Aşıq Əlixanın adı ehtiramla xatırlanır .....                        Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                        Bu müəllimlərin maaşları artırıldı .....                        Rəşad Nəbiyev pakistanlı nazirlə görüş keçirdi .....                        Paşinyan İstintaq Komitəsinə yeni sədr tapdı .....                        Çovğun 70 min nəfəri işıqsız qoydu .....                        Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silir .....                       
Tarix : 25-05-2017, 12:10
Milli Məclisdə büdcə müzakirələri keçirilir

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Butov.az-ın “Ölkə.Az”-a istinadən məlumatına görə, iclasda “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə olunub.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat, vergilər və digər nazirliklərin nümayəndələri iştirak edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, dövlət büdcəsinin icrası haqqında sənəd Milli Məclisə vaxtında daxil olub.

Onun sözlərinə görə, müəyyən göstəricilər üzrə azalma müşahidə edilsə də bütövlükdə ötən il üzrə proqnozlara tam əməl edilib:

“Dünyada ölkələr arasında toqquşmalar, ziddiyətlərin artmasına baxmayaraq, ölkəmiz stabillik nümayiş etdirir. Bunun nəticəsidir ki, dünyada gərginliyə baxmayaraq Azərbaycan iqtisadiyyyatı öz inkişafını davam etdirir”.

Maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, 2016-cı ildə inkişaf etməkdə olan ölkələrdə üzrə investisiyanın azalması, neft və digər xammal məhsullarının qiymətlərinin aşağı düşməsi, Avropa və ABŞ-da baş verən siyasi proseslərlə əlaqədar olaraq qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin artması nəticəsində ticarət göstəriciləri və iqtisadi artımın sürəti son illərdə müşahidə olunan geriləmə davam edib:

“Ümumilikdə dünya üzrə iqtisadi artım göstəriciləri 2015-ci il ilə müqayisədə 0,3 faiz bənd azalaraq 3,1 faiz bənd təşkil edib. 2015-ci il ilə müqayisədə neftin orta qiymətinin aşağı düşməsi neft ixrac edən ölkələrin iqtisadiyyatına öz mənfi təsirini göstərib və həmin ölkələrdə bir çox dövlət büdcə və cari hesablar balansında problemlərlə üzləşmişlər. Bununla yanaşı, ABŞ-ın federal ehtiyat sistemində faiz dərəcələrinin artımlar davam edib ki, bu da dolların dəyərinin daha da yüksəlməsinə gətirib çıxarıb. Nəticədə dollardan asılı olan valyutaların sabitliyin təmin olunmasında əlavə çətinliklər ortaya çıxıb. Bu da Azərbaycan da daxil olmaqla, əksər ölkələrin iqtisadiyyatında inflyasiyanın artmasına və iqtisadi artım sürətinin azalmasına təsir göstərib”.

Maliyyə nazirinin müavini qeyd edib ki, qlobal mühitdəki proseslərə cavab olaraq Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri üzrə təsdiq etdiyi Strateji Yol Xəritəsinin icrası istiqamətində atılan çevik addımlar, həyata keçirilən qabaqlayıcı və tənzimləyici tədbirlər, habelə əvvəlki illərdə ölkədə yaranmış maliyyə ehtiyatlarından səmərəli istifadə edilməsi dünya iqtisadiyyatında baş vermiş proseslərin ölkə iqtisadiyyatında yarana biləcək mənfi təsirlərinə neytrallaşdırmağa imkan verib: “Makroiqtisadiyyatın və milli iqtisadiyyatın rəqabət qabiliyətliliyinin qorunub saxlanması, cari orta və uzunmüddətli perspektivlərdə ölkə iqtisadiyyatı üçün mövcud və potensial risklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər nəticəsində koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olunması məqsədi ilə yaradılmış Maliyyə Sabitliyi Şurası tərəfindən likvidliyin monitorinqi və qısamüddətli proqnozlaşdırma sistemi formalaşdırılıb”.

A.Bayramov əlavə edib ki, hesabat ilində fiskal yığcamlaşdırma siyasətinə paralel olaraq əsas sosial vəzifələrin, o cümlədən aztəminatlı ailələrin ünvanlı sosial yardımının gücləndirilməsi, sosial sahələrdə infrastrukturun gücləndirilməsi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluq səviyyəsinin artırılması, müdafiə tədbirlərinin və dövlət borcu xidməti xərclərinin stabil maliyyəşməsi kimi zəruri öhdəliklər maliyyə təminatı əsasında nail olunub, bəzi dövlət müəssisələrinin kreditor borclarının tənzimlənməsində köməklik göstərilib.

Nazir müavini əlavə edib ki, büdcə gəlirlərinin artıqlaması ilə yerinə yetirilməsi və xərclər üzrə aparılmış yığcamlaşdırma siyasəti hesabına bütün zəruri maliyyələşmələr edildikdən sonra 1 yanvar 2017-ci il tarixinə 2 milyard 307 milyon manat məbləğində ehtiyatlar, yəni sərbəst xəzinə qalığı qalıb:

“2016-cı ilin sonlarından başlayaraq inkişaf etmiş ölkələrdə, həmçinin dünya bazarında əhəmiyyətli hissəsini təşkil edən Çin və ölkəmizin əsas ticarət tərəfdaşı olan Rusiyada iqtisadi canlanmanın müşahidə olunması, dünya bazarlarında neftin qiymətinin artması və qlobal təşkilatlarla bağlı verdikləri müsbət proqnozlarla yanaşı, Azərbaycanda həyata keçirilən islahatları da nəzərə alsaq, yaxın və orta müddətli dövr üçün ölkə iqtisadiyyatının artım tempinin müsbətə doğru dəyişəcəyini proqnozlaşdıra bilərik”.

A.Bayramov vurğulayıb ki, icmal büdcənin gəlirləri 21,6 milyard manat və ya 137,1 faiz, icmal büdcənin xərcləri isə 21,4 milyard manat və ya 87,2 faiz icra olunub:

“İcmal büdcə 8,8 milyard manat kəsirlə proqnozlaşdırılmasına baxmayaraq faktiki olaraq 147 milyon manat büdcə artıqlığı, yəni profisitlə icra olunub”.
Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı rəhbərlik etdiyi qurumun rəyi barədə məlumat verib.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!