Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
31-10-2025, 23:05
Azərbaycanlı tələbə faciəvi şəkildə öldü


Azərbaycanlı tələbə faciəvi şəkildə öldü

Türkiyənin Samsun şəhərində 19 yaşlı azərbaycanlı tələbə Nicat Kazımlı yol qəzasında həlak olub.
Oktyabrın 30-da təcili yardım avtomobili N.Kazımlının idarə etdiyi motosikletlə toqquşub. Ağır xəsarətlər alan tələbənin həyatını xilas etmək mümkün olmayıb.
Təcili yardım maşınının sürücüsü Şakir Ü. saxlanılıb.
N.Kazımlı Ondokuz Mayıs Universitetinin stomotologiya fakültəsində təhsil alırdı.
31-10-2025, 22:41
“Çox tezliklə hər şeyi biləcəksiniz” - TRAMP


“Çox tezliklə hər şeyi biləcəksiniz” - TRAMP

ABŞ prezidenti Donald Tramp ölkənin yenidən yeraltı nüvə sınaqlarına başlaya biləcəyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, “bunun detalları çox tezliklə açıqlanacaq.”
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Tramp bu həftə öz "Truth Social" üzərindən paylaşım edərək ABŞ-ın “nüvə silahı proqramı olan digər dövlətlərlə bərabər şərtlərdə” sınaqlar keçirəcəyini bəyan edib. Onun sözlərinə görə, bu proses “dərhal başlayacaq.”
ABŞ Senatının kəşfiyyat komitəsinin sədri Tom Kottun isə dəqiqləşdirib ki, söhbət “kiçik miqyaslı, nəzarətli yeraltı partlayışlardan” gedir.
Prezident jurnalistlərin əlavə suallarına cavab olaraq yalnız belə deyib: “Çox tezliklə hər şeyi biləcəksiniz.”
31-10-2025, 21:56
İdmançımız Avropa çempionu oldu


İdmançımız Avropa çempionu oldu

Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatı start götürüb.
İlk yarış günündə Azərbaycan millisi aktivinə bir qızıl medal yazdırıb.
66 kiloqram çəki dərəcəsində çıxış edən İslam Rəhimov finalda Niderland idmançısı Yoxem van Harten üzərində əzmkar qələbə qazanaraq çempion olub.
Turnirə 1/16 finaldan başlayan İslam Rəhimov ardıcıl olaraq slovakiyalı Roman Dekan və xorvatiyalı Dani Klaçarı mübarizədən kənarlaşdırıb. Növbəti görüşdə Ermənistan idmançısı Jirayr Hambaryanı məğlub edən cüdoçu final yolunda son olaraq Nazar Viskova qalib gəlib.
Qeyd edək ki, İslam Rəhimov 4 il əvvəl yeniyetmələr arasında Avropa çempionu tituluna yiyələnmişdi.
31-10-2025, 19:54
Paşinyan Mirzoyanın xanımına Azərbaycanla bağlı vəzifə verdi


Paşinyan Mirzoyanın xanımına Azərbaycanla bağlı vəzifə verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında kommunikasiya xətlərinin açılması üzrə komissiyanın yenilənmiş tərkibini təsdiqləyib.
Bildirilib ki, komissiyaya Baş nazirin müavini Mher Qriqoryan sədrlik edəcək. Yeni tərkibdə beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə Karen Andreasyan, Baş nazirin müşaviri Artashes Tumanian və Təhlükəsizlik Şurası ofisinin rəhbəri Anahit Şirinyan və “İnvestisiyaların dəstəyi mərkəzi” fondunun direktoru Qoar Abacyan da yer alıblar.
Qeyd edək ki, Q. Abacyan Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın həyat yoldaşıdır.
31-10-2025, 19:11
Paşinyan Azərbaycanla bağlı komissiyanın yeni tərkibini təsdiqlədi - ADLAR


Paşinyan Azərbaycanla bağlı komissiyanın yeni tərkibini təsdiqlədi - ADLAR

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiyaların açılması üzrə hökumətlərarası komissiyanın yeni tərkibini təsdiqləyib.
Müvafiq qərar Ermənistan Nazirlər Kabinetinin saytında dərc olunub.
Komissiyaya Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan sədrlik edəcək.
Komissiyanın üzvləri arasında müxtəlif nazirliklərin və dövlət qurumlarının yüksəkvəzifəli nümayəndələri yer alır.
Tərkibə daxil olan əsas şəxslər bunlardır:

