Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 14-01-2020, 12:35
Nəsimi irsini işıqlandıran nəşrlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamı bütün ölkə ictimaiyyəti tərəfindən əlamətdar, təqdirəlayiq hadisə kimi qarşılandı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
İl başlayandan respublikamızda Nəsimi ilə bağlı ədəbi-bədii tədbirlər keçirilməyə başlanmışdır. Bu qərar ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verməklə yanaşı, yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdırmağa kömək etmişdir.
Nəsimi böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətlərin, bütovlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgədə qoyur.
Artıq tarixə qovuşmuş 2019-cu ildə Nəsimi dühasının işığına yığılmış ziyalılarımız şairin ədəbi irsini bir sıra dəyərli elmi nəşrlərində tədqiq edərək geniş ictimaiyyətə təqdim etmişlər.
Vaxtilə Ulu öndərimiz Heydər Əliyevin Nəsiminin 600 illik yubileyinin UNESCO tərəfindən keçirilməsi təşəbbüsü və buna sovet dönəmində necə əziyyətlərlə nail olması xalqımız tərəfindən böyük razılıq hissilə qarşılanmışdır. Nəsiminin Hələb şəhərində olan abidəsinin baxılmaz vəziyyətdə olması, sonradan bu abidənin ətrafının nizama, səliqəyə salınması işlərində Ümummilli liderimizin misilsiz xidmətləri olmuşdur. Ulu öndərimizin Azərbaycanın görkəmli şəxsiyyətlərinə, milli ədəbiyyatımıza, incəsənətimizə, bir sözlə, mədəniyyətimizə verdiyi dəyər, hər bir azərbaycanlının qürur və sevinc mənbəyi olmuşdur.
İl ərzində nəşr olunan bir sıra sanballı elmi kitablar və məqalələr geniş oxucu auditoriyasının nəzər-diqqətini özünə cəlb etmişdir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun çapdan çıxan “Məkansız və zamansız Nəsimi” kitabı geniş oxucu kütləsinin dərin marağına səbəb olmuşdur. O, təqdim etdiyi bu ktabında hürufi şairin XV əsrdə, Hələb şəhərində edamı səhnəsi və bu qətldən sonra Suriyada, ona yaxın dövlətlərdə baş verən iğtişaşlara mühüm tarixi hadisələrə işıq salan qiymətli elmi mənbə olduğunu qeyd etmişdir. O, kitaba ədibin divanının heç bir nüsxəsində təsadüf olunmayan 11 və yalnız 1 divan nüsxəsində rast gəlinən 63 şeirinin daxil edildiyini vurğulamışdır.
Bundan başqa, Nizami Muzeyində 2019-cu il dekabrın 30-da Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “Nəsimi: edamdan sonrakı həyat” kitabının təqdimat mərasimi keçirilmişdir. Elmi dəyərə malik bu kitabın redaktoru və “Ön söz”ün müəllifi, akademik Rafael Hüseynov, rəyçisi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Nöhsün Nağısoyludur.
Keçirilən tədbiri akademik Rafael Hüseynov açaraq 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğunu bir daha xatırladaraq, bunun dövlətimizin, ədəbiyyatımıza, mədəniyyətimizə, klassik irsimizə göstərdiyi münasibətin parlaq nümunəsi olduğunu qeyd etmişdir. Hörmətli akademik onu da vurğuladı ki, Nəsimi mahiyyəti, düşüncəsi, fəlsəfəsi etibarı ilə insan ruhunun azadlığı deməkdir. Ruhu azadlığın ifadəçisi olan Nəsiminin dili və şəxsiyyəti əslində ötən il qeyd etdiyimiz 100 illik müstəqilliyimizin davamıdır. Nəsimi və onun poeziyasının ideya-bədii istiqaməti barədə “Nəsimi ili” ərzində bir çox dəyərli elmi əsərlər işıq üzü görmüşdür. Muzeyimizin əmkdaşları da bu yubileyə öz layiqli töhfələrini vermişlər. Ölkəmizdə və xaricdə şairin yaradıcılığına, fəlsəfəsinə həsr olunan elmi məqalələr dərc edilmişdir.
