"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 9-12-2019, 12:22
“Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda II beynəlxalq elmi konfrans işə başlayıb

Dekabrın 9-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda Rusiya, Özbəkistan, Tacikistan və Türkiyədən nümayəndələr iştirak ediblər.
Əvvəlcə Ədəbiyyat İnstitutu tərəfindən şairin yaradıcılığına həsr olunan sərgi nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. Qeyd edib ki, məhz bu Sərəncamın icrası istiqamətində respublikamızda və onun hüdudlarından kənarda şairin yubileyi münasibətilə silsilə tədbirlər keçirilib, o cümlədən AMEA-da Nəsimi ilə bağlı müxtəlif konfranslar, elmi sessiyalar təşkil edilib, şairin əsərləri 11 dildə nəşr olunub və alimlərimiz həmin əsərlərə müqəddimə və şərhlər yazıblar. Akademik İ.Həbibbəyli konfransda xarici və yerli alimlərin, tanınmış ziyalıların iştirakını dahi Nəsimiyə xalq sevgisinin təzahürü kimi dəyərləndirib.
Akademiyanın vitse-prezidenti vurğulayıb ki, ulu öndər Heydər Əliyev tərəfindən Nəsimi irsinin sistemli tədqiqi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ümummilli liderin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illik yubileyi UNESKO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd edilib. Dahi şairin irsi ilə bağlı geniş araşdırmalar aparılıb, Nəsiminin Bakıda heykəli ucaldılıb, onun fəlsəfəsini işıqlandıran bədii film çəkilib, əsərləri ana dilində kütləvi nəşr olunub. Məhz həmin illərdə görülən tədbirlər nəticəsində bütün dünyaya Nəsiminin Azərbaycan şairi olması nümayiş etdirilib.
“Nəsimi bütün Şərq miqyasında tanınan, ölkəmizin üfüqlərini onun sərhədlərindən uzaqlara apara bilən qüdrətli Azərbaycan şairi və mütəfəkkiridir”, - deyə bildirən akademik İ.Həbibbəyli cari ildə AMEA-da Nəsimi yaradıcılığına həsr olunan 19 kitabın çap edildiyini, daha bir neçə əsərin nəşrinin isə nəzərdə tutulduğunu vurğulayıb. Qeyd edib ki, AMEA-nın “Nəsimişünaslığı”nı təşkil edən bu kitablar üçün səciyyəvi cəhətlər müstəqillik dövrünün ideallarının təbliği və Nəsimi fəlsəfəsinin dahi şairin mənsub olduğu xalqın milli-mənəvi dəyərləri ilə birgə təqdim olunmasıdır: “Aparılan son tədqiqatlar fonunda Nəsimi irsini bir daha dəyərləndirmək və onun əzəmətli obrazını yenidən canlandırmaq mümkündür”.
Nəsimi şeiriyyatını Nizami Gəncəvidən sonrakı və Məhəmməd Füzulidən əvvəlki dövrün ən böyük ədəbiyyat zirvəsi adlandıran İ.Həbibbəyli qeyd edib ki, kamil insan konsepsiyasının yaradıcısı olan şair öz yaradıcılığında insanın mənəvi cəhətdən təkmilləşməsini cəmiyyətin inkişafının əsası kimi təbliğ edib.
Böyük mütəfəkkirin ideyalarının müasir dövrdə də davam etdirildiyini deyən AMEA-nın vitse-prezidenti yeni nəsillərin insanın mənəvi kamilləşməsi istiqamətində tərbiyə edilməsində Nəsimi irsinin xüsusi rolunu qeyd edib. O, ədibin həyatının faciəvi sonluğunun onun kamil insan uğrunda mübarizə aparan şair-qəhrəman kimi özünütəsdiqinin ifadəsi olduğunu diqqətə çatdırıb.
Sonda İ.Həbibbəyli bu gün keçirilən konfansın 2019-cu il ərzində AMEA-da Nəsimi irsinin tədqiqi və təbliği ilə bağlı görülən işlərin yekunu olduğunu vurğulayıb, tədbirin işinə uğurlar arzulayıb.
Daha sonra AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva “Nəsimi irsinin tədqiqi və müasirlik” mövzusunda çıxış edib. O, dövlət başçısı tərəfindən 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunmasını ölkəmizdə mədəniyyət, şeir, sənət və onların inkişafına böyük diqqətin təzahürü kimi dəyərləndirib: ““Nəsimi ili” ölkəmizdə nəsimişünaslığın inkişafına, şairin ideallarının təbliğinə böyük təkan verib, yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdırıb”.
Akademik G.Baxşəliyeva qeyd edib ki, Nəsimi – böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış Azərbaycan şairidir. Onun yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, ədalətsizliyə qarşı son damla qanına kimi vuruşması xalqımıza, ilk növbədə, gənc nəslimizə hər zaman örnəkdir.
Tədbirdə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Özbəkistan Elmər Akademiyası Ədəbiyyat, Dil və Folklor İnstitutunun əməkdaşı, fil.ü.f.d. Erqaş Oçilov, Tacikistan Dövlət Dillər İnstitutunun dosenti, fil.ü.f.d. Ruxşona Vasiyeva, Rusiya Fəlsəfə Cəmiyyətinin beynəlxalq məsələlər üzrə vitse-prezidentinin müavini, fəlsəfə üzrə elmlər doktoru Ariz Gözəlov, Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Fəridə Əzizova və başqaları Nəsiminin yaradıcılığından söz açıb, dahi şairin zəngin irsinin Azərbaycan xalqının bədii-fəlsəfi fikir tarixində müsbət rol oynadığını qeyd ediblər.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!