Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 20-07-2016, 18:01
Ömür etməyəcək vəfa, dedilər


27 iyun 2016-cı ildə Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin ilk qurucusu ustad aşıq Aydın Çobanoğlu Musayevin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkil etdiyi aşıq Aydın Çobanoğlunun 65 illik yubiley gecəsi keçirildi.

Gecəni Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi, aşıq sənətinin gözəl bilicisi professor Məhərrəm Qasımlı açdı. O, çıxışına bu sözlərlə başladı: "Aydın Çobanoğlu ölməyib. O, yaşayır və bu gün də onun ruhu bu zalda bizimlədir. Aşıq Aydın aşıq sənətinin elə bir aparıcı qolu idi ki, sənətsevərlərin, dostlarının qəlbində həmişə yaşayır və yaşayacaq. Aydın Çobanoğlu qısa ömür sürsə də, çox işlər gördü".
Ömür etməyəcək vəfa, dedilər

Məhərrəm Qasımlı aşıq Aydın Çobanoğlu haqqında tələbəlik illərində olan xatirələrdən, həyat və yaradıcılığı haqqında geniş, əhatəli məlumat verdi. Dedi ki, aşıq Aydın hələ 1980-ci illərdən başlayaraq Xalq şairi Hüseyn Ariflə Azərbaycanda Aşıqlar Birliyinin təməlini qoydular. Həmin vaxt Hüseyn Arifi Aşıqlar Birliyinə sədr seçdilər, Aşıq Aydını isə müavin. Aşıq Aydın ömrünün sonuna qədər Aşıqlar Birliyinin sədr müavini olmuşdur.
Ömür etməyəcək vəfa, dedilər[/center]
Məhərrəm Qasımlı gecəni aparmaq üçün Əməkdar mədəniyyət işçisi, folklorşünas alim Elxan Məmmədliyə verdi. Elxan Məmmədli aşıq Aydın Çobanoğlu haqqında olan xatirələrindən danışdı və sözü ən yaxın dostu, orta məktəbdə sinif yoldaşı olan Əməkdar mədəniyyət işçisi aşıq Əli Quliyevə verdi. Aşıq Əli Quliyev aşıq Aydınla olan xatirələrindən qısaca danışandan sonra "Ruhani" kökündə Aydın Çobanoğlunun sözlərindən oxudu. Gecədə Azərbaycanın bütün bölgələrindən və qonşu dövlətlərdən gələn aşıqlar iştirak edirdilər. Əməkdar mədəniyyət işçiləri aşıq Əhliman Rəhimov, aşıq Ulduz Quliyeva, aşıq Samirə Əliyeva, aşıq Nemət Qasımlı, aşıq Altay Məmmədli və gənc aşıqlardan Əli Tapdıqoğlu, aşıq Vüqar Mahmudoğlu, aşıq İlham Aslanbəyli, aşıq Şaiq İncəli, aşıq Avdı Musayev, aşıq Şəhriyar Kərimov, aşıq Elməddin Məmmədli, aşıq Şəhriyar Şahverdiyev, aşıq Roman Azaflı Təbrizdən gələn aşıq Vədut və aşıq İsa Qaraxanlı, Borçalıdan aşıq Ramin Qarayev, aşıq Qabil Abduyev, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi "Çeşmə" qızlar qrupu və Əməkdar artist Zakir Əliyevin çıxışları olduqca yüksək səviyyədə, gurultulu alqışlarla qarşılandı.
Ömür etməyəcək vəfa, dedilər

Gecədə Borçalıdan gələn tələbə yoldaşı Osman Əhmədoğlu (Dərviş Osman) Aydın Çobanoğlu ilə olan xatirələrindən danışdı. O, danışdıqca qəhər boğdu. Gənc şair Əkbər Qoşalı da Aydın Çobanoğlundan uşaqlıq xatirələrindən, kəndlərində Aydının toy keçirməsindən, səliqə-səhmanından geniş danışdıqdan sonra söz aşıq Aydın Çobanoğlunun qohumu Vəliyəddin Misiroğlu və şairə Məlahət Yusifqızına verildi. Onlar aşıq Aydın haqqında geniş çıxış etdilər.
Ömür etməyəcək vəfa, dedilər

Nəhayət, söz Aydın Çobanoğlu ocağının üzvlərinə verildi. Balaca Aydınla Nərgiz babalarının şeirlərindən söylədi və övladı Aytən Aydınqızı gecəni təşkil edən Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan Aşıqlar Birliyinə, o cümlədən bu gecədə kimin əməyi, zəhməti olub, onlara Aşıq Aydın ocağı adından təşəkkürünü bildirdi. Son söz olaraq gecəni aşığın oğlu aşıq Səyyad Aydınoğlu bir neçə aşıq havası ilə yekunlaşdırdı.
P.S. Aşıq Aydın Çobanoğlu haqqında mənim də xatirəm var. Mən də istəyirəm ki, bu xatirəni Aydın Çobanoğlu sevərlərlə bölüşüm.

