“Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                        Bakının mərkəzindəki bu yol BAĞLANACAQ .....                       
2-05-2024, 09:30
Aşıqların dillər əzbəri – “Düşübdü”

Aşıqların dillər əzbəri – “Düşübdü”
(Aşıq Əhməd Sadaxlı ustadı Dədə Aşıq Hüseyn Saraçlı haqqında söyləyir)

“Aşıq Hüseyn Saraçlının atası Qurban Hasanoğlu Borçalı mahalında sayılıb-seçilən, varlı, savadlı, sözü keçən bir şəxs olduğundan satqınlar tərəfindən şərlənərək, Sovet hökümətinin qara siyahısına salınır və 1931-ci il fevral ayının 15-də aşıq Hüseyn Saraçlının doğum günündə Qara Qayanın döşündəki Qalxama arxının üstündə 54 yaşında güllələnir və elə orda da dəfn olunur. Qurban Hasan oğlu gülələnən zaman kiçik oğlu dünyaya gəlir və onun adını oğuluna qoyurlar – Qurban Qurban oğlu.
Qurban kişinin anası Fatma nənə isə güllələnən oğlunun başından qopan sümüyü götürüb, gizlincə evə gətirir. O gündən sümüyə baxıb, “oğul-oğul” deyə-deyə ağlamaqdan gözdən kor, qulaqdan kar olur. Güllələnmədən 3 gün sonra Tiflisdən: “Günahsızdır, güllələmək olmaz” – əmri gəlsə də daha gec idi.

Bu qanlı olaydan sonra ilk ustadı aşıq İsmayıl Saraçlının da həbs olunduğunu görən Aşıq Hüseyn Saraçlı kəndi tərk edərək aşıq İbrahim Quşçunun yanına şəyird gəlir. Və 3 il Quşçu kəndində qalıb aşıq İbrahimdən dərs alır. O, Quşçu kəndindən Saraçlıya qayıdan zaman Pəri adlı bir qıza vurulur və evdə ona elçi göndərmək istəyini bildirir. Aşıq Hüseynin bu sözünü eşdən Pəri xanım: “Mən sənə ərə gedib, qorxu içində yaşaya bilmərəm. Sizin ailə qalmaqallıdır, atan güllələndi, nənən ağlamaqdan kor oldu, evinizdə rahat yata da bilmirsiz, bolşeviklər pantürkist adı ilə sizi izləyir, elçi göndərsən də gələn deyiləm.”
Pəri xanımdan belə bir cavab alan Aşıq Hüseyn Saraçlı ürəyində: “Ey dili-qafil, həyatın işinə bir bax, Babam koxa, atam deputat olanda hər kəs biznən qohum olmaq istəyirdi, indi Pəri də bizi bəyənmir. Neyləyək, kişinin başına iş gələr, – deyib, evə gəlir. Bu əhvalatdan bir müddət sonra Dağ Borçalının Cücə (Cuci) kəndində yaşayan Tomarlı Qurbanın qızı, dağlar gözəli Şahnisə xanımla ailə həyatı qurur və bir neçə oğul-uşaq sahibi olur.
Aradan uzun illər keçir. Günlərin birində Aşıq Hüseyn təsadüfən Pəri xanımla rastlaşır. Pəri xanım aşıq Hüseyni tanısa da, Aşıq Hüseyn Pəri xanımı tanımır. Aşığın onu tanımadığını görən Pəri xanım yaxınlaşaraq soruşur:
– Aşıq Hüseyn, məni tanımadınmı?
Aşıq Hüseyn deyir:
–Yox, vallah, tanımadım.
– Niyə tanımadın, cavanlıqda elçi göndərmək istədiyin Pəri deyiləmmi? Bilsəydim belə şan-şöhrətli, tanınmış hörmətli bir aşıq olajaxsan, başqasına ərə getməzdim, elə sənə gələrdim. Ərə getdiym adamdan da yarımadım, təklifin yenə də keçərli olsa, günü bu gün sənə ərə gələrəm.
Pəri xanımın bu sözlərini eşidən Hüseyn Saraçlı bir özünə, bir saçı-birçəyi ağarmış Pəri xanıma baxıb: – Ay Pəri, cavannıx geri gəlməz, da qocalmışıq, nə mənim evlənən vaxtımdı, nə də sənin ərə gedən vaxtın. Keçmişi yadıma saldın, sinəmə üç xanə söz gəldi, qulaq as, gör nə deyirəm, – söyləyir
Götürüb, burada Aşıq Hüseyn Saraçlı “Baş sarıtel” havasında öz tərəfindən Pəri xanıma bədahətən nə deyir, biz ərz edək qulluğunuza, xoşbəxt olun.
Gözəl, sənin vaxtın keçib,
Saçlarına dən düşübdü.
Neçə öylər sən yıxıbsan,
Üstündə çox qan düşübdü.

Daha gözdən sən qalıbsan,
Cavanlıqda kam alıbsan.
Hayıf, sən də qocalıbsan,
Cavanlıq da yan düşübdü.

