Seldə daha bir nəfərin meyiti tapıldı .....                        NATO XİN başçılarının iclası Türkiyədə keçiriləcək .....                        Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır - Paşinyan .....                        Vətəndaşların təxliyə işləri yekunlaşdı - FOTO .....                        Cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək .....                        Minsk Qrupu aktuallığını itirdi, ləğv olunmalıdır! – Mariya Zaxarova .....                        İlkin hərbi qeydiyyatdan boyun qaçıranlar cərimələnəcək .....                        Prezident iki yeni nazir müavini təyin etdi .....                        Daha bir nəfər selin qurbanı oldu - FOTO .....                       
Tarix : 2-10-2015, 15:57
“İpotekanın geniş vüsət alması büdcə gəlirlərinə kömək edə bilər” - Fuad Muradov


Maliyyə Nazirliyi ilə həyata keçirilən islahatlar onu göstərir ki, nizam-intizam məsələsinə xüsusi önəm verilir. Yəni əsas xərclər, gəlirlər müəyyənləşdirilir, bununla yanaşı, nizam-intizamın da güclü olması büdcənin düzgün istiqamətdə istifadəsi üçün kömək olur”.

Butov.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında çıxış edən millət vəkili Fuad Muradov deyib. O, büdcə zərfinin müzakirə zamanı bir neçə təklif səsləndirib. İpoteka məsləsinə toxunan deputat qeyd eidb ki, buna geniş yanaşmaq lazımdır. “İpoteka təkcə hər hansı gənc ailənin evlə təmin olunması deyil. Bu, eyni zamanda büdcəyə ipoteka ilə evlərin satılması hesabına gələn vergi gəlirləridir. Bu gün belə vəziyyət yaranıb ki, bir çox yeni evlər tikilib, amma alıcılıq qabiliyyəti aşağı olduğundan onlar satılmır. Əgər onlar satılmırsa, deməli dövlət büdcəsinə vergi də daxil olmur. Əgər vergi daxil olmursa, biz müəyyən problemlə üzləşə bilərik. Digər ölkələrdə ipoteka ilə bağlı problemləri biz bilirik. Ona görə hesab edirəm ki, ehtiyatlı yanaşma ilə ipotekanın geniş vüsət alması büdcə gəlirlərinə kömək edə bilər. Eyni zamanda, Azərbaycanda həyata keçirilən yeni tikililər, fiskal siyasət məhz bu gəlirlərin artırılması ilə bağlı olmalıdır. İpoteka təkcə sosial yönümlü məsələ deyil, həm də büdcənin doldurulması ilə bağlı olan məsələdir. Maliyyə Nazirliyindən xahiş edirəm ki, ipoteka ilə bağlı məsələyə təkcə sosial məsələ kimi deyil, xüsusi olaraq büdcənin vergi gəlirlərinin artırılması məsələsi kimi baxılsın. Çünki əslində bu gün tikilən binaların sayı kifayət qədərdir ki, biz müəyyən büdcə istiqamətini onunla doldura bilək”.

F.Muradov gənclərin asudə vaxtının təşkilini də çox vacib məsələ adlandırıb. “Bu həm siyasi, həm də iqtisadi məslədir. Ona görə gənclərlə bağlı bağlı sahəyə xüsusi diqqət yetirilməsini xahiş edirəm”.
Deputat Hesablama Palatasının işinə də toxunub. Qeyd edib ki, qurumun fəaliyyəti nəticəsinə bir sıra neqativ hallar aradan qalxıb. Müxtəlif sahələrdə şəffaflığın təmin olunması istiqamətində işlər aparılıb. Lakin bu fəaliyyət gələcəkdə də davam etdirilməlidir.


Butov.az


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!