TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 15-10-2021, 22:58
DOĞMALAR ARANAN YERDƏ

Poeziya, ümumən, ədəbiyyat birmənalı olaraq həmişə o məqamdan qaynaqlanır və oxucu yaddaşına sirayət edir ki, müəllif milyonları düşündürən, sadə, həqiqət olsa da belə, nədənliyi, cavabı adi münasibətlərlə hesablanmayan suallara cavab arayır. Özü də bu yaşamında heç vəchlə hökm vermir, mütləq münasibət sərgiləmir, daha çox düşüncələrinə sual axtaran oxucunun marağınca özü də bu ovqata köklənir. Filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Fəridə Ləman da bu cür həyati suallara cavab tapmaq istəyi, məramı ilə oxucuyla bir aradadı. Zaman, vaxt-vədə ötüb keçdikcə, qloballaşan dünyanın texnoloji nəfəsi insani ünsiyyətin arasında daha çox lövbər saldıqca Fəridə Ləman ruhunca olan insanların “yadların istisinə bax, harda qaldı bu doğmalar?” intizarı, nigarançılığı da get-gedə poeziyanın cavablandıracağı suallar hücrəsinə daha çox üz tutası olur.
Fəridə Ləman səmimi, kövrək bir şairdi. Dünyanın çoxbilmiş gedişatı qarşısında sadəlövh durumuyla mat qalmışların taleyi, ömür-gün yolu ona özünə
çox doğma və tanışdı. Əvvəlcə ana bətnində, sonra ana qucağında, sonra öz doğma ana dilində adını dilinə gətirəndə, əziz adını dilində ümid kimi bitirəndə sevməyə və duymağa başladığı ana vətənin taleyi ilə bağlı hər hansı bir problemin ilk bünövrəsi Fəridə Ləman üçün məhz bu yadlaşma, doğma hənirlərin öləziməyə başlaması sindiromundan başlayır. O, bir şair kimi, yurdun, bəşəriyyətin taleyindən nigaran alim-vətəndaş kimi məhz bu arzuolunmaz yaşama qarşı həyəcan siqnalı verir, üz tutduğu əzan səsindən, könül verdiyi vətən torpağının halallığından təvəqqə edir ki, insan övladının bu nigarançılıqdan xilas olmasına yardımlarını əsirgəməsin, kömək etsin, lütfkar olsun... Hər yerdə əlimizdən tutan, bizə ümid verən, bizə yar olan Vərən torpağı ona görə F.Ləmanın başlıca öygü predmetidi ki, yaranışından bircə bu torpaq öz sevgisini, istəyini bizlərdən əsirgəməyib. Ona görə də şair görüb-duyduğu rənglərin ahənginə, arıların pətəkdə balına, lalələrin qara xalına, üzü haqqa yol alan sufi yoluna və s. bu qədər ürəkdən, candan etinalı, vurğundu. Vətən torpağını halallıq, paklıq dünyasına çevirən şəhid adına etinası, milli-mənəvi dəyərlərimizin solub-soluxmayan qüdrətinə
heyranlığıyla bir arada yaddaqalan, unudulmaz və düşündürücüdür Fəridə Ləman yaradıcılığı. Qəlbinin ümid yeri olan vətəni və uca Allahını bir işıq, nur simvolu kimi əziz tutan Fəridə Ləmanın özünəməxsusluğunun bir əsas yönü də ondadı ki, o, vətəni, milləti yolunda böyük əmək sərf etmiş, Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafında müstəsna xidməti olan görkəmli insanların ömür yoluna da vətənin, ana yurdun bir ayrılmaz parçası kimi baxır, onların fəaliyyətini əsl vətəndaşlıq prizmasından incələyir. Diqqətli oxucular F.Ləmanın xalq şairləri Sabir Rüstəmxanlının, Nəriman Həsənzadənin, eləcə də tanınmış şairlərdən Aslan Kəmərlinin, Akif Səmədin yaradıcılığından və ömür yolundan bəhs edən məqalələrini ilk növbədə qədirbilən bir sənət adamının öz həmkarlarının yaradıcılığına, həyat yoluna hədsiz vurğunluğunun, ehtiramının ifadələri kimi xatırlayır. Zahirən son dərəcə sakit, öz daxili dünyasına qapanmış qələm adamı təsiri bağışlayan F.Ləman daxilən bütün ədəbi nailiyyətlərə, işıqlı ünvanlara atəşin bir qəlb və sevgi ilə reaksiya verən, vaxtında xoş sözünü əsirgəməyən bir qələm adamıdı. Uzun illər onun baş redaktorluğu ilə işıq üzü görən “Məhsəti” jurnalına daxil edilən məqalələr, poeziya və nəsr nümunələri, elmi-publisistik araşdırmalar Fəridə xanımın yaradıcı bir insan olaraq ədəbiyyat camesinə nə qədər yaxından bələd olmasını özündə bütün dolğunluğu ilə ifadə edir. Bu bağlılıq və heyranlıq ilk növbədə onun həssas şair qəlbinin və münasibətinin var etdikləridi. Fəridə Ləman ədəbi yenilik və uğurlara etinalı, yeniliyi dəyərləndirə bilən bir söz adamıdı. Doğma vətənini azadlığı, əhdi kimi sevə bildiyindəndi ki, onun adını, ünvanını əziz tutaraq yazıb-yaradan hər bir qələm əhlini özünə doğma bilir, doğma nəzərlərlə araşdırıb təbliğ edir. Köklü milli dəyərlərimizin bir para iddialı şou əhlinin basqısı ilə aşağılanmağa başladığı bir zamanda Fəridə Ləmanın vətənpərvərlik, dini-əxlaqi dəyərlər mövzusunda qələmə aldığı əsərləri daha dərin təəssübkeşlik hissi ilə oxunub, yadda qalır. Onun yaradıcılığı və fəaliyyəti çoxşaxəlidi. Ancaq bütün hallarda bu çoxşaxəlilik ümumən ədəbiyyatımızın, mədəniyyətimizin inkişafı və yaxşı yöndən təbliğinə hesablanıb. F.Ləmanın yaradıcılığını və elmi axtarışlarının ümumi mənzərəsini bir sözlə ifadə etmiş olsaq bu sözün məhz “qədirbilənlik”, olduğunu lap ilkdən, başdan yazmış olarıq. Bu dəyərlər günü-gündən qloballaşan dünyamızın ilkinliyinə olan yenilməz və heç vəchlə təravətini itirməyən bir könül dünyasından qaynaqlanır. Oxucu bu dəyərlərə olan etinasına görə F.Ləmanı bir şair, publisist, elm adamı, ən başlıcası, vətəndaş və ana olaraq sevir, imzasına dərin hörmətlə:

GÜLAYƏ ŞINIXLI


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!