Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz .....                        Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR .....                        Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı .....                        Luvr muzeyində su sızması - Əsərlər zədələndi .....                        Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO .....                        Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir .....                        “Mançester Yunayted”in baş məşqçisi ayın ən yaxşısı seçildi .....                        Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya .....                        İlham Əliyev Münxendə Robert Kalinaka ilə görüşdü .....                       
4-04-2023, 13:16
Tokayev energetika nazirini özünə müşavir təyin etdi


Tokayev energetika nazirini özünə müşavir təyin etdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev energetika naziri Bolat Akçulakovu özünə müşavir təyin edib. Bu barədə o, müvafiq qərar imzalayıb. Prezident həmçinin energetika naziri postuna yeni təyinat gerçəkləşdirib. Belə ki, Almasadam Satkaliyev Qazaxıstanın energetika naziri təyin olunub.

Bolat Akçulakov



Almasadam Satkaliyev


3-04-2023, 23:47
Ukrayna ərazisinin 20%-dən çoxu təlim poliqonuna çevrilib - Qaribaşvili


Ukrayna ərazisinin 20%-dən çoxu təlim poliqonuna çevrilib - Qaribaşvili

Gürcüstanın ukraynalaşdırılması, ikinci sınaq meydançasına çevrilməsi planı iflasa uğrayıb. Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib. Onun sözlərinə görə, Ukraynada müharibəni dayandıracaq heç kim yoxdur və ölkə ərazisinin 20%-dən çoxu təlim poliqonuna çevrilib. “Ölkədə sülh və sabitlik olmadan heç nə baş verməyəcək. Dünya çox çətin vəziyyətdədir. İkinci Dünya Müharibəsindən sonra Avropada belə bir problem olmamışdı. Söhbət Ukraynada baş verənlərdən gedir və biz görürük ki, müharibə sadəcə olaraq dayanmır, Ukrayna ərazisinin 20%-dən çoxu təlim poliqonuna çevrilib və dağıdıcı müharibə gedir. Şəhərlər, kəndlər, rayonlar yerlə-yeksan edilib, buna mane olan yoxdur”, - Qaribaşvili bildirib.
3-04-2023, 23:44
İran hicabsız tələbələri təhsildən kənarlaşdıracaq


İran hicabsız tələbələri təhsildən kənarlaşdıracaq

İran universitetləri hicab qaydalarına əməl etməyən qadınlara təhsil verməkdən imtina edəcək. Bu barədə ISNA agentliyi İranın Təhsil və Təlim Nazirliyinə istinadən məlumat yayıb. Qeyd olunub ki, nazirliyin tabeliyində olan bütün ali təhsil müəssisələri islami geyim qaydalarına əməl etməyən tələbə qızlara təhsil xidmətləri göstərməkdən və sosial təminatların verilməsindən imtina edəcək.
3-04-2023, 23:34
Ermənistan Putinin həbsiylə bağlı mövqeyini dəyişdi


Ermənistan Putinin həbsiylə bağlı mövqeyini dəyişdi

Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putin haqqında həbs qərarı çıxarmasından sonra Roma Statutunun ratifikasiyasını ertələmək niyyətindədir. Bunu ölkə parlamentinin spikeri Alen Simonyan deyib. "Ermənistanın Roma Statutunun erkən ratifikasiyasına ehtiyacı yoxdur, bu, Rusiyaya qarşı mənfi addım olacaq", - deyə o bildirib. Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan oxşar məzmunlu açıqlama vermişdi. Onun sözlərinə görə, hökumət Azərbaycanla fikir ayrılıqlarına görə 2022-ci ilin dekabrında Roma Statutuna qoşulub və Beynəlxalq Cinayət Məhkəməsinin sonrakı qərarlarını öncədən proqnozlaşdırmaq mümkün olmayıb: "Buna görə də hakim komanda Putin Ermənistana səfər edəcəyi təqdirdə onu həbs etmək fikrində deyil".
3-04-2023, 17:02
İranda insan ölümü ilə nəticələnən partlayış baş verdi


İranda insan ölümü ilə nəticələnən partlayış baş verdi

İranın İsfahan bölgəsində güclü partlayış baş verib. Hadisə 1 nəfərin ölümü ilə nəticələnib. İsfahan Yanğınsöndürmə İdarəsinin sözçüsü Kave Ahangaranın verdiyi məlumata görə, partlayış 12 yaşayış evinin qismən və tam dağılmasına səbəb olub. "Hadisə bir nəfərin ölümü ilə nəticələnib, ilkin araşdırmalar partlayışın böyük ehtimalla qaz sızması nəticəsində baş verdiyini göstərir", - deyə o qeyd edib.
3-04-2023, 17:00
Bu ölkələr Ukraynaya birgə yardımla bağlı razılığa gəldi


