Əli Həşimli Federasiya prezidenti seçildi .....                        Prezident deputatla bağlı sərəncam İMZALADI .....                        Xırdalanda bu gecə işıq olmayacaq .....                        4 aydır boş olan birinci müavin postuna təyinat .....                        Gürcüstan Patriarxı 22 martda dəfn olunacaq .....                        İran 3 ərəb ölkəsinə təcili xəbərdarlıq etdi .....                        Azərbaycandan köçən 34 576 nəfərə Ermənistan vətəndaşlığı verilib .....                        İlham Əliyev Azərbaycan xalqını TƏBRİK ETDİ .....                        İsrailli nazir yaralı oğlu ilə foto paylaşdı .....                       
6-02-2026, 13:05
Ermənistanla Azərbaycan arasında mallların siyahısı mübadilə edilib


Ermənistanla Azərbaycan arasında mallların siyahısı mübadilə edilib

Ermənistan əmindir ki, “Tramp marşrutu”nun (TRIPP – Zəngəzur dəhlizi) işə salınması ilə bir neçə il ərzində Azərbaycanla birbaşa dəmir yolu əlaqəsi yaradılacaq.
Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib.
Onun sözlərinə görə, hazırda müxtəlif obyektiv səbəblərə görə ölkələr arasında aktiv ticarət yoxdur: bazarlar hələ də bir-biri ilə tanış deyil və ticarət əlaqələrinin qurulması vaxt tələb edir və bu, ilk növbədə özəl sektorun və biznes icmasının məsuliyyətidir. Eyni zamanda, nazir vurğulayıb ki, dövlət öz funksiyasını lazımi şərait yaratmaqla yerinə yetirir: siyasi razılaşmalar, yolların açılması və dəmir yolu xətlərinin aktivləşdirilməsi yolu ilə.
"Biz artıq bu şərtlərin əhəmiyyətli bir hissəsini yaratmışıq. Bəli, hələlik birbaşa dəmir yolu əlaqəsi yoxdur, amma işlər davam edir və bizim hesablamalarımıza görə, bu, bir neçə ildən sonra, yəni TRIPP-in aktivləşdirilməsi ilə yaradılacaq", - Papoyan qeyd edib.
Nazir əlavə edib ki, bundan əvvəl alternativ kommunikasiya variantları da nəzərdən keçirilə bilər. O, birbaşa yol əlaqəsinin qüvvədə olduğunu, lakin tərəfdaşların hələlik Türkiyəyə gedən mallar da daxil olmaqla, malların tranziti üçün Ermənistan ərazisindən istifadə etmədiyini bildirib.
"Bu, vaxt aparan mürəkkəb bir prosesdir", - deyə o vurğulayıb.
Papoyan müzakirə gündəliyinin özünün müsbətə doğru dəyişdiyini qeyd edib: “Cəmi iki il əvvəl hər kəs müharibənin istənilən an başlaya biləcəyindən danışırdı. Lakin bu gün onlar müəyyən malların niyə hələ satışda olmadığını və ya satılmadığını müzakirə edirlər. Və bu, artıq çox yaxşı göstəricidir”.
O, xatırladıb ki, İrəvan və Bakı arasında ticarət irəliləyişinin ilkin əlamətləri fonunda Ermənistana iki növ Azərbaycan malı - benzin və dizel yanacağı - gətirilib. Lakin tərəflər artıq böyük bir məhsul siyahısı mübadiləsi aparıblar və biznes ictimaiyyətindən cavab gözləyirlər.
G.Papoyan əvvəllər bildirmişdi ki, alüminium və alüminium folqa, kənd təsərrüfatı məhsulları (heyvandarlıq, meyvə-tərəvəz, müəyyən içkilər və tekstil daxil olmaqla) Ermənistandan Azərbaycana potensial ixracat kimi nəzərdən keçirilir.
Xatırladaq ki, Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu (TRIPP) layihəsi əvvəlcə Azərbaycanla Naxçıvanı birləşdirən və nəticədə Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinə inteqrasiya edən 43 kilometrlik dəmir yolu xəttinin tikintisini nəzərdə tutur. “Tramp marşrutu” Ermənistanın əsas məsələlərə nəzarət mexanizmləri ilə birlikdə, əksəriyyət payı ABŞ-a məxsus olan bir şirkətin yaradılmasını nəzərdə tutur. İlkin mərhələdə ABŞ-a 74% pay təklif olunur, Ermənistan isə 26% paya sahib olmaq hüququna malikdir və müqavilənin yenilənməsi ilə Ermənistanın payını 49%-ə çatdırmaq imkanı var.
6-02-2026, 13:01
Brilliant Dadaşovadan oğurluq etdilər


