Rusiyada azərbaycanəsilli polis rəisi saxlanıldı - VİDEO .....                        Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirəm - Ərdoğan .....                        İtkin düşən qadın sosial şəbəkə vasitəsilə tapıldı .....                        Salyanda avtomobil kanala aşdı - 3 nəfər öldü .....                        Bu ölkə Rusiyaya milyonlarla mərmi göndərdi .....                        Açıq havada qalmayın - XƏBƏRDARLIQ .....                        6 nəfər imtahandan qovuldu .....                        PKK-nın 11 düşərgəsi ləğv ediləcək .....                        Ukrayna polkovnikini öldürən rus agentləri zərərsizləşdirildi .....                       
Tarix : 14-03-2014, 18:56

 

 

Beynəlxaq  Mətbuat  Mərkəzində “Yada düşdü” jurnalının iki yaşı qeyd olunub və eyniadlı filmin təqdimatı keçirildi. Tədbir iştirakçılarını qarşıdan gələn “Novruz”  bayramı  və jurnalın iki yaşının tamam olması münasibətilə təbrik edən Mətbuat Şurasının sədri Əflatun Amaşov  sözü şair Zəlimxan Yaquba verdi. Z.Yaqub iki il ərzində 13 sayı işıq üzü görən jurnalın hazırda respublikamızda çap olunan jurnallardan fərqli cəhətlərini, özünəməxsus bədii və estetik məziyyətlərini təhlil etdi.

             “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, qiraət ustası Ağalar Bayramov, jurnalist Flora Xəlilzadə, Türkiyə Cümhuriyyəti səfirliyinin nümayəndəsi, QHT rəhbəri Rauf Zeyniyev, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli və digər çıxış edənlər “Yada düşdü” jurnalının təsisçisi Nəzakət xanım Məmmədovanı, baş redaktor Nahid Hacızadəni, jurnalın yaradıcı və texniki heyətini, oxucularını təbrik etdilər, yaradıcılıq uğurları arzuladılar. Baş redaktor jurnalın məramından, onun ərsəyə gəlməsinin müxtəlif məqamlarından söhbət açdı. Qeyd etdi ki, jurnalın əsas istiqaməti nostalgiyadır. Ötənləri, keçənləri yada salmaqdır.”Yada düşdü”nün “Ölməzlər”, “Unutsaq unudularıq”, “Olanlardan, keçənlərdən”, “Qəlbimizə yazılan şeirlər”, “Yazıçı ömrünün rəngləri”, “Yaddaşımızda yaşayanlar” kimi rubrikaları oxucular tərəfindən sevilə-sevilə oxunur.

         Jurnala həsr olunmuş film nümayiş etdirildikdən sonra  təsisçi Nəzakət Məmmədova dəvətlərini qəbul edib tədbirə qatılanlara minnətdarlığını bildirdi. Onu da qeyd etdi ki, jurnal artıq Azərbaycanın hüdudlarını aşıb. Türkiyədə, İranda, Almaniyada və MDB ölkələrində “Yada düşdü” jurnalının abunəçiləri və oxucuları var.

 

Butov.az

 

 

 

 

 

 

 

 

 

 



Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!