Butov.az xəbər verir ki, bu gün Beynəlxalq mətbuat mərkəzində "Qafqaz Media "İctimai Birliyinin sədri Hacıxanım Azadə Talehqızının təşkilatçılığı ilə AYB-nin fəal üzvi, əməkdar müəllim hamının sevimli , şair Oqtay Rzanın ad günün keçirildi. Tədbirdə onu sevənlər və KİV nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə Qafqaz-Press və Borçalı qəzetinin baş redaktoru Azadə Taleh Abbasqızı açaraq şair Oktay Rzanın 50 illik pedoqoji fəaliyyətindən və onun yaradıcılığından söz açdı. Tədbirin səbəbkarı Oktay Rza öz xatirələrindən söz açaraq hətta uşaqlığ illərindəki xatirələrindən söz açdı. Tədbirdə şairin şəninə "Ulduz" jurnalının şöbə müdiri şairə Pərvanə Mehdiyeva, "Xocalı Soyqırım Tanıtım" mərkəzinin sədri Şamil Sabiroğlu, "Yada Düşər" jurnalının baş redaktoru Nəzakət Məmmədova, "Həkəri qəzetinin baş redaktoru" Rauf İlyasoğlu, "Pillələr" qəzetinin baş redaktoru Şöhlət Abbas, " Beynəlxalq İdeal Sülhün Təbliği" Fondunun rəhbəri Hacı Əlikram Amin, şairə Şərqiyyə Dumanlı, şairə Gülarə Munis, şair Nazim Əlioğlu, jurnalist Aygün Hüseynli, Djb.az xəbərlər və informasiya portalının rəhbəri Almaz İlahə Əhmədova, "İlham çeşməsi "qəzetinin şöbə müdiri Cəmilə Hidayətqızı, Hümbət müəllim və bir çoxları şair Oktay Rza haqqında çox yüksək fikirlər söylədilər. "Beynəlxalq Qadın Hüquqlarının Müdafiyyəsi " İctimayi Birliyinin sədri Təranə Namazova içtima birliyin fəxri fərmanı ilə şairi təbrik etdi. Tədbirin sonunda yüksək mükafatlandırma mərasimini şair Nazim Əloğlu Azadə Talehqızının xahişi ilə "Qobustan" diplomunu şair Oktay Rzaya təqdim etdi.
Tədbiri son sözü ilə dahi şair Nizaminin sözlərindən ibarət olan kompozisiyasl Elxan müəllimin möhtəşəm ifası ilə sona çatdırıldı.
P.S. Mən öz adımdan və Djb.az ailəsi adından sevimli Şairimiz Oqtay Rzani bir daha təbrik edirik, ona ən gözəl nemət olan can sağlığı arzulayırıq.
Almaz İlahə Əhmədova
Nuranə Abdullayeva