Brilliant Dadaşovadan oğurluq etdilər

Xalq artisti Brilliant Dadaşova və AISELin ifa etdiyi “Ayrı düşmüşük” mahnısı gürcü ifaçı tərəfindən mənimsənilib.
Bu barədə Xalq artistinin özü məlumat verib.
O, ifa etdiyi mahnının oğurlandığını iddia edib və əlavə edib ki, məsələ ilə bağlı artıq aidiyyəti qurumlara müraciət edilib:
“Müəlliflik hüquqları ilə bağlı artıq aidiyyəti qurumlara müraciət etmişik. Mahnı həm Gürcüstanın televiziya kanallarında, həm də sosial şəbəkələrdə gürcü musiqisi kimi təqdim olunub”.
6-02-2026, 12:39
Ölkəmizdə quş qripinə yoluxma halları aşkarlanıb?


Ölkəmizdə quş qripinə yoluxma halları aşkarlanıb?

Yanvarın 12-dən 16-dək ölkə ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı keçirilən epizootoloji monitorinqin nəticələri açıqlanıb.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, tədbirlər dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib.
Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılıb. Vəhşi quşlara klinik baxış keçirilib və diaqnostik nümunələr götürülüb. Bundan əlavə, quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında müxtəlif növ ev quşundan qan və yaxma nümunələri götürülərək laborator müayinələrə cəlb olunub.
Vəhşi və ev quşlarından götürülən nümunələrin müayinəsi və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülən diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb.
6-02-2026, 12:30
Simonyan Koçaryanı məhkəməyə verdi


Simonyan Koçaryanı məhkəməyə verdi

Ermənistan parlamentinin sədri Alen Simonyan sabiq prezident Robert Koçaryanı məhkəməyə verib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Simonyan Köçəryanın açıq şəkildə üzr istəməsini və 1 milyon dram ödəməsini tələb edir.
Qeyd edək ki, Simonyan Koçaryanın onun ünvanına dediyi “belə etibarsız adam orduda normal xidmət edə bilməzdi” sözləri ilə özünün təhqir olunduğunu bildirib. Koçaryan mətbuat konfransında onun hakimiyyəti dövründə Ermənistan ordusunda hərc-mərclik olduğuna dair Simonyanın son bəyanatına belə reaksiya verib.
6-02-2026, 12:21
Sabah 13 dərəcə isti olacaq


Sabah 13 dərəcə isti olacaq

Azərbaycanda fevralın 7-də havanın yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
6-02-2026, 12:18
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı


Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Sumqayıt şəhərində yerləşən məktəblərin birində iki şagird arasında mübahisə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumat verib.
Bildirilib ki, faktla bağlı müvafiq ekspertiza təyin edilib, hazırda ərazi polis orqanında araşdırma aparılır.
6-02-2026, 12:07
Azad olunmuş ərazilərə gedənlərin sayı açıqlandı


