Əli Həşimli Federasiya prezidenti seçildi .....                        Prezident deputatla bağlı sərəncam İMZALADI .....                        Xırdalanda bu gecə işıq olmayacaq .....                        4 aydır boş olan birinci müavin postuna təyinat .....                        Gürcüstan Patriarxı 22 martda dəfn olunacaq .....                        İran 3 ərəb ölkəsinə təcili xəbərdarlıq etdi .....                        Azərbaycandan köçən 34 576 nəfərə Ermənistan vətəndaşlığı verilib .....                        İlham Əliyev Azərbaycan xalqını TƏBRİK ETDİ .....                        İsrailli nazir yaralı oğlu ilə foto paylaşdı .....                       
6-02-2026, 11:39
Prezident İranın müdafiə nazirini qəbul etdi - FOTO


Prezident İranın müdafiə nazirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı bir neçə gün əvvəl İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, yüksək səviyyələrdə müxtəlif təmasların ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.
Məsud Pezeşkianın ötən il Azərbaycana rəsmi səfərinin uğurlu keçdiyini və yaxşı nəticələrin əldə olunduğunu vurğulayan Prezident İlham Əliyev bu səfərdən sonra əlaqələrimizin inkişaf etdiyini bildirdi.
Dövlətimizin başçısı hazırda dünyanın bir çox yerində müharibə və münaqişələrin davam etdiyini vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda artıq sülhün bərqərar olduğunu dedi, bunun həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd olan İran üçün böyük əhəmiyyət daşıdığına əminliyini bildirdi. “Biz istəyirik ki, bütün dünyada sülh olsun, qan tökülməsin, müharibələr olmasın” deyən Azərbaycan Prezidenti ölkəmizin timsalında müharibədən sülhə keçid modelinin nümayiş olunduğunu vurğuladı.
Dövlətimizin başçısı bildirdi ki, İran Prezidenti ilə telefon danışığı zamanı qeyd etdiyi kimi Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır.
Qəbula görə minnətdarlığını bildirən Əziz Nəsirzadə ilk növbədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkəmizə İranın dövlət başçısının göstərişi ilə səfərə gəldiyini deyən qonaq Məsud Pezeşkianın Azərbaycana böyük təəssübkeşlik nümayiş etdirdiyini vurğuladı. O, həmçinin qeyd etdi ki, İran Prezidenti ölkəmizə, o cümlədən Xankəndiyə səfərlərini böyük məmnunluq hissi ilə xatırlayır.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin inkişafı qeyd olundu, müdafiə sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.






6-02-2026, 11:34
Təhsil İdarəsi baş verən insdentlə bağlı məlumat yaydı


Təhsil İdarəsi baş verən insdentlə bağlı məlumat yaydı

5 fevral tarixində Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdləri arasında yaranmış mübahisə zamanı biri digərinə xəsarət yetirib.
Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilir ki, hadisə dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb:
"Xəsarət alan şagirdə yerində ilkin tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Məktəbli təcili tibbi yardım xidməti vasitəsilə tibb müəssisəsinə aparılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Hər iki şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir".
Sumqayıt Tibb Mərkəzindən isə sorğumuza cavab olaraq bildirilib ki, dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Qeyd edək ki, Sumqayıtda yerləşən 33 nömrəli tam orta məktəbdə insdent baş verməsi ilə bağlı xəbərlər yayılıb. Sinif yoldaşı tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü şagird qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
5-02-2026, 18:26
Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə hökm oxunub


Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə hökm oxunub

Tərtərdə mübahisə zəmnində gənc oğlanı öldürməkdə təqsirləndirilən yeniyetmə F.Q.-nin cinayət işi üzrə məhkəmənin prosesi keçirilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, F.Q. 10 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəza yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir.
Qeyd edək ki, hadisə 2024-cü ilin yanvarın 1-də Tərtər şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında baş verib. 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 2009-cu il təvəllüdlü F.Q.-nin aralarında yaranmış mübahisə zamanı Canpolad Tağıyevə kəsici-deşici alətlə bir neçə dəfə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb. F.Q-yə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə yekun ittiham elan olunub.
5-02-2026, 18:24
İranla ABŞ qarşılıqlı güzəştə getdi


