Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 12-03-2019, 08:42
Aşıq Ədalətin 80 illik yubileyi qeyd olunub

Martın 11-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ustad aşıq, Əməkdar İncəsənət xadimi Ədalət Nəsibovun anadan olmasının 80 illiyinə həsr olunmuş tədbiri keçirilib.
Butov.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Aşıqlar Birliyinin (AAB) katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib. Bildirib ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə AAB-in sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açaraq Ədalət Nəsibovun keçdiyi ömür və sənət yolundan söz açıb, onun Azərbaycan aşıq sənətindəki xidmətlərindən, xüsusilə də solo saz ifaçlığında müstəsna xidmətlərindən danışıb.
M.Qasımlının apardığı məclisdə Xalq şairi Nəriman Həsənzadə, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal ustad aşıq Ədalət Nəsibovla bağlı xatirələrini bölüşüblər.
Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu, Əməkdar mədəniyyət işçiləri Mahmud Məmmədov, Əhliman Rəhimov, Nemət Qasımlı, Ədalət Dəlidağlı və Samirə Əliyeva, eləcə də aşıqlardan Şaiq İncəli, Avdı Musayev, İlham Aslanbəyli, Altay Məmmədli, Nəbi Nağıyev, Dəmir Vəliyev, Səlim Göyçəli, Roman Azaflı, Əli Tapdıqoğlu, Şirin Şahbuzlu, Ruhiyyə Qarabağlı, Əfsanə Kərimli və digərləri bənzərsiz ifaları ilə ustadın ruhunu şad ediblər.
Sonda ustadın oğlu Hekayət Nəsibov çıxış edərək atasının xatirəsinin əziz tutulduğu üçün Mədəniyyət Nazirliyinə, Azərbaycan Aşıqlar Birliyinə və Qazax Xeyriyyə İctimai Birliyinə təşəkkürünü bildirib.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!