Xırdalanda qəza - Motosiklet sürücüsü öldü .....                        İsrail ilk dəfə Xəzərdəki İran gəmilərinə hücum edib - TƏSDİQLƏNDİ .....                        ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır .....                        Nazirin müavinlərinin sayı artırıldı .....                        Zaur Əliyev vəzifəsini itirdi .....                        Azərbaycanda yeni agentlik yaradıldı .....                        İcbari Tibbi Sığortanın bu səlahiyyətləri TƏBİB-ə verildi .....                        İlham Əliyev MDB ilə bağlı vacib sənədi TƏSDİQLƏDİ .....                        ABŞ İran neftinə sanksiyaları ləğv edə bilər .....                       
24-01-2026, 14:30
Türkiyə dünyaya 308 milyardlıq məhsul satacaq


]Türkiyə dünyaya 308 milyardlıq məhsul satacaq

Türkiyənin dünya ixracındakı payını artıracağı gözlənilir və ixracın 2028-ci ilin sonuna qədər 308,5 milyard dollara çatacağı proqnozlaşdırılır.
Qlobal ticarət siyasətində artan qeyri-müəyyənliklərə baxmayaraq, ixrac yönümlü siyasətlərin davam etdirilməsi, bazarın şaxələndirilməsi strategiyaları və rəqabət qabiliyyətini artırmaq üçün atılan addımlar effekt verir.
Türkiyənin 2026-2028-ci illəri əhatə edən Avropa Birliyinə qəbuldan əvvəlki iqtisadi islahat proqramına görə, qlobal ticarət siyasətində artan qeyri-müəyyənliklər, xüsusən də son bir ildə hiss olunmağa başlayan tarif gərginliyi və proteksionist meyllər 2026-cı ildə qlobal ticarəti boğan amillər kimi diqqət çəkir.
24-01-2026, 12:53
Hardan baxsan şəffaf,   tərtəmiz görünür…


Hardan baxsan şəffaf,

tərtəmiz görünür…



Kimya elmləri doktoru, professor Eldar Məmmədbəylinin 85 illik yubileyi davam etməkdədir.

Onu tanıyanlar- iş yoldaşları, həmkarları yubilyar haqqında müxtəlif məqalə, korresspondensiya, oçerk, hekayə və sair janrlarda yazılar yazıb kütləvi informasiya vasitələrində dərc etdirməklə bərabər dostları da başına yığışıb şərəfinə süfrə açır, şəninə ürək sözlərini söyləyirlər.
Növbəti belə tədbir Abşeron rayonunda keçirilib. Eldar Məmmədbəylini lap gənclik illərindən yaxşı tanıyan

əczaçı həkim Şahbaz Cəfərov 50-60 il əvvəllərə ekskurs edib. Eldar müəllimin insan övladına məxsus ən nəcib keyfiyyətlərə malik olduğunu bildirib. Qeyd edib ki, Məmmədbəyli bu dünyaya xeyirxah əməllər üçün gəlib. Bacararsa xeyirxahlıq edər, bir işi qarşısısına məqsəd qoydusa, məqsədinə nail olmayınca yolundan dönməz. Təpəri, cəsarəti, mənəvi gücü fiziki imkanlarından qat-qat üstündür. Onu daha yaxşı tanımaq üçün uzun müddətli ünsiyyət lazım deyil. Çünki Eldar müəllim dağ çayı kimidir, nə qədər çağlasa da dumdurudur. Hansı yanından baxsan olduğu kimi şəffaf, tərtəmiz görünür. Bu kişi Sovet dönəmində ən gəlirli sahələrdən olan əczaçılığı, aptek müdirliyini buraxıb elmin yolunu seçdi. Yəni pulu-paranı yox, ləyaqəti, şərəfi seçdi və getdiyi hər yeri şərəfləndirdi.
Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı, yazıçı-publisist Elman Rüstəmov professorun könül dünyasından, saza-sözə mehrindən, Vətən sevgisindən, millətinə, dövlətinə sədaqətindən söz açıb. Bir az da Eldar müəllimin həyata olan ruhi bağından, onun şeir yaradıcılığından danışıb.

Birinci Qarabağ Müharibəsinin cəsur döyüşçüsü Fərhad Məhərov, professorun mühəndis dostu Kamran Rzayev, Hərbi Jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu Eldar Məmmədbəylini 85 illik yubileyi münasibəti ilə təbrik edib, xoş arzularını bildiriblər.

Pərviz Məmmədov əmisi Eldar Məmmədbəylinin məclisdəkilərə bəlli olmayan cəhətlərindən- elə, obaya, qohum-qardaşa münsibətindən danışıb. Bildirib ki, mən istər elmdə, istərsə də həyatda nə öyrənmişəmsə Eldar əmimdən, bir də Azad Mirzəcanzadədən öyrənmişəm. Lap körpəlikdən bir idealım var, o da əmim- professor Eldar Məmmədbəylidir. Həyatda qazandığım uğurlarda da ən çox onun
payı var.

