Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 29-09-2016, 20:17
Vergi-büdcə siyasəti sərtləşdirilir


Azərbaycan hökuməti ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqnozuna uyğun olaraq, maliyyə siyasətinin həyata keçirilməsi üçün 2017-ci ildə büdcə-vergi siyasəti üzrə reallaşdırılması nəzərdə tutulan tədbirləri açıqlayıb.

Qeyri-neft gəlirlərinin qeyri-neft ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, dövlət büdcəsinə hesablanmış vergilərin və sair daxilolmaların yığım faizinin artırılması, əvvəlki illərdən qalmış vergi borclarının dövlət büdcəsinə alınması, sadələşdirilmiş verginin tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi, digər dövlətlərlə ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydalarının sadələşdirilməsi, nizamnamə fondunda və yaxud səhmlərində dövlətin payı olan müəssisələrdə müvafiq təhlillər aparmaqla həmin paylara görə dövlət büdcəsinə dividendlərin alınması istiqamətində işlərin davam etdirilməsi, hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə yığım faizinin artırılması istiqamətində işlərin davam etdirilməsi, ölkənin şəhər və rayonları üzrə yerli gəlir və xərclərin tarazlaşdırılması üçün həmin ərazilərdə faktiki fəaliyyət göstərən ödəyicilərin vergiləri hesabına maliyyə yardımının (dotasiyanın) azaldılması istiqamətində işlərin davam etdirilməsi, gömrük tarifləri sisteminin daha azpilləli sistemə keçidinin təmin edilməsi üçün işlərin davam etdirilməsi, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması nəzərdə tutulan tədbirlərdəndir.

Bununla yanaşı, müdafiə olunan xərc maddələri istisna olmaqla, digər xərc maddələri üzrə fiskal yığcamlaşdırma siyasətinin və dövlət sektorunda xərclərin səmərəliliyinin artırılması istiqamətində işlərin davam etdirilməsi, dövlət borclarının idarə olunmasında səmərəliliyin daha da artırılması, dövlət zəmanəti ilə kredit alan təşkilatların maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsi, xarici borc alan dövlət müəssisələrinin təsərrüfat fəaliyyətlərində şəffaflığın artırılması, idarəetmə sisteminin yenidən qurulması və struktur dəyişikliklərinin həyata keçirilməsi, götürdükləri öhdəliklərin icrasının vaxtında təmin edilməsi üçün dövlət zəmanəti əsasında kredit vəsaitlərini cəlb edən dövlət müəssisələrinin rəhbərlərinin qanunvericiliklə məsuliyyətinin artırılması nəzərdə tutulub.

Bundan başqa, dövlət və icmal büdcə kəsirlərinin idarə olunan səviyyədə saxlanılmasına nail olunması, ortamüddətli perspektivdə qeyri-neft icmal büdcə kəsirinin qeyri-neft ÜDM-də nisbətinin makroiqtisadi sabitlik məqsədlərinə cavab verən həddə çatdırılması, dövlət borcunun idarəolunması üzrə orta və uzunmüddətli strategiyanın hazırlanması, bu strategiyada makroiqtisadi və fiskal çərçivə nəzərə alınmaqla dövlət borcunun cəlb olunması, idarə olunması siyasəti və ümumi borc və borcun strukturu üzrə meyarların (bençmarkların) təsbit olunması, dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılması istiqamətində təsirli tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

APA.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!