Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 12-11-2013, 21:59
Milli Məclisin  Ehtiyat  fondu  yaradılmalıdır

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev parlamentdə 2014-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı bildirib ki, Milli Məclisdə nəzərdə tutulmayan tədbirlərin keçirilməsi, xüsusən də parlamentlərarası dostluq qruplarının daha da yaxşı fəaliyyət göstərməsi, yerlərdə fəaliyyətin daha da gücləndirilməsi üçün bu fondun yaradılması vacibdir.

Millət vəkili büdcədən partiyalara ayrılan vəsaitin azlığından da şikayət edib.
Fərəc Quliyevin çıxışının tam məıtni:

"Hörmətli sədarət, cənab Baş Nazir, Hökumət üzvləri, kolleqalar!
Mən 2014-cü il dövlət büdcəsi haqqında qanun layihəsi ilə baglı fikirlərimi bölüşdükdən sonra bu ilki büdcənin fəlsəfəsi haqda hörmətli parlament və hökumətlə mülahizələrimi bölüşəcəyəm.
Büdcə formalaşmasının istinad sənədləri əsasən 2008-2015-ci illərdə Azərbaycan Respublikasında bir çox sahələrdə davamlı inkişaf üzrə Dövlət proqramlarıdır.Bu sənədlərdə prinsipcə cox əhəmiyyətli məsələlər nəzərdə tutulsa da bir çox suallar aktualdır.
- Ölkə iqtisadiyyatının diversifikasiyası qaneedici həddədirmi?
-Qeyri neft sektorunda müəyyən irəliləyişlər olmasına baxmayaraq ,büdcəmizin hələ də neftdən asılılığı bizi narahat etməməlidirmi?
-Dövlət büdcəsindəki profisit nəyin hesabınadır?
-Tam məşğulluğa, gəlirlərin ədalətli bölünməsi hədəfinə çatılıbmı?
-Əhalinin layiqli həyat səviyyəsi təmin olunubmu?
Hörmətli cənab Baş Nazir və hörmətli Hökumət üzvləri, Siz hesab etmirsinizmi
-sosial ipoteka üçün 40 milyon vəsait azdır və artırılmalıdır;
-Və ya mütləq yoxsulluqla mübarizə siyasəti həyata keçirilməsi nəzərdə tutulursa ,ehtiyac meyarı,yaşayış minimumuna yanaşma dəyişməlidir;
-Minimum əmək haqqı,pensiyaların minimum məbləği,yaşayış minimumunun həddinin artırılması vacibdir;
-Bu günkü büdcə siyasətində ehtiyac meyarını yaşayış minimumuna çatdırmaq siyasəti yürüdülür,amma nisbi yoxsulluq siyasəti yürüdülməsi vacibdir;
-İstehlak səbəti ilə bağlı vergilərdə uygunlaşma aparılmalıdır;
-Bir neçə rayon və şəhər mərkəzi xərclərdən azad olunub,amma əyalət siyasətini kompleks tədbirlərlə stumllaşdırmaqla, aqrar sektora daha cox üstünlük verməklə həm daha çox rayon və şəhər mərkəzi xərclərdən azad olunar və burada qənaət olunan vəsait çox ehtiyaclı sahələrə yönəldilər.
Siz hesab etmirsinizmi,
-Əlillərin sosial infrastrukturdan maneəsiz istifadəsi təmin olunmalı, müavinətləri arırılmalıdır;
-Kölgə iqtisadiyyatına yönəli siyasət hazırlanmalıdır;
-Dövlətin maliyyə nəzarətindən sürüşüb çıxan,buna baxmayaraq bazarın doymasında əhəmiyyətli rol oynayan gizli biznesin aktivliyini aradan qaldırmaq lazımdır.
-Vergidən yayınanları vergiyə cəlb etmək üçün təxirəsalınmaz tədbirlər görülməlidir;
Dəyərli Hökumət üzvləri,
Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi;
Yeni məhsullarla ixracat hücumu;
-İxrac-idxal əməliyyatları üzrə müsbət saldonu qeyri-neft məhsulları hesabına əldə etmək;
-Dövlət-Bazar- Mülki cəmiyyət düsturunun tətbiqi ;
-Sosial yönümlü siyasətin pozitiv nəticələrinin gerçək ifadəsi olan həyat tərzinin təmini zərurətdir.