Eldar Məmmədbəyli yubiley təşkilatçılarına və ünvanına deyilən xoş sözlərə, arzulara görə təşəkkür edib. Sonra dostların xahişi ilə öz əsərlərindən, Səməd Vurğunun, Xəlil Rzanın şeirlərindən parçalar söyləyib. Sonda isə Ayaz Arabaçının şəhid Milli Qəhrəman Natiq Qasımova həsr elədiyi “Səssiz qalmayan zəfər” poemasından ən çox sevdiyi, həmişə təkrarladığı parçanı xüsusi intonasiya ilə səsləndirib:

Yağış yağır dayanmadan Şuşaya,
O yağışın sellərindən öpürəm.
O yağışda qıvrım-qıvrım islanan,
Əsgərimin tellərindən öpürəm.

Qarabağa həyat verdi o haqq qan,
Bax bu idi gözlənilən ən xoş an.
Bu torpağa igid doğan, ər doğan,
Anaların əllərindən öpürəm.

Bu zəfəri hər zərrəmdə duyuram,
Sevincimi göz yaşımla yuyuram.
“Araz boyu muştuluğa yüyürən”,
Dəlidağın yellərindən öpürəm.

Azərbaycan, möhtəşəmdir gur səsin,
Əskilməsin üstümüzdən nəfəsin.
Bu torpağa vətən deyən hər kəsin,
Şirin-şirin dillərindən öpürəm.

Ağlamışam, kükrəmişəm, əsmişəm,
Ürəyimi bir ulduzdan asmışam.
Xəritəmi qucağıma basmışam,
Azərbaycan ellərindən öpürəm.


“Bütöv Azərbaycan”
24-01-2026, 00:36
Gürcüstandan Zəngəzur dəhlizi ilə bağlı mesaj


Gürcüstandan Zəngəzur dəhlizi ilə bağlı mesaj

Cənubi Qafqazda bir neçə alternativ nəqliyyat dəhlizinin mövcudluğu Orta Dəhlizə marağı artıracaq və bu da Gürcüstan üçün yeni iqtisadi imkanlar yaradacaq.
Bu sözləri Gürcüstan parlamentinin vitse-spikeri və “Xalqın Gücü” partiyasının sədri Sozar Subari Cənubi Qafqazda gedən proseslər, Zəngəzur dəhlizi və Gürcüstanın tranzit rolu ilə bağlı məsələləri şərh edərkən söyləyib.
Bu məsələlərdə Azərbaycanın roluna toxunan vitse-spiker deyib: "Cənubi Qafqazda sülhün bərqərar olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi region üçün mühüm və böyük hadisədir. Ermənistan cəmiyyətinin də bu reallığı qəbul etməsi regional sabitliyə töhfə verir".
Zəngəzur dəhlizindən danışan danışan Sozar Subari vurğulayıb ki, marşrutun başlıca məqsədi Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirməkdir və bu, coğrafi baxımdan tamamilə təbii və məntiqli addımdır.
Onun fikrincə, gələcəkdə Azərbaycanla Ermənistan arasında yüklərin birbaşa daşınması da normal proses olacaq və Gürcüstanın bundan itirəcəyi gəlir böyük həcmdə deyil.
Subari həmçinin qeyd edib ki, Naxçıvandan Türkiyəyə uzanan və Şərqlə Qərbi birləşdirən yeni tranzit imkanları bütün region üçün əhəmiyyətlidir. Bu cür layihələr Gürcüstanın tranzit rolunu gücləndirir, bütün dəhlizlər üzrə yük həcminin artmasına şərait yaradır.
Gürcü siyasətçi bildirib ki, Qafqaz vahid iqtisadi məkan kimi formalaşdıqca, Azərbaycanın iştirakı ilə yaradılan yeni nəqliyyat marşrutları Gürcüstan üçün də əlavə üstünlüklər yaradacaq və regionun beynəlxalq əhəmiyyətini daha da artıracaq.
24-01-2026, 00:23
Trampla Zelenski razılığa gəldi


Trampla Zelenski razılığa gəldi

ABŞ və Ukrayna prezidentləri “Patriot” sistemi üçün raketlərin Kiyevə verilməsi barədə razılığa gəliblər.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
“Prezident Trampla danışdım və “Patriot” üçün bizə veriləcək PAC-3 raketinin sayını aldım. Amma bu barədə məlumat verməyəcəm”, - Zelenski deyib.
Zelenski Davosa səfərin həm qlobal məsələlərə, həm də konkret vəzifələrin həllinə yönəldiyini bildirib.
24-01-2026, 00:12
Küçədə qalan ana və oğlu barədə RƏSMİ AÇIQLAMA


