Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 2-07-2021, 11:24
ÜRƏYİ TƏMİZ ADAM


...Onunla ilk tanışlığımda zahirən kiməsə çox bənzədiyini düşünə-düşünə qalmışdım. Adının Əliheydər olduğunu eşidincə yadıma düşdü: bir vaxtlar Sumqayıtda yaşamış İkinci dünya müharibəsi veteranı Əliheydər İbrahimova necə də oxşayır! Təsadüfə bax ki, adları, görkəmləri, səsləri, davranışları da eynidir. Son dərəcə oxşar iki ağsaqqal, iki Əliheydər, iki veteran. Biri illərdir ki, haqq dünyasındadır. Digəri isə, adaşının torpağı sanı yaşasın, Cəlilabad rayonunun adı ehtiramla çəkilən ağsaqqallarındandır.
Bir vaxtlar sumqayıtlı döyüşçü Əliheydər kişi haqqında “Snayper İbrahimov” adlı oçerk yazmışdım. İndi isə cəlilabadlı əmək veteranı Əliheydər Əsədov haqqında onun doğum günü ərəfəsində duyğularımı qələmə almaq istəyirəm.
Bizim tanışlığımıza vəsilə olan şair dostum Ədalət Salmanın sözləri yadıma düşür: “Xeyirxahlıq və nəcibliyi ilə yüksək dəyər qazananlardan, iman və ədalətini əldən verməyənlərdəndir Əliheydər əmi. Onu ucaldan müxtəlif vəzifələrdə çalışdığı dövrlərdə xalqa yaxınlığı, dövlətə sadiqliyidir. Ömür yolu gənclərə örnək, əxlaqı ibrət, davranışı dərsdir. Cəlilabad Rayon Veteranlar Təşkilatının sədridir. Haqqında “Şərəfli ömür yolu” adlı kitab yazmışam.

Əliheydər əmi ilə dəfələrlə görüşmüş, çay süfrəsi arxasında söhbətlər etmişik. Həqiqətən də yüksək mənəvi keyfiyyətlərə malik nəcib bir insan olması ilə bağlı qənaətim hər dəfəsində daha da güclənib. Sadəliyi, səmimiliyi, mehribanlığı onunla ünsiyyəti asanlaşdırır və artırır. Gənclər, orta yaşlılar, hətta özü kimi ağsaqqallar da onun yanına məsləhətə gəlirlər.
1937-ci ilin bir yay günü Astarxanbazar rayonunun Dələli kəndində doğulub. Bu kənd rayon mərkəzindən 27 kilometr uzaqdır. Vaxt olub ki, kənddən rayon mərkəzinə öküz arabası ilə gəlməli olub. 8-ci sinfi bitirəndən sonra, 1954-də Salyan Kənd Təsərrüfatı Texnikumuna daxil olub, aqronomluq peşəsini öyrənib. Bir müddət doğma kənddə təsərrüfat sahəsində fəhləlik edib. Qiyabi olaraq Kirovabad Kənd Təsərrüfatı institutunu (indiki Gəncə Aqrar Akademiyası) bitirib. Sonra sovxozlarda aqronom və baş aqronom vəzifələrində işləyib. 1980-ci ildən Cəlilabad Müşə Təsərrüfatı İdarəsinə rəhbərlik edib. 1986-da rayon kimyəvi məhsullar təchizatı bazasının direktoru, 1988-də Kənd Kimya Birliyinin və 1993-də Dələli kolxozunun sədri təyin olunub. İllər uzunu rəhbər olub və hörmət qazanıb. 1999-cu ildə rayon bələdiyyəəsinin şura üzvü seçilib, orada məsul vəzifələr daşıyıb.