Mher Qriqoryan – Baş nazirin müavini, komissiyanın sədri;

Karen Andreasyan – beynəlxalq-hüquqi məsələlər üzrə nümayəndə;

Armenak Xaçaturyan – Baş nazir aparatının rəhbərinin müavini;

Anna Karapetyan – Ədliyyə nazirinin müavini;

Vağan Kostanyan və Robert Abisogomonyan – Xarici işlər nazirinin müavinləri;

Anuşik Avetyan – İqtisadiyyat nazirinin müavini;

Armen Kazaryan – Daxili işlər nazirinin müavini;

Armen və Kristine Qaleçyan – Ərazi idarəetmə və infrastruktur nazirinin müavinləri;

Avak Avanesyan – Maliyyə nazirinin müavini;

Artashes Tumanian – Baş nazirin müşaviri;

Rafael Gevorqyan – Dövlət gəlirləri komitəsi sədrinin müavini;

Gevorq Manukyan – Kadastr komitəsi sədrinin müavini;

Yesayi Mkrtçyan və David Sanamyan – Milli Təhlükəsizlik Xidmətinin direktor müavinləri;

Artyom Sudjyan – beynəlxalq-hüquqi məsələlər üzrə nümayəndənin aparat rəhbəri;

Anahit Şirinyan – Təhlükəsizlik Şurası aparatının rəhbəri;

Sergey Petrosyan – Ermənistan Silahlı Qüvvələrinin Hərbi-topoqrafiya xidmətinin rəisi, general-mayor;

Saak Saakyan – Silahlı Qüvvələrin əsas təşkilati-çağırış idarəsinin hərbi rabitə xidmətinin rəisi, polkovnik;

Karen Sarkisyan – Ərazi idarəetmə və infrastruktur nazirinin müşaviri;

Goar Abacian – “İnvestisiya Dəstək Mərkəzi” fondunun direktoru (razılıq əsasında).

Komissiyaya üç yeni üzv daxil edilib
Yeni qərara əsasən, komissiyanın tərkibinə üç yeni şəxs daxil edilib:
Karen Andreasyan, Artashes Tumanian və Anahit Şirinyan.
Komissiyanın əsas məqsədi Azərbaycan və Ermənistan arasında kommunikasiya və nəqliyyat xətlərinin açılması, infrastruktur əlaqələrinin bərpası və sərhəd keçidlərinin koordinasiyası ilə bağlı məsələlərin işlənib hazırlanmasıdır.
31-10-2025, 18:59
Həbs edilən icra başçısı bu cinayətlərdə ittiham olunur


Həbs edilən icra başçısı bu cinayətlərdə ittiham olunur

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatda saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə qərar Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə verilib.
Məhkəmə İ. Rzayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Ona Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
31-10-2025, 18:47
DTX tərəfindən saxlanılan Vüqar Məmmədovla bağlı qərar verildi


DTX tərəfindən saxlanılan Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyet TV”də keçirilən əməliyyatla saxlanılan saytın rəhbəri Vüqar Məmmədov həbs edilib.
Səbail Rayon Məhkəməsi belə qərar çıxarıb.
Hakim Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatətini əsaslı hesab edib. V.Məmmədov barəsində3 ay 13 gün həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ötən gün DTX “Hurriyyet TV”-də əməliyyat keçirib. Ofisdə axtarış zamanı iş üçün əhəmiyyətli kompüter və bəzi sənədlər götürülüb. Vüqar Məmmədovun Ramiz Mehdiyevin cinayət işi ilə bağlı tutulduğu ehtimal edilir.
31-10-2025, 18:43
Moskvada “İstanbul mafiyası”nın lideri saxlanıldı - Azərbaycanlı imiş


