Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 5-07-2017, 18:47
Fransada Assosiasiya ermənilərin təxribatını pislədi - VİDEO

Fransada Azərbaycanın Dostları Assosiasiyası iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olması həmçinin mülki obyektlərə zərər dəyməsi ilə nəticələnən son hərbi təxribatını qətiyyətlə qınayır.
Butov.az AzVision.az-a istinadən xəbər verir ki, bu fikirlər Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan Fransua Manselin Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı verdiyi bəyanatda yer alıb. Bəyanatda deyilir: "Azərbaycanın Dostları Assosiasiyası Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qeyri-qanuni işğalı səbəbindən baş vermiş bu təxribat nəticəsində mülki şəxslərin həlak olması ilə əlaqədar kədərini ifadə edir və həlak olanların ailələrinə başsağlığı verir, həmçinin Azərbaycan xalqına öz dəstəyini bildirir.
Ermənistanın mülki əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, eləcə də 1949-cu il Cenevrə konvensiyaları, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Münaqişənin həlli ilə məşğul olan Minsk qrupunda təmsil olunan ölkələr tərəfindən məsələnin həllinin ləngidilməsi uzun illərdir ki, ədalətsiz status-kvonu qoruyub saxlayır və bu, yalnız faciəvi qarşıdurmalara gətirib çıxarır. Azərbaycanın Dostları Assosiasiyası arzu edir ki, əlaqədar dövlətlər ən qısa müddətdə öz münasibətlərini bildirsinlər və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamənin (822, 854, 874 və 884) yerinə yetirilməsini təmin etsinlər.
Sonda Assosiasiya bütün tarixi həqiqətlərin əksinə olaraq özü başlatdığı münaqişədə özünü qurban kimi qələmə verməyə cəhd edən Ermənistanı Dağlıq Qarabağ və ətraf rayonların qeyri-qanuni işğalının davam etdirilməsinin mümkünsüzlüyünü anlamağa çağırır.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!