“Qarabağ” məğlub olsa da, "pley-off"a keçdi .....                        Ordumuz hazırdır, barmaqlar tətikdədir - İran XİN .....                        “Qarabağ”-“Liverpul” matçında ikinci qol vuruldu .....                        Qara dəniz sahilində mina tapıldı .....                        FED faiz qərarını AÇIQLADI .....                        Həmyerlilərimiz “Qarabağ” üçün bir araya gəldilər - FOTO .....                        Avropadan Ermənistana 20 milyonluq hərbi yardım .....                        Marneulidə faciə - iki azərbaycanlı həlak oldu .....                        DİM bunun üçün 230 min xərcləyəcək .....                       
Tarix : 11-07-2017, 20:06
Elə cümlələr vardır ki, onları bir - birinə bağlayan tellər yalnız sözlər olmur. Bu tellər sözlərlə ifadə oluna bilən elə nəsnələrdir ki, onları oxumaq bir içim su içib könlü ram etmək kimidir, dərin bir nəfəs dərib dərdləri ovutmaq kimidir, xatirələrə varıb olanlara şükran etmək kimidir. Həmin sirli sözləri cəm edənsə şeirlərdir; şairlərin həmdəm yeri:

"Vicdan şahidliyi! Könüllü dustaq!
Özündən könüllü intiqam almaq!"


İçimizdəki "hakim"in cəzasından yan keçə bilmərik, nə mən, nə də sən. Çünki biz "könüllü dustaq"larıq. Bizi ittiam edən də özümüzük, müdafiə edən də. Zərərçəkən də bizik, təqsirləndirilən də. Çünki "Vicdan şahidliyi" var. Ən ali kürsüdə əyləşmiş, dördgözlü "şahid".

Butov.az - ın bu günkü şeir qonağı Azərbaycanın xalq şairi, dramaturq, ədəbiyyatşünas Bəxtiyar Vahabzadədir.


"Vicdan şahidliyi! Könüllü dustaq!" - Bəxtiyar Vahabzadə



Hərdən əzab satar, qəm alar məni


Mənim bu dünyada çox xatam olub.
Səhvlər, qüsurlar, xatalar məni
Yenidən yaradan öz atam olub.
Xatalar üstündə boy atmışam mən,
Özümü yenidən yaratmışam mən.

Səhvimə, xatama hamıdan qabaq
Şahid də, hakim də vicdandır ancaq.
Belə bir məqamda vəkil lal olur,
Haqq kəsir, yalansa payimal olur.
Şahidim, vəkilim, hakimim də mən,
Qaçmaq mümkünmüdür bu məhkəmədən?

Vicdan şahidliyi! Könüllü dustaq!
Özündən könüllü intiqam almaq!
Vicdan şahidliyi! Bir hökmdar tək
Özünə çəkdiyin öz sinə dağın.
Vicdan şahidliyi! Özünü görmək,
Özünün özünə təslim olmağın.

Özünü görməyən görməz özgəni,
Sözünü anlamaz, özünü bilməz.
Özünü bilməyən bilməz kimsəni,
Əyriyə əyilər, düzə əyilməz.
Şahidin, vəkilin, hakimin də sən,
Qaçmaq mümkünmüdür bu məhkəmədən?

Bəxtiyar Vahabzadə


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!