İlham Əliyevdən İranla bağlı mühüm mesaj .....                        Prezidentlər biznes forumda iştirak edir .....                        Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian .....                        Azərbaycanla Səudiyyə arasında önəmli anlaşma .....                        Pezeşkian Şəhidlər xiyabanında .....                        Pezeşkian Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO .....                        Bakıda dairəvi yolda qəza .....                        Putin bu tarixdə müvəqqəti atəşkəs elan etdi .....                        Yol polisi Bakı-Qazax yolundakı ağır qəza ilə bağlı məlumat yaydı - FOTO .....                       
Tarix : 28-08-2014, 16:06

 

 “Qərbin bəzi dairələri Ermənistanı təcavüzkar kimi göstərməkdən çəkinirlər. Bu müharibədə Ermənistan da yüzlərlə əsgər itirib. Əgər Ermənistan təcavüzkar deyildirsə, onlar Azərbaycan torpaqlarında nə gəzirdilər?”

Apa-nın məlumatına görə, bunu bu gün “Təqsirkarlardan təzminatların tələb edilməsi özü də bir iqtisadi sanksiyadır” mövzusunda dəyirmi masada Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin əməkdaşı Turab Qurbanov söyləyib.

O, Azərbaycan və Ermənistanın razılığa gəlməsi yönündə çağırışlara da toxunub: “Deyirlər ki, tərəflər razılığa gəlsinlər. Təcavüzkarlarla təcavüzə məruz qalan niyə eyni səviyyəyə qoyulur? Münaqişənin kompromislə həlli barədə təkliflər səslənilir. İndiyə qədər Azərbaycanın səbr nümayiş etdirməsi kompromis deyilmi? Referendum təklifləri var. Avropanın özündə kompakt yaşayan etnik azlıqlar var. Onlar üçün də referendum təşkil ediləcəkmi? BMT-nin sabiq baş katibi Kofi Annan deyirdi, hər etnik qrup üçün referendum təşkil edilsə, dünyada mikroskopik dövlətlər yaranar. Əslində Ermənistanın özündə xalqın taleyini müəyyən etmək üçün referendum keçirilməsinə ehtiyac var. Prezidentliyə namizədlərin güllələndiyi Ermənistan nə dərəcədə Avropa ailəsinə yaraşır?”
O bildirib ki, Qərbin Ermənistanın özünün belə tanımadığı Türkiyənin işğalçı ölkə ilə sərhədlərini açılmasını istəməsi qəribə görünür: “Yaxud Serj Sərkisyanın gənclərə müraciətində “Qarabağı biz aldıq, Ağrını da siz alın” deməsinə niyə reaksiya verilmədi?”
Azərbaycana yönəlik ittihamlara toxunan T. Qurbanov 300-400 illik tarixi olan dövlətlərin korrupsiya problemini həll edə bilmədiyini vurğulayıb: “Qərb ölkələrində lobbiçliklə deputatların seçilməsi korrupsiya deyilmi?”
Prezident Administrasiyasının nümayəndəsi beynəlxalq təşkilatların real addım atmamasının anlaşılmaz olduğunu vurğulayıb: “Azərbaycanın mövqeyi qətidir. Münaqişə BMT-nin 4 qətnaməsi, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların qərarları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Torpaqlar işğaldan azad edilməli, qaçqın və məcburi köçkünlər torpaqlarına qayıtmalıdır. Növbəti mərhələdə Dağlıq Qarabağa ən yüksək muxtariyyət verilə bilər”.

 



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!