Bəli. Hər kəsin səbrsizliklə gözlədiyi o möhtəşəm təqdimat günü gəlib çatdı. Sizə kimdən danışım? Müəllifdən... Təbii ki, hər kəsdən çox o həyacanlı və sevincli görünürdü. Belə də olmalı idi. O təkcə kitabının deyil, elə bil öz övladının uğurunu təqdim edirdi. Müəllimlərinin , söz ustalarının, dostların, tələbə yoldaşlarının, tanışlarının... qarşısında bəlkə də, ilk dəfə idi ki, bu qədər həyacanlı görünürdü. Bir- birinin ardınca çıxış edənlər onun həyacanına şərik olmalarını hiss etdirməyə çalışsalar da, Rizvan o möhtəşəm həyacan hissini bir türlü unuda bilmirdi. Güllər, dostların xoş sözləri, şəkillər, "Ziyadar" mükafatı, imzalar - bax budur, Rizvan Fikrətoğlunun qələm dostlarının içərisində sözünün qüdrəti. Böyüklərlə yanaşı, azyaşlı qələm dostları da onu tək buraxmadı. Hər kəs onun özəl günündə yanında oldu. Rizvanın dəyərli müəllimləri - Mahmud Mahmudov, Araz Musayev, Nəsir Əhmədli, Zaur Babayev, Elgiz Əziz, Şair Akəm Xaqan, Vesal Yurdoğlu, yazıçı Günel Ali Ağayeva, Kərim Yaqubi, jurnalist Azadə Bayramova, İmamət İsmayıl Ədil bəyli,Gülnar Hüseynova və digər dəyərli şəxsiyyətlər kitabın hər cümləsini gözəl və dolğun ifadə etdilər. Təqdimat mərasiminə Nəcibə xanım İlkin öz ürək sözləri ilə xüsusi dəyər qatdı.
"Ayaq səsləri" sadəcə povest deyil, həm də əxlaqi baxımdan öz oxucularının yoluna işıq tutan bir çıraq oldu. Rizvan Fikrətoğlu təkcə kitab təqdim etmədi, o bu ədəbi dünyaya bir övlad bəxş etdi. Biz də onunla bərabər "Ayaq səsləri"-nin izilə keçmişdən gələcəyə doğru addımladıq.
Və sizlərə möhtəşəm təqdimata aid olan şəkilləri təqdim edirik:
Günel Ağayeva