Moskvada “İstanbul mafiyası”nın lideri saxlanıldı - Azərbaycanlı imiş

Türkiyədə məşhur vəkil Sərdar Oktemin qətli ilə bağlı axtarışda olan Azərbaycan vətəndaşı Əli Gülmalızadə Moskvada saxlanılıb.
Oktyabrın 23-də Rusiya paytaxtının mərkəzindəki restoranlardan birində keçirilən əməliyyat zamanı Əli Gülmalızadə nahar etdiyi zaman polis tərəfindən həbs edilib.
Axtarış zamanı onun üzərindən qanunsuz odlu silah aşkarlanıb. Saxlanılan şəxs silahın özünə və onu müşayiət edən adamlara məxsus olduğunu etiraf edib.
Türkiyə mediasının məlumatına görə, Gülmalızadə “Daltonlar” adlı cinayətkar dəstənin rəhbəridir və “Əlican Çakır” ləqəbi ilə tanınır. O, oktyabrın 6-da İstanbulun Şişli rayonunda baş verən Sərdar Oktemin qətlinin sifarişçisi olmaqda ittiham olunur.
Oktem MHP-yə yaxın vəkil olub və bir vaxtlar “Ülkü Ocaqları” gənclər təşkilatının sabiq rəhbəri Sinan Ateşin qətlinə dair işdə adı keçirdi.
İstintaq materiallarına görə, Oktem Şişli rayonunda, Zincirlikuyu qəbiristanlığının yaxınlığında avtomobildə güllələnərək öldürülüb.
İş üzrə 9 nəfər saxlanılıb, onların arasında iki yeniyetmə də var. Daha dörd nəfərə qarşı isə məhkəmə nəzarəti tədbiri tətbiq edilib.
23 yaşlı S.O. adlı şübhəli ifadəsində bildirib ki, “Daltonlar”ın üzvüdür və Gülmalızadə ilə "FaceTime" proqramı vasitəsilə əlaqə saxlayıb:
“O, ailəmi öldürməklə hədələdi. Mən də əmri yerinə yetirməyə məcbur oldum. Əlican Çakır bizə hədəfin şəklini və yerini göndərdi. Sərdar Oktemin avtomobili yaxınlaşanda atəş açdıq.”
Onun sözlərinə görə, hücumdan sonra qrup üzvləri Arnavutköy rayonuna qaçıb. Gülmalızadə isə videobağlantıda “Caaner üçün intiqam alındı!” deyə qışqırıb.
İstintaqın ilkin versiyasına əsasən, qətlin motivi mafiya qrupları arasındakı düşmənçilik olub.
Oktem rəqib “Kasperlər” dəstəsinə hüquqi yardım göstərib və bu, “Daltonlar”ın lideri Gülmalızadənin qəzəbinə səbəb olub.
Hazırda Türkiyə və Rusiya arasında Gülmalızadənin ekstradisiyası ilə bağlı hüquqi prosedurlar başlayıb.
Türkiyə prokurorluğu onun mütəşəkkil cinayətkar qrupun rəhbəri, sifarişlə qətl və qanunsuz silah saxlama maddələri ilə ittiham olunmasını tələb edir.
31-10-2025, 17:39
Qatara daş atan yeniyetmələr polis tərəfindən müəyyən edildi


Qatara daş atan yeniyetmələr polis tərəfindən müəyyən edildi[/size]

Sürət qatarına daş atan yeniyetmələr polis tərəfindən müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, oktyabrın 30-da Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarına Sabunçu rayonu Kürdəxanı qəsəbəsində daşla ziyan vuran şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.
Əməli törədənlər 2010-cu il təvəllüdlü iki yeniyetmə valideynləri ilə Sabunçu Xətt Polis Şöbəsinə dəvət olunublar. Onlar barəsində müvafiq qanunvericiliyə uyğun profilaktik məsuliyyət tədbirləri görülüb.
31-10-2025, 17:28
Bu avtobuslarda da gedişhaqqı 60-70 qəpik oldu


Bu avtobuslarda da gedişhaqqı 60-70 qəpik oldu

Bakıda 81 və 160 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, noyabrın 1-dən 81 və 160 nömrəli marşrutlarda istismar olunan avtobuslar dəyişdiriləcək.
Köhnə Günəşli və Qaraçuxur qəsəbələrini əlaqələndirən 81 nömrəli marşrut üzrə sərnişinlərin ixtiyarına veriləcək 20 ədəd "Yutong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xəttə buraxılması ilə marşrut üzrə hərəkət intervalı 6 dəqiqə təşkil edəcək. Marşrut üzrə gedişhaqqı 0,60 manat müəyyən edilib.
Binə qəsəbəsini "Koroğlu" metrostansiyası ilə əlaqələndirən 160 nömrəli müntəzəm marşrut üzrə xəttə buraxılacaq 18 avtobus da müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilib. Avtobuslar 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrut üzrə gedişhaqqı 0,70 manat müəyyən edilib.
Hər iki marşrutda ödənişlər nağdsız qaydadadır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!