25-01-2026, 12:26
İndoneziyada torpaq sürüşməsi - 10 nəfər öldüİndoneziyanın Qərbi Yava vilayətində torpaq sürüşməsi baş verib.
Hadisə nəticəsində 10 nəfər həlak olub.
80 nəfərin isə itkin düşdüyü bildirilib.
İndoneziya hakimiyyəti hadisə ilə bağlı axtarış-xilasetmə tədbirlərini davam etdirir.
Qeyd edək ki, baş verən sürüşmə bir gün öncə başlayan leysan yağışları səbəbindən yaranıb.
25-01-2026, 11:51
Yaponiyada şiddətli qar - 13 nəfər xəsarət aldıYaponiyanın qərb sahilindəki İşikava prefekturasında qar yağışı nəticəsində 13 nəfər xəsarət alıb.
Qeyd olunur ki, prefekturanın paytaxtı Kanazavada cəmi bir gündə təxminən 50 santimetr qar yağıb.
Məlumata görə, son 24 saat ərzində prefekturada buzlu yollarda qar yığınları səbəbindən 32 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə doqquz nəfər xəsarət alıb, qarda yıxılma nəticəsində isə dörd nəfər xəstəxanalara müraciət edib.
25-01-2026, 11:40
Yarımtikililərdən naqilləri oğurlayan şəxslər YAXALANDIQaradağ rayonu ərazisində yerləşən yarımtikililərin birindən 110 metr naqil və təmir-tikinti alətləri oğurlanıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V.Əmirov və A.Bəbirov müəyyən olunaraq saxlanılıblar. Onların rayon ərazisində daha iki yarımtikilidən də oğurluq etdikləri müəyyən olunub.
Araşdırma aparılır.
25-01-2026, 11:15
Sürücü sükan arxasında öldü
Sumqayıtda sürücü sükan arxasında ölüb.
Hadisə Bakı–Quba avtomobil yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsünün halı anidən pisləşib və o, maşını yol kənarına çəkib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Sükan arxasında sürücünün meyiti aşkarlanıb.
Hadisənin səbəbləri araşdırılır.
25-01-2026, 11:03
Qəbələdə mağaza və çayxana yandı
Qəbələdə mağaza və ona bitişik çayxana yanıb.
Yanğın hadisəsi səhər saatlarında Qəbələ rayonunun Mıxlıqovaq kəndində baş verib.
Yanğın yerinə Qəbələ Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı Mikayılov Valeh Əlipənah oğluna məxsus, ümumi sahəsi 120 kvadratmetr olan mağaza və ona bitişik çayxana tamamilə yanıb.
Yanğının başvermə səbəbləri hazırda araşdırılır.
25-01-2026, 10:52
Cəlilabadda keçmiş vəzifəli şəxsin meyiti tapıldıCəlilabadda evdən meyit tapılıb.
Rayon sakini 1976-cı il təvəllüdlü Rəşad Salmanovun meyiti tapılıb.
Onun Bakıda yaşadığı və bir müddət əvvəl ata evinə gəldiyi deyilir.
R.Salmanov uzun müddət Cəlilabad rayon Təhsil Şöbəsində mühasib, Mədəniyyət Şöbəsinin müdiri, son vaxtlar isə İmprotex şirkətində mühasib vəzifəsində çalışırdı. 3 övlad atası olan Rəşad Salmanov, yaxınlarda övladına nişan edib.
Qeyd edək ki, meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
25-01-2026, 10:10
Sahibə Qafarova Bəhreyn Krallığında səfərdədirMilli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 16-cı Plenar Sessiyasının açılış mərasimində iştirak etmək üçün Bəhreyn Krallığına səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bəhreyn Beynəlxalq hava limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Bəhreyn Nümayəndələr Şurası sədrinin birinci müavini Abdulnabi Salman Ahmed, Nümayəndələr Şurası sədrinin ikinci müavini Ahmed Abulvahed Qarata, Nümayəndələr Şurasının komitə sədrləri Mahmud Merza Farda, Ahmed Sabah Al-Salloom, Hasad Eid Buxammas, Mamdooh Abbas Al-Saleh, Mohamed Moosa Mohamed, deputat Zainap Abdulameer Xalil və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarovanın Asiya Parlament Assambleyasının 16-cı sessiyasında çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.
25-01-2026, 09:43
Nişan mərasimində 113 nəfər dəm qazından zəhərləndiTürkiyənin Malatya şəhərində nişan mərasimində iştirak edən 110-dan çox şəxs dəm qazından zəhərlənib.
Hadisə Battalgazi rayonunun Orduzu məhəlləsindəki toy salonunda baş verib.
Məlumata görə, qonaqlar nişan mərasimi zamanı özlərini pis hiss etməyə başlayıblar. Hadisə yerinə gələn tibb işçiləri qonaqların dəm qazından zəhərləndiyini müəyyən ediblər.
Malatya valisi Seddar Yavuz sosial media hesabında hadisə ilə bağlı açıqlama yayıb: "Battalqazi rayonundakı toy salonunda baş verən dəm qazı zəhərlənməsi nəticəsində 113 vətəndaşımız müalicə üçün səhiyyə müəssisələrimizə aparılıb. Onların ümumi vəziyyətinin yaxşı olduğu müəyyən edilib və bu saata qədər bəzi xəstələr evə buraxılmağa başlayıb. Hadisəyə səbəb olan günahkarlar barədə araşdırma başlanıb. Həmvətənlərimizə ən xoş arzularımı çatdırır və tezliklə sağalmalarını arzulayıram".
25-01-2026, 09:30
Samuxda qəza - Ölən və yaralananlar varSamux rayonunda mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Hadisə rayonun Köbər kənd ərazisində qeydə alınıb.
Qəza nəticəsində 2000-ci il təvəllüdlü Əsgərov Vüqar İlqar oğlunun öldüyü, daha bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Mikroavtobusun fəhlələri daşıdığı qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.
24-01-2026, 17:56
İmişlidə 2 avtomobil toqquşub - 4 yaralı varİmişli rayonunda yol-nəqliyyat qəzası baş verib.
Hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Qəzada xəsarət alanlar rayon xəstəxanasına aparılıb.