Bakıda obyekt yanır .....                        Pensiya və maaş artımı neçə nəfəri əhatə edəcək? .....                        Prezident “AzerGold”la bağlı sərəncam imzaladı .....                        Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO .....                        Pezeşkian Rusiya Baş nazirinin müavinini qəbul edib .....                        Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                       
Tarix : 31-07-2017, 13:50
"Yaşamamaq imansız yaşamaqdan daha yaxşıdır" - Rizvan Fikrətoğlu


Heç vaxt və əsla tutduğumuz mövqedən razı olmuruq. Daha da qalxmağa, daha çox yığmağa meyllənirik.

Bilirsiniz, harda itirdik? Əlimizdə olanın qiymətini bilməyəndə, bizə məxsus olanı ucuzlaşdıranda, dəyərini heç edəndə! Bir dəfə də olsun düşünmədik ki, əgər bir gün olmasa nə olacaq, necə olacaq? Əksinə, həmişə düşündük ki, hər zaman olacaq və bizimdir! Bax, onda itirdik – aram-aram, hissə-hissə, yavaş-yavaş... itirdik. Bəlkə də... Bəlkə də düşünsəydik ki, bir gün olmayacaq, qiymətini anlayardıq. Heyf...

İndi... Çox gecdir. Zamanında dəyərini bilməmişik. Dəyərini bilmədiyimiz zaman boşluğunu doldurmaq istəyir. Necə? Nəyimiz var dolduraq. İtirmişik, çoxdan itirmişik.

Qocaların keçirdiyi hissləri yaxşı anlayıram – onların keçirdiyi həyəcan hisslərini izah etmək o qədər də çətin deyil. Qocalar yaxşı anlayırlar ki, hər gün ölümə daha da bir addım yaxınlaşırlar və heç bir halda gəncik çağlarına qayıda bilməzlər. Qayıtmaq mümkün olsaydı, inanıram ki, nəinki gənc, hətta uşaq olmaq istəyərdilər və həmin qayğısız illərə qayıdardılar. Məhz elə boşuna keçirdikləri zamandır ki, onlardan həmin boşluğu doldurmağı istəyirlər. Necə? Nə ilə doldursunlar? Evli olanlara sual verirəm: ən son həyat yoldaşınızla nə vaxt gəzintiyə çıxmısınız? Xanımınızla ən son nə vaxt bir restoranda əyləşib yemək yemisiniz? Yadınıza salın hələ. O xanım idi ki, vaxtikən onu əldə etmək üçün nələr etmədiniz ki? Soyuyurmu sevgi?

Bilirsiniz, harda itirdik? Allahı unudanda. Bəli, itirdik, onda çox şeyi itirdik. Dinimizi, imanımızı, inancımızı... itirdik. Bu itki ən dəhşətlisi, ən faciəlisidir. Yaşamamaq imansız yaşamaqdan daha yaxşıdır. İmanımız ki itdi, hər pisliyə əl atdıq – xəyanətdən başladıq.
Həyatın dəyərini, mənasını... itirəndə bildik. Hələ də təsirindəyik və nə etdiyimizi hələ də başa düşə bilməmişik. Alan da razı, aldadan da razı.
Bizə qalan sadəcə arzularımız oldu və məhz həmin arzulardır ki, reallaşmadığından bizi rahat buraxmır, çox incidir. Anlaya bilmədik ki, bu arzular, əslində, reallığın formasıdır, onun skletidir. Arzular reallığın özüdür, əgər onu reallaşdırsaq.

Bilirsiniz, harda itirdik? Istiqamətimizi müəyyən edib, addım atmaq üzrə ikən, - “yox, artıq gecdir”, – deyəndə. İndi qalmışıq iki yol ayrıcında. Geri qayıtmaq şansımız yoxdur. İrəli getmək isə heç maraqlı deyil. Hələ hansı yolla gedəcəyimizi belə bilmirik. İndi yalnız bir işimiz var – yanımızdan keçənlərə tamaşa edirik.

Rizvan Fikrətoğlu


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!