Sandu İlham Əliyevlə görüşündən yazdı .....                        İlon Mask tarixə düşdü .....                        Putin Qərbə meydan oxudu: “Kimsə gücünü sınamaq istəyirsə, buyursun!” .....                        Rəqs eliyən həkim yenidən işə başlayıb? .....                        Rusiya iki dəfə NATO üzvü olmaq istəyib .....                        Növbəti sammit Ermənistanda keçiriləcək .....                        Konstitusiya məhkəməsindən vacib qərar .....                        Ukrayna 185 hərbçini Rusiyaya verdi .....                        Zelenski İlham Əliyevlə müzakirə etdiyi məsələləri açıqladı .....                       
7-08-2025, 15:38
Bu şəxslər üçün imtahan keçiriləcək


Bu şəxslər üçün imtahan keçiriləcək

Avqustun 8-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil olunacaq.
DİM-dən bildirilib ki, imtahan vermək üçün 1564 nəfər qeydiyyatdan keçib. Onlardan 1483-ü taksi, 27-si yükdaşıma, 54-ü operatordur.
İmtahanın keçirilməsi üçün 20 imtahan rəhbəri, 104 nəzarətçi və 12 buraxılış rejimi əməkdaşı ayrılıb.
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov) və DİM-in Gəncə regional bölməsində, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi imtahanları isə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçiriləcək.
İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Namizədlər imtahana buraxılış vərəqəsini “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
Bir saat davam edəcək imtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.
“Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz. İmtahan iştirakçılarından xahiş edirik ki, kitabça ilə mütləq tanış olsunlar.
7-08-2025, 15:18
125 mindən çox uşaq I sinfə qəbul olub


125 mindən çox uşaq I sinfə qəbul olub

Mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. İndiyə kimi 125 mindən çox uşağın I sinfə qəbul prosesi tamamlanıb.
Bunu MÜTDA-nın Ümumi təhsilin təşkil şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli deyib.
Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.
7-08-2025, 15:16
Zəngəzur dəhlizi açılır - Adı belə olacaq


Zəngəzur dəhlizi açılır - Adı belə olacaq

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək görüş sülh çərçivə sənədinin imzalanması ilə yekunlaşacaq.
Bu barədə Reuters məlumat yayıb.
ABŞ rəsmilərinin açıqlamasına görə, sənəddə Cənubi Qafqazda yerləşən və strateji əhəmiyyət daşıyan tranzit dəhlizi (Zəngəzur dəhlizi - red.) üzrə xüsusi inkişaf hüquqlarının ABŞ-a verilməsi də nəzərdə tutulur. Dəhliz “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) adlandırılacaq.
İmzalanacaq çərçivə sənədi Ermənistan və Azərbaycan arasında “sülhə konkret yol xəritəsi”ni müəyyən etməyi və uzun illərdir mübahisə mövzusu olan tranzit dəhlizi məsələsini həll etməyi hədəfləyir.
Dəhliz çərçivəsində Ermənistan ABŞ-a uzunmüddətli infrastruktur və idarəetmə hüquqları verməyə razılaşıb. ABŞ bu dəhlizi kommersiya əsaslı subpodratçılara icarəyə verəcək.
Trampın vasitəçiliyi ilə baş tutan görüş çərçivəsində Ermənistan və Azərbaycan liderləri həmçinin ATƏT-in 1992-ci ildə yaradılmış və Fransa, Rusiya, ABŞ-ın həmsədr olduğu Minsk Qrupunun rəsmi olaraq buraxılması üçün sənəd imzalayacaqlar.
7-08-2025, 15:10
Hakan Fidan Suriyaya getdi


Hakan Fidan Suriyaya getdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya gedib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Səfər çərçivəsində Fidanın Suriyanın keçid lideri Əhməd əl-Şaraa ilə görüşəcəyi gözlənilir.
7-08-2025, 15:00
İlham Əliyev ABŞ-da səfərdədir - FOTO


İlham Əliyev ABŞ-da səfərdədir - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə gəlib.
Dövlətimizin başçısını “Joint Base Andrews” hərbi hava bazasında rəsmi şəxslər qarşılayıblar.





