Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 4-08-2020, 17:13
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin bəyanatı

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Azərbaycan Dövləti Və Silahlı Qüvvələrinə dəstək bəyanatı:
1988-ci ildə Ermənistan tərəfinin Azərbaycanın tarixi torpaqlarına qarşı açıq şəkildə ərazi iddiaları və etnik zəmində təxribatları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib və Azərbaycan ərazisinin 20 faizi işğal edilib. Hərbi təcavüz dövründə erməni ordusu işğal etdikləri rayon və şəhərlərdə hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan dinc əhalini amansızlıqla qətlə yetirib və azərbaycanlılar etnik təmizləmə və soyqırıma məruz qalıblar.
1993-cü ildə beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti ilə bağlı 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul edib. Qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilib, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub.
Lakin, beynəlxalq qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistan öz işğalçı siyasətini davam etdirməkdədir və zaman-zaman Azərbaycanın işğal olunmuş ərazilərindən əlavə digər sərhəd bölgələrində də gərginliklər yaradır. 12 iyul 2020-ci il tarixdə Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozaraq Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini toplarla atəşə tutdu. Bu hərbi təcavüz, erməni işğalçılarının Azərbaycan ərazilərində davamedici işğal planlarını, həmçinin Azərbaycanın beynəlxalq strateji əhəmiyyətli enerji və logistik şəbəkələrini təhlükə altına salmaq məqsədilə başladılan təxribatçı planlarını gerçəkləşdirmə cəhdidir.
Azərbaycan ordusunun Ermənistanın hərbi təxribatlarına layiqli cavab verməsinin ardından Azərbaycanın paytaxtı Bakı şəhəri başda olmaqla, Güney Azərbaycanın müxtəlif şəhərlərində, İran hökumətinin təhlükəsizlik qüvvələrinin ciddi təzyiqlərinə baxmayaraq, Azərbaycan dövlətinə və ordusuna dəstək məqsədilə kütləvi aksiyalar təşkil olunub. Minlərlə Azərbaycan türkü Azərbaycan torpaqlarının müdafiəsi üçün milli-hərbi səfərbərliyə hazır olduqlarını bəyan ediblər. Ermənistanın təcavüzkar əməllərinə ciddi etirazlarını bildirən Güney Azərbaycanda yaşayan azərbaycanlılar “Qarabağ Azərbaycandır!”, “Ermənistanın işğalçı siyasətinə son qoyulsun!” şüarlar ilə Azərbaycan respublikasının ali baş komandanın milli səfərbərlik fərmanını gözlədiklərini və minlərlə könüllü bu səfərbərliyə qoşulmaq istədiklərini GÜNAZ TV, sosial media və həmçinin GAMAC-a ünvanladıqları müraciətlərlə bildirmişlər.
Bununla yanaşı dünyanın müxtəlif ölkələrində Ermənistanı hərbi təcavüzünə qarşı keçirilən sivil və icazəli aksiyalar təşkil edilib.
Biz Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) olaraq millətimizin Vətən naminə milli birlik və erməni işğalında olan torpaqlarımızın azad edilməsinə qoşulma istəyini alqışlayırıq və bildiririk ki, Güney Azərbaycanda yaşayan milyonlarla azərbaycanlı milli səfərbərlik əmrini gözləyir. Şübhəsiz ki, bu səfərbərlik elan olunduğu halda yüz minlərlə azərbaycanlı könüllü olaraq bu savaşa qoşulacaq və Vətənimiz Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyini sona qədər qoruyacaq.

GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSI


Paylaş



Bölmə: Güneyin sesi / Turan / Bütöv Azərbaycançılar / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!