Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
Tarix : 6-07-2017, 18:03
Hərbi Jurnalistlər Birliyinin Bəyanatı


“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi (HJB) 4 iyulda Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının yaralanması faktı ilə bağlı bəyanat yayıb.

"Butov.az" xəbər verir ki, Bəyanatda bildirilir:
“ Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində azərbaycanın mülki şəxsləri tez-tez qətlə yetirilib, xəsarətlər alıb, əmlakları dağıdılıb, bir sözlə insan faciələri yaşanıb. Növbəti belə faciə iyulun 4-də erməni hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində təkrarlandı. Quliyeva Sahibə İdris qızı, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak oldular, Quliyeva Sərvinaz İltifat qızı yaralandı.
Ermənistan öz terrorçu mövqeyindən çəkinmir, günahsız insanların, ələlxüsus uşaqların qanını tökməkdə davam edir. Sıralarında Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrində çalışan, hərbi mövzularda yazan jurnalistləri birləşdirən İctimai Birliyimiz bu vandalizm aktını qətiyyətlə pisləyir, dünya ictimaiyyətini Ermənistanı işğalçılıq siyasətinə və terrora son qoymağa səsləməyə çağırır.
Ermənistanın əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüquqa, insan haqlarına və fundamental azadlıqlara açıq həqarətdir, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesinə zərbədir. Azyaşlı uşağın partlayıcı qurğu ilə qətlə yetirilməsi birbaşa terror əməlidir. Hərbi Jurnalistlər Birliyi beynəlxalq təşkilatları, o cümlədən jurnalistika sahəsində ixtisaslaşmış bütün xarici qurumları Ermənistanın minlərlə məsum azərbaycanlı uşağın qətlinə səbəb olmuş işğalçılıq siyasətinə biganə qalmamağa səsləyir. Hesab edir ki, dünyanın media ictimaiyyətinin hadisə ilə bağlı yüksək həssaslığı yeni insan faciələrinin yaşanmasının qarşısını ala bilər. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti beynəlxalq ictimaiyyət tərəfindən qınanılsa da, Ermənistan dövləti beynəlxalq təşkilatların çağırış və qərarlarına məhəl qoymur. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri Azərbaycan ərazilərinin dərhal azad edilməsini və məcburi köçkünlərin öz ölkələrinə qaytarılmasını tələb etsə də, bu qətnamələr yerinə yetirilmir.Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsi münaqişə zonasında vəziyyətin pisləşməsinin, baş verən hadisələrin əsas səbəbidir və münaqişənin danışıqlar yolu ilə həllinə mane olur.”
ATƏT həmsədrlərindən, BMT Təhlükəsizlik Şurasının üzvlərindən işğalçi Ermənistanın dinc əhaliyə qarşı törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edir. Həmçinin bu hadisələrə görə Ermənistan rəhbərliyinə qarşı sanksiyaların tətbiq olunmasına çağırırıq.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!