Araqçi İrandakı etirazlarda ölənlərin sayını açıqladı .....                        Araqçi İrandakı etirazlarda ölənlərin sayını açıqladı .....                        Suriyada kürdlərin nəzarət etdiyi ərazi 80% azalıb .....                        Kamran Əsədov HƏBS OLUNDU .....                        Ermənistan Azərbaycana baxıb hərəkət edir .....                        Bakı metrosuna İsveçrədən 300 vaqon alınır .....                        Zəhradan boşanma xəbərinə reaksiya: "Mədəniyyətiniz olsun!" .....                        Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlər azalıb .....                        Özünü Putinə oxşadan polis komissarı istintaqa çağırıldı .....                       
Tarix : 15-03-2019, 09:21
Ədalət Vəliyevə “Əmək” ordeni verilib

Azərbaycan Prezidentinin 5 mart 2019-cu il tarixli Sərəncamı ilə Ədalət Vəliyev mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 3- cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Butov.az Axşam.az-a istinadən xəbər verir ki, martın 14-də mədəniyyət naziri Əbülfəs Qarayev ordeni Ədalət Vəliyevə təqdim etdi. Nazir Ədalət Vəliyevi dövlət təltifinə layiq görülməsi və 60 illik yubileyi münasibətilə təbrik edib. Ədalət Vəliyevin mədəniyyət sahəsində uzun illər fəaliyyət göstərdiyini, bu illər ərzində sıravi işçidən nazir müavini vəzifəsinədək yüksəldiyini deyən Əbülfəs Qarayev qeyd edib ki, o, çalışdığı hər bir vəzifədə Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verib, bu sahədə bilik və bacarığını, təcrübəsini əsirgəməyib.
“Ədalət müəllim ölkəmizin tanınmış mədəniyyət xadimlərindən biridir. Onun fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilir. Bu gün təqdim olunan orden də bunun əyani sübutudur. Ədalət müəllimlə uzun müddət bərabər çalışmışıq. Bu illər ərzində cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına xidmət etmişik”, - deyə Əbülfəs Qarayev vurğulayıb.
Nazir diqqətə çatdırıb ki, Ədalət Vəliyev mədəniyyət sahəsində çalışdığı hər bir vəzifədə öz fəaliyyətində yüksək təşkilatçılıq, peşəkarlıq nümayiş etdirib, bu sahədə mühüm layihələrin gerçəkləşməsində imzası olan bir insandır.
Əbülfəs Qarayev bir daha Ədalət Vəliyevi 60 illik yubileyi və 3-cü dərəcəli “Əmək” ordenlə təltif olunması münasibəti ilə nazirliyin kollektivi adından təbrik edərək ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzu edib.
Daha sonra orden Ədalət Vəliyevə təqdim olunub. Ədalət Vəliyev onun xidmətlərinə yüksək qiymət verdiyinə görə Prezident İlham Əliyevə, Birinci-vitse prezident Mehriban Əliyevaya öz minnətdarlığını ifadə edib.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!