Rusiyanın 55 milyon dollarlıq qırıcısı məhv edildi .....                        İlon Mask qalmaqallı postunu sildi .....                        11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub .....                        Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                       
Tarix : 28-12-2016, 18:38
SƏN DÜHASAN AZƏRBAYCAN ADI TƏK!

Əmir Pəhləvan

Dostumuz Əmir Pəhləvanın öz Facebook səhifəsində paylaşdığı şeirin maraqla qarşılanacağını nəzərə alaraq "Butov.az"ın oxucularına təqdim edirik:
SƏN DÜHASAN AZƏRBAYCAN ADI TƏK!

Dünya şöhrətli ədəbiyyatşünas, tədqiqatçı, xarici ölkələrdə vətənimizi dünyaya tanıdan vətənpərvər ziyalı və türkoloq alim Tofik Məlikliyə həsr edirəm
Yaşamağın ərən yolu - səninlədi,
İlahinin vuran qolu - səninlədi,
Dastanların - sinə dolu - səninlədi,
Sən dühasan Azərbaycan adı tək!
Nəfəsinə isinmisən ulu türkün,
Nağılları çin etmisən dəli türkün,
Tarixləri yıxıb - duran qolu türkün,
Sən dühasan Azərbaycan adı tək!
Hiyləyə əl atıb tələ qururlar,
Türkə papış tikib şələquyruqlar.
Yaltaqlıq havası çalır buyruqlar,
Sən dühasan Azərbaycan adı tək!
Şeytan kələyinin sonu bilinməz,
Hədəfi bilinməz, yönü bilinməz,
Dərzisi bilinməz, donu bilinməz,
Sən dühasan Azərbaycan adı tək!
Bu qoca dünyanın qocasın gördük,
Şələsin, şüləsin, tələsin gördük,
Yalana bürünən bəlasın gördük,
Sən dühasan Azərbaycan adı tək!
Uca boylu, ötkəm dilli bir türksən,
Ali məclislərdə hörmətli türksən,
Düşmən qabağında qeyrətli türksən,
Sən dühasan Azərbaycan adı tək!
Yerişin əzəmətli, baxışın iti,
Sözlərin kəsərli, addımın qəti,
Sən varsan - pozulmaz türkün qüdrəti,
Sən dühasan Azərbaycan adı tək!
Harda Azərbaycan adı çəkilsə,
Harda bir qəribin qəddi bükülsə,
Tofik Məlikliyə gözü dikilsə,
Sən dühasan Azərbaycan adı tək!


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!