7-08-2025, 14:50
Mərkəzi Parkın ərazisinin genişləndirilməsinə start verildi


Mərkəzi Parkın ərazisinin genişləndirilməsinə start verildi

Mərkəzi Parkın genişləndirilməsinə start verilir.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz Mirzəzadə “Sovetski” adlanan ərazidə aparılan söküntü işləri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
"Bakı şəhərində tarixi və mədəni irsin qorunması, yaşıllıq sahələrinin salınmadı şəhərin Baş Planının əsas inkişaf hədəflərindəndir
Bu səbəbdən Mərkəzi Parkın genişləndirilməsinə start verilir.
Bundan sonra 21 hektarlıq ərazi yenidən qurulacaq.
Ərazidə uşaq meydançasının, qapalı dayanacağın yaradılması nəzərdə tutulur.
Təzəpir məscidi ətrafında tarixi məhəllə də müasir şəhərsalma standartlarına uyğun yenidən qurulacaq.
Dövlətin xüsusi mühafizəsində saxlanılan, abidə olmayan, lakin tarixi yükə malik olan abidələrin yenidən quruıması da planlar arasındadır", - o qeyd edib.
7-08-2025, 14:18
Astarada 62 yaşlı kişi dənizdə boğuldu


Astarada 62 yaşlı kişi dənizdə boğuldu

Astara rayonunda 62 yaşlı kişi dənizdə boğulub.
Hadisə rayonun Şahağacı kəndində dəniz ərazisində baş verib.
Günorta saatlarında ərazidəki çimərlikdə uzaq məsafəyə üzən 1963-cü il təvəllüdlü kənd sakini Xanoğlan Museyib oğlu Əsədullayev dənizdə batıb. Ətrafdakıların köməyi ilə onun meyiti sudan çıxarılıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
7-08-2025, 14:10
Əsir götürüldükdən sonra güllələndim


Əsir götürüldükdən sonra güllələndim

Avqustun 7-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Şərif Əliyev ifadəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı, noyabr ayında Xocavənd istiqamətində yaralanaraq əsir götürüldüyünü bildirib.
O, əsirlikdə döyüldüyünü, yaraları sıxılmaqla və başqa üsullarla işgəncələrə məruz qaldığını deyib.
Zərərçəkmiş şəxs bildirib ki, əsir götürüldükdən sonra başqa yerə, - sonradan öyrəndiyinə görə İrəvan şəhərinə, - aparılıb. Qeyd edib ki, əsir düşməzdən əvvəl döş qəfəsindən və hər iki ayağından yaralanıbmış. Əsir götürüldükdən sonra erməni hərbçilər rus və erməni dillərində sözlər deyərək ondan təkrarlanmasını istəyiblər. Həmin ifadələri təkrarlamadığına görə sağ ayağının pəncə nahiyəsindən güllələnib.
Ş.Əliyev təqsirləndirilən şəxs David Babayanın suallarına cavabında bildirib ki, əsir götürülməzdən əvvəl 4 nəfər hərbçi yoldaşı şəhid olub, özü və daha bir nəfər hərbçi yoldaşı yaralanıb. Ağır vəziyyətdə yaralı olan həmin azərbaycanlı hərbçi Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən “yoxlama vuruşu” ilə qətlə yetirilib. Ş.Əliyev isə əsir götürülüb.
O, təqsirləndirilən şəxs Davit İşxanyananın suallarına cavabında Azərbaycana qaytarıldıqdan sonra Gəncədə klinikada əməliyyat olunduğunu söyləyib.
2020-ci il dekabrın 15-də Azərbaycana qaytarılıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
7-08-2025, 00:05
Saakaşvili də Vaşinqton görüşündən danışdı


Saakaşvili də Vaşinqton görüşündən danışdı

Tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq.
Bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib.
“Avqustun 8-də Vaşinqtonda çox mühüm tarixi hadisə baş verəcək: Azərbaycan və Ermənistan Donald Tramp vasitəsilə sülh müqaviləsi imzalayacaq.
Prezident Əliyevlə Baş nazir Paşinyan bir müddətdir danışıqlar aparır, amma ABŞ prezidentinin vasitəçiliyi ilə proses sürətlənib. O gün dünya tarixində Qafqazın Rusiyanın caynağından azad olunma tarixi kimi qalacaq.
Rusiya artıq rəsmi olaraq üç Cənubi Qafqaz ölkəsindən ikisində hegemonluğunu itirir”, - sabiq prezident bildirib.
M.Saakaşvili əlavə edib ki, Rusiya daxildəki şəbəkəsi vasitəsilə Gürcüstana nəzarəti saxlasa da, bu vəziyyətdə dəyişmək üzrədir.
6-08-2025, 23:42
"Şamaxı"nın yeni oyunçusu açıqlandı


"Şamaxı"nın yeni oyunçusu açıqlandı

"Şamaxı" heyətinə yeni futbolçu cəlb edib.
Bölgə təmsilçisi Abdullahi Şuaybunun keçidini rəsmiləşdirib.
23 yaşlı nigeriyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
O, son olaraq "Qəbələ"də çıxış edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!