Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 28-02-2019, 13:57
Əbülfəs Qarayev nazirlikdə görüş keçirib

Mədəniyyət naziri Əbülfəs Qarayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca Əmirliyinin Hökumət əlaqələri üzrə İdarəsinin sədri Şeyx Fahim bin Sultan Əl Qasiminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Butov.az xəbər verir ki, nazirlikdən Axşam.az-a daxil olan məlumata görə, görüşdə Azərbaycan və BƏƏ arasında mədəniyyət sahəsində əlaqələr, bu sahədə Şarca Əmirliyi ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Əbülfəs Qarayev 2-3 may tarixində Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və 30 iyun-10 iyul tarixində keçiriləcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq işlərinin görüldüyünü bildirib. Nazir, həmçinin yaradıcı sənayelər sahəsində həyata keçirilən və planlaşdırılan fəaliyyət istiqamətləri barədə məlumat verib.
Şeyx Fahim bin Sultan Əl Qasimi səfərin məqsədinin Azərbaycanla Şarca Əmirliyi arasında mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması olduğunu bildirib. Şarca şəhərinin 2019-cu il üçün YUNESKO-nun Dünya Kitab Paytaxtı elan olunduğunu qeyd edən Əl Qasimi bununla əlaqədar Şarca şəhərində təşkil olunacaq kitab sərgisi və irs günlərində ölkəmizi yüksək səviyyədə iştirak etməyə dəvət edib.
Əbülfəs Qarayev təklifi yüksək qiymətləndirdiyini və sözügedən tədbirlərdə iştirak məsələsinin nəzərdən keçiriləcəyini bildirib. Nazir, həmçinin bu ilin payız aylarında ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Həftəsinin keçiriləcəyini qeyd edərək qarşı tərəfi tədbirdə iştiraka dəvət edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!