"Fənərbağça" doğma meydanında xal itirdi .....                        "Zirə" qələbə qazandı .....                        Salyanda faciə: Qırılan tros sürücünün ölümünə səbəb oldu .....                        Türk diplomat İrəvanda - Nələr müzakirə edildi... .....                        Putin atəşkəsi uzatmayacaq .....                        Binəqədidəki yanğında 5 maşın kül olub - RƏSMİ .....                        Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq? .....                        Mirzoyan ATƏT-in baş katibi ilə görüşdü .....                        ABŞ ilə danışıqlar səmərəli ola bilər - İran rəsmisi .....                       
Tarix : 3-08-2017, 16:55
“Valideynləri üçün əziz, cəmiyyət üçün ləkə övladlar” - Günel Ağayeva



Həyatda atdığınız bütün addımları valideyninizə borclusunuz. O valideynə ki, hər bir çətinliklə sizi böyüdüb, yeməyib sizi yedizdirib, övladlarının yaxşı, firavan bir həyat yaşaması üçün gecə-gündüz rəbbinə əl açıb dua edib.

Ey övlad, söylə, valideyn borcunu ödəyə bilərsənmi?


Аta-ana borcunu min il də çalışsan ödəmək olmur. Çünki valideynlərin mükafatı cənnətdir, behiştdir. Onların qəlbinə dəyməyin, kövrəkdir. Və bunu bilin ki, hər nə pislik etsəniz də sizi və sizin kimiləri qəlblərindən çıxarıb atmazlar. Siz böyüyüb boya-başa çatasınız deyə öz cavanlıqlarını, xoşbəxtliklərini qurban edirlər.

Düşün, naxələf övlad! Evinə, ocağına layiq görmədiyin, “qoca” adlandırdığın insan sənin cənnətə açılan qapılarındır. Utanma,
bezmə, lazımsız əşya kimi davranma! Valideynini evindən, isti ocağından qoparıb qocalar evinə göndərmə! Ananın saçlarına, gözlərinə bax! O saçlar sənin yolunda ağardılıb. O gözlərdə olan nur sənin gələcəyinə işıq olub. Atanın əllərinin qabarına bax! O qabarlar sənin yaxşı yeyib - içməyin, yaxşı savad qazanmağın üçün yaranıb.

Göndərdiyin qocalar evinin onlar üçün soyuq daş divarlardan heç bir fərqi yoxdur. Valideynin qəlbini incitmə. Gözlərindən axan hər bir damla yaşın babalı sənin boynunda olacaq. O isə elə ağır bir yükdür ki, daşımaq heç də sənin üçün asan olmayacaq. Valideynlər sizin üçün bir nemətdir. Süfrəndə olan ruzi-bərəkəti valideynlərinin duası ilə qazanırsan. Lakin onlara bir tikə çörəyi
belə çox görürsən. Bilirsənmi, qocalar evində nə qədər atalar, analar öz övadlarının yollarını gözləyir? Axı haradan biləsən, nəyinə lazımdır? Doğma evindəykən onların qayğısını çəkməmisən, başını sığallayıb əlindən öpməmisən ki.
Valideynləri üçün əziz, cəmiyyət üçün ləkə olan övladlar, valideynin ömrü sonsuz deyil. Unutmayın, siz də valideynsiniz və ya olacaqsınız. Ata-ananızla etdiyiniz rəftarın 100 qat artığını övladınız da sizə edəcək. Onu da yaddan çıxarmayın ki, həyatda heç kəs heç nədən sığortalanmayıb.

Valideynlərini soyuq divar arxasından boylanmağa məcbur edən övlad, vaxt gələr halallığa möhtac qalarsan. Allah hər şeyi görür, səbr edir. Bu dünyada valideynlərinizə etdiyiniz hər bir hərəkətin mükafatı sizə qaytarılacaq.

Günel Ağayeva


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!