Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 2-07-2024, 19:12
“Şərqi Zəngəzur-Quruculuq və Böyük Qayıdışın ünvanı”

“Şərqi Zəngəzur-Quruculuq və Böyük Qayıdışın ünvanı”

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun yeni çapdan çıxan “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı olub.
MEK-in direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov tədbiri giriş sözü ilə açıb, bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində nəşr edilən kitabda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz siyasi iradəsi, qətiyyətli sərkərdəlik bacarığı sayəsində xalqımızın və rəşadətli ordumuzun 44 gün davam edən Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər, dövlətimizin başçısının rəhbərliyi ilə Şərqi Zəngəzur iqtisadi rayonunda başlanan genişmiqyaslı işlər zəngin informasiya və analitik materiallarla əks olunub. Natiq qeyd edib ki, “Prezident İlham Əliyev Şərqi Zəngəzurun bərpasının və Böyük Qayıdışın memarıdır” adlı “Ön söz”lə açılan kitabda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 44 günlük tarixi qələbədən bir neçə gün sonra - 16 noyabr 2020-ci ildə Şərqi Zəngəzur bölgəsinə ilk səfərlərindən başlayaraq Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında çoxsaylı görüşlərinə, açılış və təməlqoyma törənlərinə dair məlumatlar rəngli fotolarla 60-dan çox başlıqla Zəfər, Dirçəliş və Böyük Qayıdış fəsillərində təqdim olunub.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Abbas Abbasov təqdim edilən kitabda Vətənimizin ayrılmaz parçası olan Zəngəzurun tarixi keçmişi, Prezident İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması haqqında qərarının siyasi əhəmiyyəti, nankor qonşularımızın törətdikləri vandalizmin nəticələrinin aradan qaldırılması üçün gerçəkləşən Dövlət proqramlarının, reallaşan layihələrin bugünkü mənzərəsi və gələcək perspektivləri, Şərqi Zəngəzurun iqtisadi potensialı, təbii sərvətləri barədə materiallara geniş yer verilməsini müsbət dəyərləndirib.
“Zəfər” ordenli şəhid polkovnik Babək Səmidlinin bacısı Röxsanə Səfərzadə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın şəhid ailələrinə diqqət və qayğısının kitabda geniş sənədli yazılı materiallarla, foto-şəkillərlə əks olunmasını razılıqla qeyd edib. Bildirib ki, MEK-də yeni yaradılmış “Qarabağ Qəhrəmanları” Fondunda müəllifin “Şəhidlər”, Qardaşlığın Zəfəri” kitabları ilə yanaşı bu nəşr də öz layiqli yerini tutacaqdır.
MEK-in elmi katibi Şəbnəm Rüstəmova QHT Agentliyinin ciddi informasiya, maarifləndirmə yönümlü layihələri maliyyələşdirməsinin əhəmiyyətini vurğulayaraq yüksək poliqrafik formatda rəngli tərtibatda nəşr edilmiş 240 səhifəlik kitabın MEK-ə təqdim edilən nüsxələrinin AMEA-nın kitabxanalarına, elm və təhsil müəssisələrinə də paylanacağını bildirib:
“Kitabdakı materillardan aydın görünür ki, Prezident İlham Əliyevin nəşrin üz səhifəsində də əks olunmuş bu fikri artıq gerçəkləşmə yolundadır: “Mən demişdim ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”.
Səmimi fikir mübadiləsindən sonra çıxış edən müəllif Hacı Nərimanoğlu kitabın donoru QHT Agentliyinə və təqdimatda iştirak edən şəhid ailələrinin üzvlərinə, Qarabağ müharibəsi veteranlarına, AMEA, BDU, QHT və KİV əməkdaşlarına təşəkkürünü bildirib.
İştirakçılara kitabın nüsxələri, üzərində QHT-nin loqosu və layihənin adı həkk olunmuş qələmlər hədiyyə olunub.


Paylaş



Bölmə: Zəngəzur / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!