Bu ölkələr Ukraynaya birgə yardımla bağlı razılığa gəldi

Danimarka və Norveç Ukraynaya birgə hərbi yardım barədə razılığa gəlib. İki ölkənin MN-ləri arasında müvafiq sənəd imzalanıb. Belə ki, Danimarka Müdafiə Nazirliyi Norveç Müdafiə Nazirliyi ilə Ukraynaya 8 min artilleriya mərmisinin birgə tədarük edilməsi haqqında müqavilə imzalayıb. Sənədə əsasən, proses yaxın vaxtlarda start götürəcək.
3-04-2023, 16:56
Qələbə paradı üçün gücləndirilmiş tədbirlər görülür - Peskov


Qələbə paradı üçün gücləndirilmiş tədbirlər görülür - Peskov

"Mayın 9-da keçiriləcək qələbə paradında təhlükəsizliyin təmin edilməsi üçün gücləndirilmiş tədbirlər görülür, bayram tədbirində dəyişiklik gözlənilmir". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya ətrafında hadisələrin aqressiv inkişafı silahlı qüvvələrdən profilaktik istifadə hüququnu zəruri edir. Rusiya və Səudiyyə Ərəbistanı tərəfindən neft hasilatının azalması ilə bağlı ayrı-ayrı ölkələrin narazılığı onların öz işidir. Neft hasilatının səviyyəsinin aşağı salınması dünya enerji sektorunun maraqlarına uyğun həyata keçirilir. Rusiya Federasiyası OPEC+ ölkələri ilə daim təmasdadır və bazarın sabitləşdirilməsində öz maraqları var", - sözçü bildirib. Peskov bir sıra OPEC+ ölkələrinin neft hasilatını könüllü şəkildə azaltmaq qərarını “müstəqil xətt” adlandırıb: "Putin bu həftə xarici səfirlərin etimadnaməsini qəbul edəcək və Moskva vilayətinin qubernatoru ilə işgüzar görüş keçirəcək".
3-04-2023, 16:52
“Baykar” şirkəti Pakistana “Akıncı” PUA-ları göndərdi


“Baykar” şirkəti Pakistana “Akıncı” PUA-ları göndərdi

Pakistana Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Akıncı" zərbə tipli pilotsuz uçuş aparatları (PUA) tədarük edilib. PUA-nın fotoları Pakistan mediasında yayılıb. Qeyd edək ki, Pakistan Türkiyədən 7 ədəd "Akıncı" sifariş edib. Digər PUA-ların daha sonra Pakistana göndəriləcəyi bildirilir. İki mühərrikə malik "Akıncı" PUA-ları Türkiyə ordusu tərəfindən aktiv istifadə edilir. Ümumi çəkisi 1500 kq olan PUA artıq PKK terrorçularına qarşı əməliyyatda tətbiq edilib.
3-04-2023, 13:55
Aİ regionda sülhün təşviqi üçün dəyərli vasitədir - Mirzoyan


Aİ regionda sülhün təşviqi üçün dəyərli vasitədir - Mirzoyan

"Avropa İttifaqı missiyasının yerləşdirilməsi regionda sülhün təşviqi üçün dəyərli vasitədir". Bunu Ermənistanın XİN başçısı Ararat Mirzoyan rumıniyalı həmkarı ilə görüşündə deyib. Mirzoyanın Buxarestə səfəri zamanı Ermənistan və Rumıniyanın xarici işlər nazirləri arasında siyasi mövzular, təhlükəsizlik məsələləri və Ermənistan-Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin səmərəli icrası ilə bağlı dialoq baş tutub.
3-04-2023, 13:50
Vardanyana şiddət göstərn deputat azadlığa buraxıldı


Vardanyana şiddət göstərn deputat azadlığa buraxıldı

Ermənistan parlamentində düşən dava zamanı deputat həmkarı Vladimir Vardanyanı döyən Mher Saakyan azadlığa çıxıb. O, həbsindən 72 saat sonra sərbəst buraxılıb. Qeyd edək ki, insident 31 martda baş vermişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!