“Qarabağ”dan növbəti qələbə .....                        Şeyx Patriarx Kirillə erməni revanşizmindən danışdı .....                        Suriya Prezidenti Azərbaycana dəvət edildi - FOTO .....                        Xaçmazda maşın aşdı - 4 nəfər yaralandı .....                        Samir Şərifov Suriya Prezidenti ilə görüşdü .....                        DİN-dən saxta səhifələrlə bağlı XƏBƏRDARLIQ .....                        Kəmaləddin Heydərovdan iranlı nazirə başsağlığı .....                        Kipr problemi iki suveren dövlətin yaradılması əsasında həll olunacaq - Ərdoğan .....                        Rəsmi Bakı Badamova görə Moskvadan izahat gözləyir .....                       
Tarix : 26-02-2014, 18:29

 

 

 

 

 

Ürəyimdə qəribə rahatlıq var. Bəlkə də həmin rahatlıq ürəyimə düşən ümid işığıdır. Axı hər sabaha ümidlə baxırıq. Yeni sabahlar isə dünənə çevrilir, zaman keçdikcə isə keçmişə. Dünən və keçmiş oxşar görünsələr də, bir-birindən fərqli dərin mənaları ifadə edirlər. Dünən bizə yaxındır, keçmiş isə görə bilməyəcəyimiz qədər uzaq. Zaman keçdikcə keçmiş xatirələr öz izini itirir. Bəzən isə yaddaşımızda dərin izlər buraxır.

 

Hər gün otağımdakı pəncərədən baxıram. Öncə günə başlarkən, sonda günlə vidalaşarkən, yəni yeni sabaha oyanmaq niyyətində olduğum zaman. İllər keçsə də, gördüyüm mənzərə dəyişmir. Fəsillər dəyişdikcə həmin mənzərə bir birindən fərqli olduqca gözəl rənglərə boyanır. Burada 2 və 4 mərtəbəli bir-iki köhnə bina və ağaclar əks olunub. Həmin binalar mərkəz küçələrdə olan göydələnlərdən fərqlidir. Köhnə Bakının qoxusu gəlir onlardan sanki. Ağaclar isə yaz gəldiyi zaman yarpaqlara o qədər möhkəm bürünürlər ki, arxadakı binaları görmək mümkün olmur. Sanki payız gəlməyəcək o yarpaqları onlardan qoparmayacaq kimi. Həyat da belədir... Bu həyatın dünyanın sahibi bizik kimi o qədər alüdə oluruq ki, ömür boyu yaşayacağıq kimi. Bəzən sərvətin çoxluğu başımızı gicəlləndirir, vəzifə yüksəldikcə "salam" verməyi və ya almağı belə özlərinə sığışdırmır bəziləri. Kasıblıq isə möhtac duruma salır insanları. Müdriklərdən biri yaxşı deyib: "insanın ağlı onun sərvətidir". Ağlımızı itirsək ən böyük sərvətimizi itirərik. Yeni gün dünən və sabahdır. Hər günümüzü bir "son" kimi və mənalı yaşamalıyıq. Keçmişə baxıb peşman olmayaq, gələcəyə isə ümidlə baxaq deyə.. "Son"lara da alışmalıyıq.

 

Firuzə Azəri,

BQU-nun lV kurs jurnalistika tələbəsi

 

 

 

 

 



Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!