimulyator quraşdırılıb və əməliyyat uğurla keçib.
Qeyd olunub ki, baş nazirin səhhəti yaxşı qiymətləndirilir və o, Şeba Tibb Mərkəzinin kardiologiya şöbəsində müşahidə altındadır.
23-07-2023, 11:47
Yunan adasında meşə yanğınları turistlərin olduğu əraziyə çatdı


Yunan adasında meşə yanğınları turistlərin olduğu əraziyə çatdı

Yunanıstanın Rodos adasında beş gündür davam edən meşə yanğınları artıq turistlərin olduğu əraziyə çatıb.
12 oteldən təxminən 10 min turist təxliyə edilib.
Bundan başqa Yunanıstan ordusuna və Sahil Mühafizəsinə aid 3 qayıqla çox sayda turist 2 çimərlikdən təhlükəsiz yerə aparılıb.
Güclü külək və yüksək temperatur yanğınsöndürənlərin meşə yanğınlarının qarşısını almağa mane olur.




23-07-2023, 11:19
Rusiya şərinə heç bir bəraət qazandırmaq olmaz - Zelenski


Rusiya şərinə heç bir bəraət qazandırmaq olmaz - Zelenski

“Rusiya ordusu dinc şəhərlərə endirdikləri raket zərbələrinə görə mütləq cavabını alacaq”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Rusiya şərinə heç bir bəraət qazandırmaq olmaz. Həmişə olduğu kimi, bu pislik uduzacaq. Odessa üçün isə Rusiya terrorçularına (hərbçiləri – red.) mütləq cavab veriləcək. Onlar bu cavabı hiss edəcəklər”, - deyə, o bildirib.
Onun sözlərinə görə, hazırda Odessaya gecə hücumu nəticəsində zərərçəkən şəxslərin hamısına lazımi yardım göstərilir.
23-07-2023, 11:00
Barda güclü yanğın - 11 nəfər öldü


Barda güclü yanğın - 11 nəfər öldü

Meksikada barda güclü yanğın olub.
Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Hadisə San Luis Rio Kolorado şəhərindəki "Beer House" barında baş verib. Yanğın zamanı 11 nəfər ölüb.
Müstəntiqlərin fikrincə, hadisə nalayiq davranışlar sərgilədiyi iddia edilən ziyarətçilərdən birinin təqsiri üzündən baş verib.
Bir müddət sonra həmin şəxs geri qayıdıb və əsas girişə yanar qarışığı olan qab atıb.
Şübhəli şəhəri tərk etmək istəyərkən yaxalanıb.
Qurbanlar arasında həmin axşam çıxış edən "Mitosis Rock & Ska" musiqi qrupunun üç üzvü də olub.
22-07-2023, 23:42
Ukrayna Prezidentindən Azərbaycana təşəkkür


Ukrayna Prezidentindən Azərbaycana təşəkkür

Ukrayna Prezidenti Volodimir Zelenski humanitar yardıma görə Azərbaycana təşəkkür edib.
Bu barədə o, axşam müraciətində bildirib.
“Enerji və minalardan təmizləmə sahəsində humanitar yardıma görə Azərbaycana təşəkkür edirəm”, - Zelenski qeyd edib.
O, Ukrayna dövlətinə, xalqına, ordusuna dəstək olaraq yeni qərarlar qəbul edən bütün ölkələrə təşəkkür edib.
22-07-2023, 22:11
Cəbhədəki dinamika dəyişmək üzrədir - Zelenski


Cəbhədəki dinamika dəyişmək üzrədir - Zelenski

Qərb ölkələri Ukraynanın əks-hücum əməliyyatının ləng getməsindən təşvişə düşüb.
Bu barədə "Financial Times" qəzeti yazıb.
Nəşr qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski Qərb müttəfiqlərini hücumun sürət qazanacağını əmin edib. O, Ukraynanın əks-hücumunun sürətini dörd günlük Aspen Təhlükəsizlik Forumunda beynəlxalq təhlükəsizlik liderləri ilə müzakirə edib.
Zelenskinin sözlərinə görə, onlar cəmi bir həftə əvvəl xeyli güc qazanıblar, çünki bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin lazımi miqdarda sursat, silah və lazımi hazırlığa malik döyüşçüləri yox idi.
Əməliyyatın başlanmasının məcburi ləngiməsi Rusiyaya lazım olan ərazini minalamağa və müdafiə xətləri qurmağa imkan verib.
Zelenski deyib ki, bununla belə, cəbhədəki dinamika dəyişmək üzrədir. O, müttəfiqlərə uzun mənzilli raketlərin tədarükünü gücləndirmək və Ukraynanı müasir qırıcılarla təmin etmək xahişini bir daha təkrarlayıb.
22-07-2023, 21:45
Danimarka XİN-dən Quranın yandırılmasına reaksiya


Danimarka XİN-dən Quranın yandırılmasına reaksiya

Müqəddəs kitabların, dini rəmzlərin məhv edilməsi qınanılmağa layiq biabırçı hərəkətdir.
Bu barədə Danimarka Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.
"Danimarka hökuməti Quranın yandırılmasını pisləyir. Müqəddəs mətnlərin və digər dini simvolların yandırılması başqalarının dininə hörmət etməyən utancverici bir hərəkətdir. Bu, bir çox insanı incidən, müxtəlif dinlər və mədəniyyətlər arasında nifaq yaradan təxribat xarakterli bir hərəkətdir", - bəyanatda deyilir.
XİN krallıqda dini etiqad azadlığının olduğunu və bir çox subyektin İslam dinini qəbul etdiyini xatırladır.
Kopenhagen polisi bildirib ki, iyulun 21-də İraq səfirliyi yaxınlığında keçirilən etiraz aksiyası zamanı Quran nüsxəsi olduğu göstərilməyən kitab yandırılıb. Danimarka Xarici İşlər Nazirliyi bunun müqəddəs kitabın yandırılması olduğunu etiraf edib. İlkin məlumata görə, hadisəni sağçı radikal "Danimarka Patriotları" qrupu törədib.
22-07-2023, 18:16
Moskvada 4 nəfərin ölümüylə nəticələnən partlayış baş verdi


Moskvada 4 nəfərin ölümüylə nəticələnən partlayış baş verdi

Rusiyanın paytaxtı Moskva şəhərində güclü partlayış baş verib.
Partlayış “Vremena Qoda” ticarət mərkəzində qeydə alınıb.
Qaynar su borunun partlaması nəticəsində 4 nəfər ölüb. Ölənlərin meyitləri ticarət mərkəzinin içərisində tapılıb.
Hadisə nəticəsində 9 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!