Nəşr olunan əsərlər sırasına Nəsiminin farsca divanının sətri tərcüməsinin həyata keçirilməsi və nəşri, ərəb ölkələrində Nəsimi haqqında monoqrafiya olan Əbülfəttah Rəvvas Qələçinin “Yaqub-e Hələb İmadəddin-e Nəsimi” əsərinin ərəb dilindən tərcüməsi və nəşri, görkəmli sənətşünas Ziyadxan Əliyevin “Nəsimi dünyası rənglərin işığında” kitabı da daxildir. Bu kitabda Azərbaycan və xarici ölkə sənətkarlarının dahi şairimiz İmadəddin Nəsimiyə həsr olunmuş təsvir və dekorativ-tətbiqi sənət əsərlərindən söz açılır. İlk dəfə olaraq kitabda cəm halında toplanan bu əsərlərin timsalında hürufi şairin əqidəsi uğrunda apardığı mübarizənin ən müxtəlif səhifələri ilə tanış olmaq mümkündür. Nəşrin redaktoru Fərid Hüseyndir. Bundan başqa, “Ədəbiyyat günəşi” adlı albom-kitab da işıq üzü görmüşdür. Nəsimi nəinki Şərqin, eyni zamanda dünyanın, bəşəriyyətin ən böyük şairlərindən biridir.
Akademik İsa Həbibbəylinin “Cahana sığmayan şair”, İsfəndiyarın “Günəşəpərəstlik”, Səadət Şıxıyevanın “Nəsiminin edamının siyasi faktorları” adlı məqalələri də “Nəsimi ili”nə həsr olunan dəyərli elmi məqalələr sırasındadır.
Böyük şairimizin həyat və yaradıcılığına aid Tacikistanda da məqalələr toplusu dərc edilmişdir. Tacikistanın çox populyar olan “ADAB” jurnalında böyük şairimizin həyat və yaradıcılığı dəyərli məqalələrlə işıqlandırılmışdır. Tacikistan Respublikasının məşhur nəsimişünası Qurban Vosenin “Nəsimi və divanı” “ADAB” jurnalının redaktoru Sodi Şokirzadenin “Tacikistanda İmadəddin Nəsiminin əsərlərinin tədqiqi və nəşri” məqalələri dərc edilmişdir.
Nəsimi Ümumşərq miqyasında qüdrətli şair kimi tanınan və qəbul olunan böyük sənətkardır.
O, hürufizm ədəbiyyatının görkəmli yaradıcısıdır. Şairin “Sığmazam” şeiri cahana sığmayan böyük şairin əsrlərdən-əsrlərə qədər gəlib çatan və yaşamaqda davam edən məğrurluq manifestidir. “Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm” deyən Nəsiminin bu qəzəli Şərq poeziyasında insan haqqında ən möhtəşəm poetik monoloqdur.
Nəsimi öz ideyalarını, hürufi fikirlərini daha çox xalqa çatdırmaq üçün sadə və anlaşıqlı dildə yazmağa üstünlük vermişdir.
Görkəmli şairimizin 650 illik yubileyi dünya ədəbi ictimaiyyətində böyük bir mədəni hadisədir.
Azərbaycan Bəstəkarlar İttifaqı da görkəmli şairimizin yubileyinə dəyərli əsərlər təqdim etmidir: “Nəsimi və musiqi” adlı fundamental kitab işıq üzü görmüşdür. Kitabın müəllifi fəlsəfə üzrə sənətşünaslıq doktoru Səadət Təhmiraz qızıdır.
Kitabın “Nəsimi poeziyasında musiqi” adlı I fəslində Nəsiminin şeirlərində muğamlar və qədim musiqi alətlərindən bəhs edilib. Azərbaycan bəstəkarlarının yaradıcılığında Nəsimi poeziyası” adlanan II fəsil dahi şairin obrazını və yaradıcılığını tərənnüm etmiş bəstəkarlar – Fikrət Əmirov, Cahangir Cahangirov, Azər Rzayev və başqalarının əsərlərinin təhlilinə həsr olunub. Bu layihələrin əsas məqsədi müasir Azərbaycan bəstəkarlarının musiqisi ilə Nəsimi poeziyasının vəhdətinin yubiley ili ərzində Bakının müxtəlif konsert zallarında səslənməsidir.
Ötən ilin əvvəllərindən başlayaraq çoxsaylı tədbirlər keçirilməkdə davam etmişdir. Şairin Moskvada Beynəlxalq Münasibətlər İnstitutunda büstünün qoyulması, Kiyevdə Nəsiminin müəllifi Seyfəddin Qurbanovun olduğu heykəlinin ucaldılması böyük şairimizin dünya ədəbiyyatında yüksək dəyərə malik olduğuna bir daha əyani sübutdur.
Beynəlxalq Muğam Mərkəzində də qüdrətli şairimizin yubileyi ilə əlaqədar silsilə tədbirlər siyahısında “Əbədiyyət üfüqündə doğan günəş” adlı ədəbi-bədii tədbirin də keçirilməsini qeyd etməmək olmaz.
İllər, qərinələr ötəcək, lakin Nəsimi dühası əbədi olaraq yaddaşlarda dərin kök salaraq yaşayacaqdır və bizlərə də mənəvi ruh verərək bir ömür yaşadacaqdır.

Məlahət Xəlil qızı
AMEA Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin əməkdaşı


Paylaş



Bölmə: Ədəbiyyat / Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!