İranla ABŞ qarşılıqlı güzəştə getdi

ABŞ və İran Omanda danışıqların keçirilməsi barədə razılığa gəlmək üçün qarşılıqlı güzəştlərə gedib. Danışıqların əsas mövzusu İranın nüvə proqramı olacaq, eyni zamanda raket proqramı və İranın dəstəklədiyi silahlı qruplaşmalarla bağlı məsələlərə də toxunulacaq.
Bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Nəşr üç iranlı rəsmi şəxsə və bir ərəb ölkəsinin nümayəndəsinə istinadla yazır ki, ABŞ danışıqların Omanda keçirilməsinə və regional aktorların prosesə cəlb olunmamasına razılıq verib. Bunun qarşılığında isə İran rəsmiləri amerikalı həmkarları ilə birbaşa görüş keçirməyə razılaşıblar.
Məlumata görə, tərəflər danışıqların ilk növbədə İranın nüvə proqramına fokuslanması və mümkün razılaşma üçün çərçivə sənədinin hazırlanmasına yönəlməsi barədə razılığa gəliblər.
i24NEWS də rəsmi mənbələrə istinadən bildirir ki, ABŞ və İran arasında planlaşdırılan danışıqlarda əsas diqqət nüvə proqramına yönəlsə də, ballistik raketlər və İranın dəstəklədiyi silahlı qruplaşmalarla bağlı məsələlər də müzakirə olunacaq.
Qeyd olunur ki, İran daha əvvəl Vaşinqtonun danışıqların gündəliyini nüvə dosyesindən kənara çıxarmağa cəhd edəcəyi təqdirdə prosesi tərk edəcəyi barədə xəbərdarlıq etmişdi. Lakin mənbələrin bildirdiyinə görə, tərəflər kompromis variant üzərində razılaşıblar. Bu kompromis çərçivəsində raket proqramı və regional fəaliyyətlə bağlı məsələlər nüvə mövzusu ilə paralel şəkildə müzakirə olunacaq və gələcək mümkün razılaşma üçün ümumi çərçivənin formalaşdırılması hədəflənəcək.
5-02-2026, 18:10
Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı


Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı

“Moon kids" adlı məşhur uşaq bağçasında direktorunun adı dələduzluqda hallanıb. İttiham olunan direktor bir neçə şəxsin işə düzəltmə adı ilə müxtəlif məbləğlərdə pul vəsaitini mənimsəyib. Hadisə özü ilə birlikdə özəl məktəbəqədər təhsil müəssisələrində pedaqoji təhsili olmayan şəxslərin işləməsi məsələsini də gündəmə gətirib.
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca özəl uşaq bağçalarında işə qəbul məsələsi tam şəkildə mülkiyyətçinin səlahiyyətində olduğunu deyib.
"Nəticədə, kimdir, hansı hazırlığı var, bu sahəyə uyğundurmu kimi suallar çox vaxt nəzərə alınmır və bu da tədrisin keyfiyyətinə birbaşa təsir edir. Halbuki illərlə məktəbəqədər təhsil ixtisası üzrə təhsil almış şəxslər kənarda qalır, ixtisası məlum olmayan adamlar bağçalara işə götürülür. Rüşvət və digər qeyri şəffaf hallar isə ayrıca problemdir".
O bildirib ki, dövlət bağçalarında çalışan tərbiyəçilər və müəllimlər sertifikasiyadan keçdiyi halda, özəl müəssisələrdə belə bir tələb yoxdur:
"Halbuki söhbət eyni yaş qrupundan və eyni təhsil mərhələsindən gedir. Özəl məktəblərdə də müəllim seçimi müəyyən meyarlarla aparılır, lakin bağçalarda bu qaydalar çox vaxt tətbiq edilmir.
Belə vəziyyətdə təsadüfi peşə sahiblərinin məktəbəqədər müəssisələrdə işləməsi mümkündür və buna nəzarət mexanizmi zəifdir. Halbuki valideyn övladını həmin müəssisəyə etibar edirsə, uşağa kimin nəyi və necə öyrətdiyini bilmək onun haqqıdır".
Ekspert deyib ki, bu səbəbdən özəl uşaq bağçalarında da mütəmadi monitorinq aparılmalı, vahid qaydalar müəyyənləşdirilməlidir.
"Zərurət yaranarsa, qəbul prosesi müvafiq dövlət qurumu tərəfindən imtahan yolu ilə tənzimlənə bilər"- deyə o bildirib.
Görünən odur ki, özəl bağçalardakı nəzarətsizlik təkcə təhsilin keyfiyyətini deyil, həm də valideynlərin və iş axtaranların maddi təhlükəsizliyini təhdid edir. "Moon kids" ətrafında yaşananlar bir növ buzdağının görünən tərəfidir. Sistemli islahatlar və ciddi monitorinqlər olmadığı müddətcə, bənzər xoşagəlməz hadisələrin təkrarlanmayacağına heç kim təminat verə bilmir. Belə vəziyyətdə valideynlərə yalnız bir yol qalır ki, övladlarını etibar etdikləri müəssisənin parıltılı reklamlarına yox, orada çalışan kadrların real tərcümeyi-halına daha yaxından baxmaq.
5-02-2026, 18:00
“Bu, bizim üçün dəhşətli itki olacaq" - Zelenski