Bu xatirə heç vaxt yaddaşımdan çıxmaz. Tələbə idim (1983-1988). İndiki ADPU-nin filologiya fakültəsinin V kursunda oxuyurdum. Yay semestr imtahanlarını verirdik. Sevimli müəllimimz professor Mürsəl Həkimovla dəhlizdə qarşılaşdıq. Hal-əhval tutdu, imtahanlarımla maraqlandı. Minnətdarlıq etdim. Ayrılmaq istəyirdim ki, fakültənin dekanı professor Həsən Mirzəyev bizə yaxınlaşdı. Mürsəl müəllimə xəbərin varmı ki, Tovuz aşıqları buradadı, dedilər. Xalçaçılıq Simpoziumuna gəliblər.
Ömür etməyəcək vəfa, dedilər

Mürsəl müəllim: - Kimlər gəlib, kimlər var?
Həsən müəllim: - Aşıq Əkbər Cəfərovun başının dəsti. Görək Hüseyn nə edir. Bizə bir konsert təşkil etsin.
Mən razılaşdım, dedim: - Əkbərin sabaha vaxtı varsa, düzələr. Onda aşıqlar "Bakı" mehmanxanasında qalırdılar. Mən mehmanxanaya gəldim. Aşıq Əkbər, aşıq Əlxan və balabançı Müseyib üçü də çay içirdi. Görüşdük, hal-əhvaldan sonra xalam oğlu aşıq Əkbərə vəziyyəti dedim. Razılaşdılar. Dedi ki, sabah saat 11:00-da burada olarsan, gedərik. İşin düzəlməsinə çox sevinirdim. Səhər saat 10:40-da oldum mehmanxanada. Otağa girəndə artıq üç nəfər yox, beş nəfər gördüm. Bu iki nəfər şəxslər Azərbaycanın və Türk dünyasının gözəl şairi Məmməd İsmayıl və gənc istedadlı aşıq Aydın Çobanoğlu idi. Sazları götürüb gəldik ADPU-nin 3-cü mərtəbədə yerləşən filologiya fakültəsinə. Fakültənin professor-müəllim heyəti, aşıqları, şairi çox yüksək səviyyədə qarşıladılar. Akt zalının qapıları açıldı, müəllim və tələbələrlə zal dolmuşdu. Görüşü professor Mürsəl Həkimov açdı. İsmayıl Şıxlı və Nizami Xuduyev qısa olaraq çıxış etdikdən sonra aşıqlara söz verildi. Aşıq Aydın və aşıq Əlxan bir neçə ustadnamə deyəndən sonra sazları "Divani" yə kökləyib çalıb oxudular. Ancaq aşıq Əkbərə söz vermirdilər.Tələbələrdən biri yerindən dilləndi: - Bəs aşıq Əkbərə söz verməyəcəksiniz? Aşıq Aydın gülə-gülə dedi ki, mən özüm belə edirəm ki, ustadın intizarını çəkəsiniz. Görün bizim bu ustadımız necə aşıqdı.
Meydana aşıq Əkbər Cəfərov daxil oldu. "Məmmədhüseyni" havası ilə başladı. Zal ayağa qalxaraq əl çalmağa başladı. Hər üç aşıq birlikdə bir neçə hava oxuduqdan sonra aşıq Aydın ustadından icazə alıb özünün yazdığı şeirdən bir neçəsini dedi:
Ömür etməyəcək vəfa, dedilər[/center]
Bu dünyanın çox üzünü görmüşəm,
Alma da deyiblər, al da deyiblər.
Bülbül kimi cəh-cəh vurub ötmüşəm
Dilli də deyiblər, lal da deyiblər.

Hər qapıda bir tam, bir duz dadana,
Addımını səksəkəli atana.
Qorxusundan sarısını udana,
Rüstəm də deyiblər, Zal da deyiblər.

Məcnuna dönmüşəm Leyli dağında,
Nəğmə oxumuşam gül budağında.
Gözəllər dolanıb solu-sağımda,
Cavan da deyiblər, çal da deyiblər.
Ömür etməyəcək vəfa, dedilər
Meydan verin elin cavan oğluna,
Amalı düz, yolu rəvan oğluna.
Aydın, bir məclisdə Çobanoğluna,
Çalma da deyiblər, çal da deyiblər.
Ömür etməyəcək vəfa, dedilər[/center]
Mən ilk dəfə onda bildim ki, Aydın Çobanoğlu yaradıcı aşıqdı. Bizim o görüşümüz üç saatdan artıq davam etdi, ancaq həmin görüşdən bəzi hissələri şair Məmməd İsmayıl maqnitofon yaddaşına köçürdü.
Bəli, aşıq Aydın Çobanoğlunun ömrü vəfa etsəydi, bu gün bizlərlə 65 yaşını qeyd edəcəkdi. Amma amansız ölüm aşıq Aydın Çobanoğlunun bütün arzularını 23 il əvvəl 42 yaşında puç etdi.
Allah rəhmət eləsin!

Hüseyn Məmmədov,
müəllim

"Bütöv Azərbaycan" qəzeti
14 iyul 2016-cı il


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!