Cəlilabad sakinini avtomobil vuraraq öldürüb .....                        Körpə 10-cu mərtəbədən yıxıldı, sağ qaldı .....                        Epşteynin şəbəkəsinin İngiltərə bağlantıları .....                        İsrail “Hizbullah” mövqelərini vurdu .....                        Ramazanın 9-cu gününün duası - İmsak və iftar vaxtları .....                        Sərhəddə əməliyyat: 22 Taliban üzvü öldürüldü - YENİLƏNİB .....                        Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır .....                        Tələbələrin şəkillərini yayan şəxs SAXLANILIB .....                        Cəriməsi olana kredit verilməyəcək? .....                       
5-01-2026, 11:56
Azərbaycanda bu lampaların satışı qadağan olundu


Azərbaycanda bu lampaların satışı qadağan olundu

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, Azərbaycanda enerji səmərəliliyinin artırılması məqsədilə közərmə lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır.
Bu barədə Energetika Nazirliyi xəbər verir.
Qanuna əsasən, 1 yanvar 2026-cı ildən etibarən 60 vatt və yuxarı gücə malik, 1 iyul 2026-cı ildən isə 25 vattdan (25 vatt daxil olmaqla) 60 vattadək gücə malik közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan olunur. Qadağa sənaye istehsalı proseslərində istifadə olunan, eləcə də sənaye avadanlıqlarında işıqlandırmadan başqa texnoloji funksiyalar üçün nəzərdə tutulan közərmə lampalarına şamil edilmir.
Aparılan hesablamalar göstərir ki, LED lampalar közərmə lampaları ilə müqayisədə həm enerji istehlakı, həm də iqtisadi baxımdan əhəmiyyətli üstünlüklərə malikdir. Məsələn, 15 min saat ( 7 il) istismar müddətinə malik 1 ədəd LED lampası 17 ədəd 1 000 saatlıq közərmə lampasını əvəz edir. Eyni işıq axınının təmin olunması üçün 60 Vt gücündə közərmə lampasına qarşılıq cəmi 7 Vt gücündə LED lampası kifayət edir. Nəticədə LED lampasının ümumi işıqlandırma xərci 14,4 AZN təşkil etdiyi halda, közərmə lampalarında bu göstərici 82,2 AZN-ə çatır.
Hesablamalara əsasən, 1 milyon ədəd 60 Vt gücündə közərmə lampasının 1 il ərzində istifadəsi 131,4 milyon kVt·saat elektrik enerjisi istehlakına, bu enerjinin istehsalı üçün isə 29,1 milyon kubmetr təbii qaz sərfinə səbəb olur və nəticədə 63,6 min ton karbon emissiyası yaranır. Eyni sayda LED lampaya keçid zamanı isə elektrik enerjisi istehlakı, yanacaq sərfi və karbon emissiyası 8,6 dəfə azalır. Hazırda mövcud 2,7 milyon məişət abunəçisinin 50 faizinin közərmə lampalarından imtina edərək LED lampalara keçdiyi halda, gündəlik işıqlandırma məqsədilə elektrik enerjisi istehlakı 4,86 milyon kVt·saatdan 567 min kVt·saata enə bilər.
Həmçinin LED lampalar aşağı pulsasiya səviyyəsi (1%) ilə göz sağlamlığı üçün daha təhlükəsiz hesab olunur. Közərmə lampalarında bu göstərici 13 faizdir. Bundan əlavə, LED lampalar civə və digər toksik maddələr ehtiva etmir, az istilik yayır, uzun istismar müddətinə malikdir və gərginlik dalğalanmalarına qarşı daha dayanıqlıdır.
Közərmə lampalarının mərhələli şəkildə dövriyyədən çıxarılması və LED texnologiyalarına keçid ölkəmizdə enerji səmərəliliyinin artırılmasına, istehlakçı xərclərinin azaldılmasına, ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsinə və dayanıqlı enerji istehlakı mədəniyyətinin formalaşmasına xidmət edir. Odur ki, vətəndaşların və təsərrüfat subyektlərinin enerji səmərəli işıqlandırma həllərinə üstünlük vermələri tövsiyə olunur.
5-01-2026, 11:55
Bayram günlərində 90 min sərnişin daşınıb


Bayram günlərində 90 min sərnişin daşınıb

2025-ci il dekabrın 29-dan bu il yanvar 4-dək Bakıdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə təxminən 90 000 sərnişin daşınıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verib.
Məlumata əsasən, bayram ərəfəsində, bayram və qeyri-iş günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 1 834 reys həyata keçirilib, 52 410 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 350-dən çox reys həyata keçirilib.
Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə, o cümlədən paytaxta 3672 reyslə 37194 sərnişin daşınıb.
Biletlər avtovağzalın kassalarından, eləcə də //biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Ümumilikdə sərnişinlərin 50%-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edib ki, bu da əvvəlki dövrlərlə müqayisədə rekord göstəricidir.
Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb və onların təhlükəsiz mənzil başına çatdırılması təmin edilib.
5-01-2026, 11:43
71 yaşlı kişi damdan yıxılaraq öldü


71 yaşlı kişi damdan yıxılaraq öldü

Binəqədidə 71 yaşlı kişi yıxılaraq ölüb.
Hadisə yanvarın 3-də baş verib.
M.Ə.Rəsulzadə qəsəbə sakini 1955-ci il təvəllüdlü Nazim Hüseynov yaşadığı evin damında təmir işləri apararkən yerə yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
5-01-2026, 11:32
Keçmiş məhkum evdən 45 min manatlıq oğurluq etdi