Küçədə qalan ana və oğlu barədə RƏSMİ AÇIQLAMA

“Tovuz rayonunda ana və 11 yaşlı övladının küçə mühitində yaşaması ilə bağlı daxil olmuş məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülüb”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial media hesabında yazıb.
O bildirib ki, aparılmış ilkin araşdırmalar və mövcud vəziyyətin qiymətləndirilməsi nəticəsində aidiyyəti qurumlarla birgə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib.
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Tovuz Rayon İcra Hakimiyyəti tərfindən 11 yaşlı uşaq Rayon Mərkəzi Xəstəxanasına, ana isə ixtisaslaşmış tibbi yardımın göstərilməsi məqsədilə psixiatriya profilli tibb müəssisəsinə yerləşdirilib.
Uşağın sağlamlıq vəziyyəti xəstəxanada müvafiq tibbi müayinələrdən keçirildikdən sonra onun mənafeyinin, təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.
Məsələ aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır və uşağın hüquqlarının qorunması istiqamətində müvafiq işlər davam etdirilir”, - deyə o əlavə edib.
23-01-2026, 23:50
Qərb aviaşirkətləri Yaxın Şərqə uçuşları dayandırdı


Qərb aviaşirkətləri Yaxın Şərqə uçuşları dayandırdı

"KLM”, “Air France”, və “British Airways” Yaxın Şərq ölkələrinə gecə uçuşlarını ləğv edib.
Bu barədə aviaşirkətlərin açıqlamalarında deyilir.
Belə ki, “Air France” Dubaya və Tel-Əvivə olan iki uçuşu, “British Airways” axşam Dubaya olan uçuşunu,“KLM” isə İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə olan uçuşlarını ləğv edib.
23-01-2026, 23:44
Kirayə yolu ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR


Kirayə yolu ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanda mənzilə çıxış imkanlarının artırılması və sosial rifahın gücləndirilməsi məqsədilə həyata keçirilən kirayə evlər layihəsi üzrə yeni mərhələnin başlanması gözlənilir.
Layihəyə artan maraq fonunda İpoteka və Kredit Zəmanət Fondu yaxın dövrdə kirayə mənzil fondunun genişləndirilməsi istiqamətində əlavə addımlar atmağı planlaşdırır.
Gələn il vətəndaşların tələbatı nəzərə alınmaqla Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yeni kirayə mənzillər alınaraq istifadəyə veriləcək. Hazırda layihə çərçivəsində Bakı şəhərində 8, Abşeron rayonunda 6, Sumqayıt şəhərində isə 3 müxtəlif ünvanda kirayə mənzillər vətəndaşlara təqdim olunub.
Yalnız bu il ərzində Bakı şəhərinin Binəqədi rayonunda Cəfər Xəndan küçəsində və Biləcəri qəsəbəsində, Sumqayıt şəhərində isə Sülh prospektində və Sahil küçəsində yerləşən yaşayış sahələri kirayəçilərin istifadəsinə verilib.
Qeyd edək ki, kirayə mənzil fondu üzrə işlər hazırda da davam etdirilir və yaxın perspektivdə layihənin coğrafiyasının daha da genişləndirilməsi nəzərdə tutulur.
23-01-2026, 23:23
İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ


İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ

İran hakimiyyəti hökumət əleyhinə etirazların iştirakçısını edam edib.
Məlumata görə, Məşhəddən olan idman məşqçisi Əli Rəhbər dünən səhər edam edilib. O, on gün əvvəl saxlanılıb.
Daha əvvəl İranın Baş prokuroru Məhəmməd Movahedi Azad ABŞ prezidenti Donald Trampın Ağ Evin müdaxiləsinin İranda 800 nəfərin edamının ləğvinə səbəb olması ilə bağlı iddialarını təkzib edib. Prokurorun sözlərinə görə, bu cür iddialar həqiqətə uyğun deyil.
Xatırladaq ki, İranda iğtişaşlar dekabrın 29-da rialın kəskin şəkildə düşməsi nəticəsində küçə etirazları başlamış və əksər böyük şəhərlərə yayılmışdı.
23-01-2026, 23:11
Sabiq deputata yeni vəzifə verildi


Sabiq deputata yeni vəzifə verildi

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) ümumi yığıncağı keçirilib.
Yığıncaqda səsvermə ilə Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib.
Sabiq deputat daha əvvəl Dünya Alpaqut Federasiyasının (DAF) Prezidenti vəzifəsində çalışıb və ötən il bu vəzifədən istefa verib.
23-01-2026, 23:00
BƏƏ-də nələr müzakirə edilir?


BƏƏ-də nələr müzakirə edilir?

Rusiya, ABŞ və Ukrayna arasında təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun Əbu-Dabidə keçirilən görüşü zamanı bufer zonalar və müxtəlif nəzarət mexanizmləri ilə bağlı mövzular müzakirə olunur.
Bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
"Bəli, heç şübhəsiz ki, bufer zonalar, müxtəlif nəzarət mexanizmləri kimi aspektlər də digər vacib mövzular arasındadır", - mənbə bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, görüşdə münaqişənin sona çatması üçün parametrləri müzakirə edib, lakin nəticə çıxarmaq üçün hələ tezdir.
"Artıq müzakirə aparılıb. Qeyd etmək vacibdir ki, bu cür üçtərəfli formatlar uzun müddətdir ki, keçirilməyib. Onlar müharibənin sona çatması üçün parametrlərdən danışırlar. Bu gün danışıqların məzmunu ilə bağlı nəticə çıxarmaq üçün hələ tezdir. Görək sabah söhbət necə gedəcək və nəticələr necə olacaq", - o bildirib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!