-Bankların dayanıqlığının,likvidliyinin aşağı olması məlumdur.Banklarda daxili ehtiyatlanma siyasətinin formalaşması gecikməməlidir. Azərbaycanın dövlət rezervlərinin bir hissəsinin ölkəyə gətirilməsi də bir neçə səbəbdən çox vacibdir.
-Dövlət-sahibkar münasibəti real həyatda sahibkarliğın inkişafına xidmət etməlidir;
-Kommunal sektorun idarəetməyə verilməsi bu il də reallaşmadı. Söhbət istilik təchizatı, elektrik enerjisi və qaz sektorundan gedir. Dövlət mülkiyyətini özündə saxlamaq şərti ilə bu sektoru özəl idarəetməyə verməlidir.
-Milli məclisin Ehtiyat Fondunun yaradılmasına ehtiyac vardır.Mən bu haqda Milli Məclisdə məsələ qaldırmışdım və hesab edirəm ki,bu məsələ aktuallığını saxlayır. Milli Məclisin əvvəldən nəzərdə tutulmayan tədbirlərinin keçirilməsi,xüsusən parlamentlərarası dostluq qrupları ilə işində daha da üstün fəaliyyəti,Deputatlara bu fonddan limitin ayrılması və yerlərdə hesabata söykənən fəaliyyət üçün bu vacibdir.
-Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi mütərəqqi hadisə olmaqla yanaşı ,bu vəsaitin azlığı dəfələrlə hökumətin nəzərinə çatdırılsada vəsait artırılmayıb.
-Ölkədə müəllimlərin, həkimlərin maaşları acınacaqlı vəziyyətdədir.Bu sahədə çalışanların maaşları əhəmiyyətli dərəcədə artırılmalıdır.
Bütün bunlar təklif olunan layihədəki müddəalara münasibətimdir.
Amma,məni daha çox 2014-cü il dövlət büdcəsi haqqında qanun layihəsinin fəlsəfsi narahat edir.Movcud sənəd dinc, müharibə vəziyyətində olmayan bir ölkə üçün hazırlansaydı ,pozitiv yanaşmaları göstərməklə,müəyyən çatıçmazlıqları,iradları bildirmək,müəyyən təklifləri verməklə büdcə haqqında mulahizələri tamamlamaq olardı.
Amma biz öz iradəmizdən asılı olmayaraq müharibə vəziyyətindəyik.Bu ilki büdcəmiz Qarabag Büdcəsi,bu il Qarabag ili elan olunsaydı bu daha məntiqli olardı.Bütün sahələrdən vəsaitlərin kəsilib Qarabağ məqsədli təyinata verilməsini bütün xalq sevə-sevə qarşılardı.Bir il hər kəs bütün məhdudiyyətləri qəbul edər,qələbədən sonra azad edilmiş 20% torpaqların yeraltı və yerüstü sərvətləri ilə xalqdan kəsilmiş vəsait artıqlaması ilə xalqa qaytarılar və bundan sonrakı bütün illərdə ,artıq büdcəmiz indikindən 20% artıq formaılaşdırılar ,həm də bu qeyri neft sektoru hesabına olardı.Nəhayət işğala son deyilməlidir.Ölkə Prezidenti inaqurasiya mərasimində ciddi proqramla çıxış etdi.Milli maraqları önəmsəyən, iç güclərə söykənən ,son müharibədə və tarixən itirilmiş torpaqların qaytarılması kimi yaxın və uzaq hədəfləri göstərdi. Hökümətin fəaliyyəti və Büdcənin fəlsəfəsi bu konsepsiyadan qaynaqlanmalı idi.Dövlətin siyasətinin reallaşması büdcə siyasətində əksini tapmalıdır.İşğal altında olan ərazilərimizin azad olunması istiqamətində büdcə siyasətini formalaşdırmaq hökumətin fəaliyyət prioriteti olmalıdır.Biz problemi həll etmək üçün problemin üzərinə getməliyik,onu daha sonraya saxlamaqla heç nəyə nail olmaq mümkün deyil. Nədənsə, növbəti üçillik konsepsiyada da” barıt iyi” hiss edilmir.
Belə bir büdcə mütləq formalaşdırılacaq.Bu nə qədər tez olsa bir o qədər Azərbaycanın xeyirinə olacağına inaniram.
Diqqətinizə görə təşəkkür edirəm.


Paylaş



Bölmə: Sosial / Köşə / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!