“Bu, bizim üçün dəhşətli itki olacaq" - Zelenski

“Əgər biz müharibəni uduzsaq, Rusiyanın bir hissəsi olacağıq”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Lakin Ukrayna Prezidenti bunun baş verməyəcəyinə əminliyini ifadə edib.
"Əgər bu müharibəni uduzsaq, sadəcə ölkəmizin müstəqilliyini itirəcəyik. İndiyə qədər onu qoruyub saxlaya bilmişik. Müstəqilliyimizi itirsək, Rusiyanın bir hissəsi olsaq, bu, tamamilə dəhşətli bir itki olacaq", - deyə Zelenski qeyd edib.
5-02-2026, 17:47
VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri


VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri

İştirakçı sayı 2000-ə qədər olan imtahanların hamısı elektronlaşdırılıb. Bu il peşəkar mühasib sertifikatı imtahanlarının hamısı elektron formatda keçirildiyi kimi, rezidenturaya qəbul imtahanlarının da bu qaydada təşkil olunması nəzərdə tutulur. Hazırda isə iştirakçı sayı 10 mindən çox olan imtahanların elektronlaşdırılması üzərində işlər aparılır.
Bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu prosesdə əsas hədəflərdən biri regionlarda yaşayan namizədlər üçün əlçatanlığı təmin etməkdir: “Bunun üçün təkcə paytaxtda deyil, bölgələrdə də müvafiq şərait qurulmalıdır. Bununla əlaqədar olaraq DİM ilə Elm və Təhsil Nazirliyi arasında birgə iş aparılır.
Müəllimlərin işə qəbul imtahanları üçün nazirliyin müxtəlif regionlarda yaratdığı elektron mərkəzlərdən istifadə edilərək, ilk növbədə Azərbaycan dili (dövlət dili kimi) imtahanı elektronlaşdırılacaq. Rezidentura imtahanı isə bu il Bakıda DİM-in elektron imtahanlar korpusunda və Naxçıvanda elektron qaydada keçiriləcək. Beləliklə, əvvəllər regionlarda imkan olmadığı üçün Bakıya gəlməli olan namizədlər artıq imtahanlarını birbaşa yaşadıqları bölgələrdə verə biləcəklər”.
DİM sədri bildirib ki, iştirakçı sayı 100 min olan kütləvi imtahanların elektronlaşdırılması prosesi isə daha çox vaxt aparacaq: “Bu layihə çərçivəsində ilkin olaraq bir neçə regionda sınaq imtahanlarının keçirilməsi planlaşdırılır. Həmin sınaq imtahanlarına VIII sinif şagirdlərinin cəlb edilməsi nəzərdə tutulur. Onlar sistemi əvvəlcədən öyrənərək IX sinif buraxılış imtahanlarında daha rahat iştirak edə biləcəklər. Ümumilikdə bu proses 2-3 il çəkəcək”.
5-02-2026, 17:18
Nazirlik böyrək xəstələri üçün 10 milyon ayırdı


Nazirlik böyrək xəstələri üçün 10 milyon ayırdı

Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşların müalicə və dərman təminatının gücləndirilməsi istiqamətində mühüm addım atılır.
Səhiyyə Nazirliyinin tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi xüsusi dövlət proqramı çərçivəsində dərman vasitələrinin satın alınması üçün irimiqyaslı tender elan edib.
Satınalmanın ehtimal olunan qiymət 10 560 089,72 azn (on milyon beş yüz altmış min səksən doqquz manat, yetmiş iki qəpik) təşkil edir.
Tenderin predmeti, əsasən, peritoneal və tarazlıq dializ avadanlıqları, həmçinin xəstələrin həyat fəaliyyəti üçün zəruri olan xüsusi ləvazimat və dərman preparatlarını əhatə edir.
5-02-2026, 17:14
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO


İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri fevralın 5-də başa çatıb.
Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Əbu-Dabi Əmirliyinin İcraiyyə Şurasının üzvü, Əbu-Dabi İnvestisiya Holdinqinin prezidenti Şeyx Hamid bin Zayed Al Nəhyan və digər rəsmi şəxslər yola saldılar.


5-02-2026, 17:09
Almaniyadan BYD və Changan-a rəqib gəlir


Almaniyadan BYD və Changan-a rəqib gəlir

Almaniyanın Volkswagen holdinqinə məxsus elektromobillərin satış sayı 2025-ci ildə Avropa bazarında aparıcı elektrik avtomobili satıcısı olmuş Tesla-nı keçib.
Volkswagen-nin yeni elektromobil markaları Çinin BYD və Changan modellərinə cavab olaraq hazırlanıb.
Avropa avtomoil sənayesi dərin durğunluqdan sonra dünyada qiymət-keyfiyyət uyğunluğuna görə, alıcıların üstünlük verdiyi Çin avtomobillərinin hökmranlığına son qoymalıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!