Azad olunmuş ərazilərə gedənlərin sayı açıqlandı

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutları ilə ilk səfərdən 4 il ötür. “Böyük Qayıdış” proqramı çərçivəsində həmin ərazilərdə məskunlaşan vətəndaşların da keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə müntəzəm avtobus reysləri təşkil edilir.
Bu istiqamətdə fəaliyyət göstərən müntəzəm marşrutlarla sərnişindaşımalara əsasən ekoloji təmiz, müasir nəqliyyat vasitələri cəlb edilir. Bununla da səfərlərin rahat, sürətli həyata keçirilməsi təmin olunur.
Bu günədək ümumilikdə 15 464 reys həyata keçirilib, 186 000 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
Bu barədə AYNA-dan məlumat verilib.
Bildirilib ki, təkcə bu ilin yanvar ayı ərzində işğaldan azad olunmuş ərazilərə 1173 reyslə 10 690 nəfər səfər edib.
"Müntəzəm avtobus reysləri ilə biletlər onlayn qaydada //biletim.az/ portalı üzərindən əldə edilir. “Biletim.az” portalı və ya mobil tətbiqi üzərindən işğaldan azad edilmiş ərazilərə bilet əldə edərkən Azərbaycan vətəndaşlarına buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.
Müntəzəm avtobus reysləri ilə yanaşı, vətəndaşların fərdi nəqliyyat vasitələri ilə səfərləri də həyata keçirilir. Fərdi minik avtomobillərilə vətəndaşlar www.yolumuzqarabaga.az portalında qeydiyyatdan keçərək səfər edə bilirlər.
Bu günədək işğaldan azad olunmuş ərazilərə fərdi minik avtomobilləri ilə səfər etmək üçün 3 286 646 nəfərə portal üzərindən icazə verilib. Onlardan 3692 nəfəri xarici ölkə vətəndaşlarıdır",- məlumatda qeyd olunub .
Məlumnata görə, təkcə bu ilin yanvar ayı ərzində 47 840 Azərbaycan vətəndaşına işğaldan azad olunmuş ərazilərə səfər etmək üçün icazə verilib
6-02-2026, 11:56
Avtobus dərəyə aşdı - 13 nəfər öldü


Avtobus dərəyə aşdı - 13 nəfər öldü

Nepalın qərbində toy karvanına məxsus avtobusun dərəyə aşması nəticəsində azı 13 nəfər, o cümlədən uşaqlar həlak olub, təxminən 40 nəfər isə xəsarət alıb.
Məlumata görə, səkkiz sərnişin hadisə yerində ölüb. Fövqəladə xidmətlər 45 nəfəri xilas edərək xəstəxanalara çatdırıblar. Tibb müəssisəsinə yerləşdirilən daha beş zərərçəkən ölüb.
Qəzanın səbəbləri araşdırılır.

6-02-2026, 11:48
Rusiyada general güllələndi


Rusiyada general güllələndi

Moskvada naməlum şəxs Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevi kürəyindən bir neçə dəfə güllələyib. O, xəstəxanaya yerləşdirilib.
Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, atəş açan şəxs axtarılır.
Qatil Volokolamskoye şossesindəki yaşayış binasının yaxınlığında general-leytenantı pusquda gözləyirmiş. Cinayət işi qəsdən adam öldürməyə cəhd (Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 1-ci hissəsi) və qanunsuz silah qaçaqmalçılığı (Rusiya Cinayət Məcəlləsinin 222-ci maddəsinin 1-ci hissəsi) maddələri ilə açılıb.
Vladimir Alekseyev Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin birinci müavinidir. 2017-ci ildə Alekseyev Rusiya Qəhrəmanı adına layiq görülüb.
6-02-2026, 11:43
Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır - Prezident


Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır - Prezident

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı hazırda dünyanın bir çox yerində müharibə və münaqişələrin davam etdiyini vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda artıq sülhün bərqərar olduğunu deyib, bunun həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd olan İran üçün böyük əhəmiyyət daşıdığına əminliyini bildirib. “Biz istəyirik ki, bütün dünyada sülh olsun, qan tökülməsin, müharibələr olmasın” deyən Azərbaycan Prezidenti ölkəmizin timsalında müharibədən sülhə keçid modelinin nümayiş olunduğunu vurğulayıb.
Dövlət başçısı bildirib ki, İran Prezidenti ilə telefon danışığı zamanı qeyd etdiyi kimi Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!