Keçmiş məhkum evdən 45 min manatlıq oğurluq etdi

Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, naməlum şəxs rayon ərazisində mənzillərdən birinə daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib.
O, bu yolla evdən 33 400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
5-01-2026, 11:27
Siqaretlər kəskin bahalaşdı


Siqaretlər kəskin bahalaşdı

Azərbaycanda siqaret qiymətləri kəskin artıb.
Bir qutu siqaretin qiyməti orta hesabla 30-60 qəpik artıb.
Əvvəllər 2 manat 60 qəpiyə olan “Magna”nın bir qutusu hazırda 2 manat 90 qəpik, 3 manat 10 qəpiyə satılan “Pall Mall” 3 manat 40 qəpik, 3 manat olan “LD” 3 manat 30 qəpik, 4 manat 20-yə satılan “Winston” 4 manat 80 qəpik, 4 manat 40 qəpik olan “Kent” 4 manat 80 qəpik, 4 manat 70 qəpiyə satılan “Sobranie” isə 5 manat 10, "Want" isə 3:10-dan qalxaraq 3 manat 40 qəpik olub.
Marketlərdə təklif olunan qiymətlər təxminən belədir. Köşklərdə isə siqaretlər təxminən 20 qəpik daha baha satılır.
Satıcıların sözlərinə görə, siqaretlər artıq 3 gündür ki, market və kiosklarda cari qiymətə təklif edilir.
Qeyd edək ki, yanvarın 1-dən etibarən Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları üzrə aksiz dərəcəsi min ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılıb.
İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynəlilən və ya buruna çəkilən tütünlər üzrə aksizin dərəcəsi hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb.
5-01-2026, 11:19
Paşinyan II Qaregini sıxışdırır - Kilsə islahatı üçün “yol xəritəsi” açıqlandı


Paşinyan II Qaregini sıxışdırır - Kilsə islahatı üçün “yol xəritəsi” açıqlandı

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin təkmilləşdirilməsi üçün “yol xəritəsi” hazırlayıb.
Paşinyanın “yol xəritəsi" 10 üsyankar yepiskop tərəfindən dəstəklənib.
Paşinyan bu "yol xəritəsi”nin Bütün Ermənilərin Katolikosu II Qareginin istefasından sonra həyata keçiriləcəyini düşünür. Üstəlik, hökumət kilsə nizamnaməsinin hazırlanmasına kömək etməyə hazırdır.
Bütün Ermənilərin Katolikosu II Qareginin istefasını tələb edən iyerarxlar baş nazirin iqamətgahına gələrək sənədi bir-bir imzalayıblar.

Sənəddə aşağıdakı məqamlar yer alır:

İslahat proqramının ictimaiyyətə açıqlanması

Kilsənin hazırkı rəhbərinin vəzifədən kənarlaşdırılması

Patriarxal taxt-tacın yerli nümayəndəsinin seçilməsi

Kilsə Nizamnaməsinin qəbul edilməsi

Bütün ermənilərin katolikosunun seçilməsi.
4-01-2026, 23:43
Maduronun həbsi zamanı 80 nəfər öldürülüb


Maduronun həbsi zamanı 80 nəfər öldürülüb

ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək üçün apardığı əməliyyat zamanı 80 nəfər ölüb.
Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında təhlükəsizlik qüvvələri ilə yanaşı mülki şəxslər də var. Ölənlərin sayının artacağı istisna olunmur.
4-01-2026, 22:44
Oğuzda qəza oldu - Yaralı var


Oğuzda qəza oldu - Yaralı var

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bucaq kəndindən keçən hissəsində minik avtomobilinin yoldan çıxması nəticəsində qəza baş verib.
Sarvan Piriyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Nəticədə sürücünün həyat yoldaşı, 40 yaşlı Cəhanə Piriyeva və ailənin azyaşlı övladı xəsarət alıb.
Hadisə yerinə Təcili tibbi yardım briqadası cəlb olunub, yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinə və müalicəsi aparılır.
Faktla bağlı araşdırma aparılır.
4-01-2026, 22:10
Növbəti hədəf Qrenlandiyadır?


Növbəti hədəf Qrenlandiyadır?

ABŞ prezidenti Donald Tramp Venesuelanın vitse-prezidenti Delsi Rodriqezi hədələyib.
O, "The Atlantic" jurnalına deyib ki, Rodriqez Vaşinqtonun tələblərinə tabe olmazsa, “çox ağır bədəl ödəyəcək”.
Trampın sözlərinə görə, bu bədəl hətta Nikolas Maduro ilə müqayisədə daha ağır ola bilər.
ABŞ prezidenti müsahibədə Qrenlandiya mövzusuna da toxunub. Onun sözlərinə görə, ada ABŞ üçün “tamamilə zəruridir”. Tramp bunu bölgədə Rusiya və Çin gəmilərinin aktivliyi ilə əsaslandırıb.
4-01-2026, 21:52
"Real Madrid" öz meydanında 5 qol vurdu


"Real Madrid" öz meydanında 5 qol vurdu

İspaniya La Liqasında XVIII turun oyunları keçirilir.
"Real Madrid" evdə "Betis" ilə qarşılaşıb. Görüş "kral klubu"nun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 45-ə çatdıran Madrid təmsilçisi 2-ci pillədə qərarlaşıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!