Əliheydər əmi xatırlayır ki, meşə təsərrüfatı idarəsinə rəhbərlik etdiyi vaxt bəzi ərazilərdə gecələr ağacların kəsilərək daşınması barədə siqnal alınmışdı. Nişan verilən ərazilərdə reyd keçirib, pusqu qurub və təbiətə qəsdin qarşısını əsasən alıb. Yalnız bir yerdə qanunsuzluğa göz yummalı olub. Arabada odunluq ağac daşıyanlardan birinin yanında olan 7-8 yaşlı oğlu ona üz tutaraq: “Əmi, evimiz soyuqdur, nə olar, qoy, aparaq da” – deyincə uşağın məsum baxışlarından keçə bilməyib.
Həmin reydin üstündən 20-25 il keçmiş, uşaqla bağlı əhvalat da yaddan çıxmışdı. Amma... Artıq pensiyada olan və günlərin bir günü Bakıya özəl bir klinikaya müayinəyə gedən Əliheydər əmi tibbi xidmət haqqını ödəmək istəyəndə gənc həkimin buna qəti olaraq imkan verməməsi onu təəccübləndirdi.
-Siz haqqınızı çoxdan ödəmisiniz, - deyə həkim açıqladı. - O zaman mən uşaq idim. Atamla meşədən odun qırıb aparırdıq. Siz bizim qarşımızı kəsdiniz. Onda mənim xahişimlə günahımızdan keçdiniz. Yaxşılıq unudulmur, Əliheydər əmi...
Bəli, onun həyatında bu kimi hallar da olub. Kiminsə ehtiyac üzündən yasağı pozmasına və cüzi qanunsuzluq etməsinə insanlıq xatirinə göz yumub, yəni mənəvi baxımdan bunu rəva bilib. Ancaq Əliheydər əmi əsasən qanunsuzluğun qənimi, tamahkarlığın, haramşılığın və sui-istifadənin düşməni kimi tanınan kişilərdəndir.
Əliheydər əminin iki oğlu, bir qızı, altı nəvəsi var. Böyük oğlu Asif hüquqşünas, Araz həkim, qızı Natəvan da tibb işçisidir. Balalarını özü kimi doğrucul, qanunpərəst, dövlətə sadiq şəxsiyyətlər kimi böyüdüb.
Göz dəyməsin, heç vaxt özünü qoca tutmayan Əliheydər əminin 84 yaşı var. Yoldaşlıqda dürüstdür, diqqət və qayğısını kimsədən əsirgəməz. Mərdəkanda birlikdə müalicə aldığı hərbçi dostu Adil Babayev deyir ki, “Yoldaşlıqda həmişə təşəbbüs onun əlində olur. Nəsə etmək istəyəndə görüsən ki, artıq səni qabaqlayıb”. Həkim dostu Cəfər Şabanov deyir ki, “Hamımız onu hörmətlə “əmi” deyə çağırırıq. Yaxşı ki, belə ağsaqqallarımız var. Təmənnasız yaxşılıq etmək istəyən kişilər hələ tükənməyib. Allah qorusun!”. Maliyyə işçisi Əliniyaz Quliyev isə deyir ki, “O, ilk baxışdan adama doğma görünən insanlardandır. Üzündəki nur, saflıq xoş ovqat yaradır”.
Əliheydər Əsədov səmərəli fəaliyyətinə görə “Veteran həmrəyliyi”, “Azərbaycan Veteranlar Təşkilatının 30 illik yubileyi” və “Rusiya Veteranlar İttifaqının 60 illik yubileyi” medalları ilə təltif edilib. Bir neçə il əvvəl 80 illiyi Cəlilabadda təntənə ilə qeyd olunub. Ona respublika ağsaqqallar şurasının, RİH-in, YAP rayon təşkilatının fəxri-fərmanları verilib. Ən böyük mükafatı isə el-obanın sevgisi, qədirbilənliyidir.
Fəxrlə dost dediyim bu ürəyitəmiz adam haqqında qeydlərimi şair Ədalət Salmanın ona həsr etdiyi şeirdən bir parça ilə bitirmək istəyirəm:
Ağsaqqal – bir elin güvəndiyi dağ,
Arxadır hamıya ən çətin anda.
Qəbahət edəndə, hamıdan qabaq
Ağsaqqal dayanır göz qabağında.

Heç vaxt tələsməyib fikir deməyə,
Yüz ölçüb, bir biçib, bir söz deyibdi.
Həyat da həmişə doğrudur deyə
Ağsaqqal sözünü təsdiləyibdir.

Danış, söhbətinə kəsilək qulaq,
Danış, dinləyənlər çox şey qazanar.
Bu gün cavanların çörəkdən də çox
Ağsaqqal sözünə ehtiyacı var...


Əli NƏCƏFXANLI,
Əməkdar jurnalist


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!