Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 25-12-2019, 14:07
“Nə yaxşı görüşdük, nə yaxşı yenə”, “Bəxtəvər dustaq”

Ədəbiyyatdan, şeir-sənətdən söz düşəndə xatırlananlar dünyanın bəxtəvərləri hesab ediliblər. Lakin bu “bəxtəvərlər”in taleyi heç də həmişə həsəd aparılası olmur. Qısadan-qısa, lakin əbədi ömür sahiblərindən biri də “dağların bəxtəvər dustağı” - tərcüməçi-alim, şair Ənvər Rza olub: cəmi 48 illik ömründə milli və bəşəri hisslərlə yaddaşlara yazılıb.
Şairin anadan olmasının 80 illiyinə həsr edilən “Ənvər Rzanı xatırlayarkən” kitabının Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda təqdimat tədbiri keçirildi.
Tədbirin aparıcısı, filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçısı-jurnalist İlham Məmmədli Ənvər Rza poeziyasının işığına toplaşanlara təəssüf hissi ilə xatırlatdı ki, şairin üzünü görməyib, lakin səsini maqnitafon lentindən eşidib. S. Vurğunun, Dədə Şəmşirin nəfəsi, avazı kimi yaddaşına hopub Ənvər Rzanın lirik, duyğulu səsi: “…Amma şairlə illərlə bir süfrə arxasında oturub onu dinləyən və yaddaşına acılı-şirinli xatirələr yazan bir nəfər tanıyıram. İnsan loğmanı olduğunu artıq neçə illərdir ki, ölkə əhlisi də bilir. Kəlbəcərin ağır və məşəqqətli, mühasirə illərində lampa işığına belə cərrahiyyə əməliyyatı apararaq neçə-neçə könüllü döyüşçünü və Milli Ordu əsgərlərini amansız, vaxtsız ölümün pəncəsindən xilas edən cərrah Əli İsmayılovun həm də könül adamı olduğunu bu günlərdə duyduq. O, təsdiqlədi ki, kitab müəllifi olmaq üçün heç də dilçi-ədəbiyyatçı olmağa gərək yox. Qəlbin və qələmin könül bulağından su içirsə, fikrini düzüb-qoşa bilərsən. Təqdimatına toplaşdığımız “Ənvər Rzanı xatırlayarkən” kitabının müəllifi Əli İsmayılov peşəkar həkim olmasına baxmayaraq, nəinki şairin həyat və yaradıcılığına özünəməxsus ayna tutub, hətta, sovet ədəbiyyatının “tələb”lərinə cavab vermədiyi üçün o zamanlar çapdan buraxılan “Könlümə bahar düşüb”, “Nə yaxşı görüşdük, nə yaxşı yenə” kitablarında “unudulmuş” - senzuradan keçməmiş şeirlərinin burada oxuculara həm də hansı şəraitdə qələmə alındığını xatırladıb. Bu mənada həkim kitab yazmaq məhrətini də ortaya qoyub”.
Professor Şahlar Əsgərov çıxışında şairlə eyni orta məktəbdə oxuduğunu bildirdi: "Ənvər Rza orta məktəbdə barmaqla göstərilən şagirdlərdən olub. Hər zaman zəkası ilə seçilib. Sovet dövründə onun yaradıcılığı o qədər də geniş təbliğ olunmayıb. Özünü reklam etməyi xoşlamayan şair o dövrdə bəlkə də geniş oxucu kütləsinə məlum olmamışdı, lakin həmin vaxt onun şeirlərinə mahnılar yazılıb, qoşmaları aşıqlar tərəfindən oxunub. Kannektura tipli yazısı olmayıb. Ancaq sənət və ədəbiyyat üçün yazıb".
“Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov vurğuladı ki, Ənvər unudulası şəxsiyyət deyildi: "O qədər vətənpərvər torpağına bağlı insan olub ki, nümunə göstəriləsidir. Böyük dahiliyi ondan ibarət idi ki, ingilis dilindən ən keyfiyyətli tərcüməni məhz o edirdi. Azərbaycan dilinin bütün imkanlarından çox gözəl istifadə edərək tərcüməni əsərin orijinallığını itirmədən oxucuya çatdıra bilirdi. O, çox dürüst və obyektiv insan olub".
Azərbaycan Dillər Universitetin professoru Qələmşah Heybətov müəllimi Ənvər Rza haqqında xatirələrini bölüşərkən kövrək hisslərlə bildirdi ki, o, S.Vurğunun "Vaqif" dramını elə tərcümə etmişdi ki, hər kəs heyran qalmışdı: “Hətta onun tərcüməsi əsasında tamaşa səhnələşdirilmişdi və orada mən də çıxış etmişdim. Onun səmimiyyəti poeziyasına da hopmuşdu. Şairin şeirlərində yenilik və orijinallıq var idi. O, 48 yaşında dünyasını dəyişsə də, yaradan insanlar ölmürlər".
Ənvər Rzanın tələbəsi və tərcüməçi Allahyar Eyyubov isə tərcüməçi olaraq onun işindən çox yararlandığını unutmadı: “Onun tərcümələri çox rahatlıqla oxunurdu. Səmimiyyəti ilə hər kəsi özünə heyran qoyurdu. O, əyilməzlik simvolu olub. Heç kəsin qarşısında əyilmədən sözünü rahat şəkildə çəkinmədən deyə bilirdi...”
Təqdimatda çıxış edən professorlardan Eldar Qasımov, Nəsir Əhmədli, filologiya üzrə fəlsəfə doktoru, türkoloq alim-şair Adil Cəmil, AYB-nin üzvü Güləmail Murad, Ənvər Rza şeiriyyətinin sinədəftərlərindən Vəliyəddin Misiroğlu, Zakir Misirov, Əli Uluxanlı, tibb elmləri üzrə fəlsəfə doktoru Nağdəli Zamanov və başqaları Ənvər Rza yaradıcılığının özünəməxsusluğunu qeyd edib kitabın maraqlı məqamlarından söz açdılar. Əli Uluxanlının təklifi isə Ənvər Rza yaradıcılığının pərəstişkarlarının ürəyincə oldu: “Ənvər Rzanın adının əbədiləşdirilməsi üçün təklifim var. Kəlbəcər rayonunun məktəblərindən birinə şairin adının verilməsi Kəlbəcər həsrətlilərin və ənvərsevərlərin ürəyincə olardı. Bu barədə əlaqədar təşkilatların qərar qəbul etməsini istərdik”.
“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov təşkilatın sədri, el ağsaqqalı, Dədə Şəmşirin yadigarı şair-publisist Qənbər Şəmşiroğlunun təbrikini çatdırdı. Müəllif Ənvər Rza yaradıcılığına göstərdiyi xüsusi qayğıya görə “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin Diplomu və Respublika Ehtiyatda Olan Zabitlər Birliyinin "Vətən naminə" medalı ilə təltif edildi.
Sonda cərrah Əli İsmayılov kitabın müəllifi kimi Ənvər Rza ruhuna olan borcu yerinə yetirməsinə dəstək göstərənlərə və şairin adını, yaradıcılığını daim uca tutanlara təşəkkürünü bildirdi.

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”

“Nə yaxşı görüşdük, nə yaxşı yenə”, “Bəxtəvər dustaq”
“Nə yaxşı görüşdük, nə yaxşı yenə”, “Bəxtəvər dustaq”
“Nə yaxşı görüşdük, nə yaxşı yenə”, “Bəxtəvər dustaq”


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!