Saraçlı da tərif yazmaz,
Tellərini şana düzməz.
Boş-pətəksən, zanbur gəzməz,
Dodaqlardan şan düşübdü.


Aşıq bu şeiri bitirən kimi onlar ayrılıb, hərəsi bir yana gedir, şeir isə aşıqların dillərinin əzbərinə çevrilir”.
Qeyd: Bu şeiri Hüseyn Saraçlı ilk dəfə balabançı Azayın müşaiyətilə 1967-ci ildə “Baş sarıtel” havası üzərində oxuyaraq lentə yazdırmışdır.
Əhvalatı Aşıq Əhməd Sadaxlının 1997-ci ildəki lent yazısından
Rəşad Saraçlı qələmə alıb.
12.01.2024
1-05-2024, 18:18
Füzulidə yanğın - Tüstüdən zəhərlənən var


Füzulidə yanğın - Tüstüdən zəhərlənən var

Füzulidə rayonunun 7 №-li Qayıdış qəsəbəsində “T-28” markalı traktora qoşulan 2 ədəd qoşqunun yanar hissələri, qoşqulara yığılan 6 ton ot bağlaması və yaxınlıqda 5 ədəd ağac yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Traktor və əraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə nəticəsində bir nəfər tüstüdən zəhərlənib.
1-05-2024, 17:10
Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı


Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı

Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan avarçəkmə üzrə "Prezident Kuboku" beynəlxalq reqatasında ilk günün qalibləri bəlli olub.
Suqovuşanda kayak və kanoe ilə 200 m və 500 məsafələrdə yürüşdə Azərbaycan idmançısı da fərqlənib.
Yığma üzvü Amil Ramazanov 2006-2007-ci il təvəllüdlü idmançılar arasında bürünc medala yiyələnib. O, kayakla 200 m məsafəni 42 saniyəyə qət edib.
Günün qaliblərini Azərbaycanın Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Gənclər və İdman Nazirliyinin idman sektorunun müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç mükafatlandırıblar.
Qeyd edək ki, reqata mayın 2-3-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.
1-05-2024, 17:00
“Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək?


“Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək?

Gələn həftə İsveçin Malmö şəhərində “Avroviziya” mahnı müsabiqəsi start götürəcək. Dünyanın ən böyük canlı musiqi tədbiri hesab edilən müsabiqəyə 37 ölkədən gələn iştirakçılar qatılacaq.
68-ci dəfə keçirilən yarışma üçün həftə ərzində 89 ölkədən təxminən 100.000 ziyarətçinin Malmöyə gələcəyi gözlənilir.
Mayın 7-də müsabiqənin birinci yarımfinalı, mayın 9-da isə ikinci yarımfinalı keçiriləcək. Mayın 11-də “Avroviziya”nın böyük final mərhələsi baş tutacaq.
İsveçin 362 min əhalisi ilə üçüncü ən böyük şəhəri olan Malmödə 1992 və 2013-cü illərdə də “Avroviziya”ya ev sahibliyi edib. İsveçdə ümumilikdə 7 dəfə bu müsabiqə keçirilib.
Müsabiqənin ilk yarımfinalında Kipr, Serbiya, Litva, İrlandiya, Ukrayna, Polşa, Xorvatiya, İslandiya, Sloveniya, Finlandiya, Moldova, Azərbaycan, Avstraliya, Portuqaliya və Lüksemburq, ikinci yarımfinalında isə Malta, Albaniya, Yunanıstan, İsveçrə, Çexiya, Avstriya, Danimarka, Ermənistan, Latviya, San Marino, Gürcüstan, Belçika, Estoniya, İsrail, Norveç və Niderland təmsilçiləri çıxış edəcək.
1-05-2024, 16:55
Xınalığa dolu düşüb - VİDEO


Xınalığa dolu düşüb - VİDEO

Mayın 1-i saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Quba-Qusar bölgəsinin dağlıq ərazilərində şimşək çaxıb, arabir yağış yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Saat 15:55-16:05 radələrində Xınalığa diametri 5 mm olan dolu düşüb.

1-05-2024, 16:48
Azərbaycanda baş direktor və müavini cinayət başında saxlanıldı


Azərbaycanda baş direktor və müavini cinayət başında saxlanıldı

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə məlumatında deyilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, sanitariya-gigiyena xarakterli tədbirlərin icrası zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, o cümlədən hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə birgə kompleks tədbirlər həyata keçirilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.
Fakt üzrə Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.
İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Hazırda iş üzrə bütün qanunazidd hallar tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
1-05-2024, 16:43
Prezident BMT Baş katibinin köməkçisini qəbul etdi


Prezident BMT Baş katibinin köməkçisini qəbul etdi

Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də BMT Baş katibinin Sülhməramlı Əməliyyatlar Departamentində qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisi Aleksandr Zuyevi qəbul edib.
1-05-2024, 16:29
Şoyqu müharibə ilə bağlı yeni göstəriş verdi


Şoyqu müharibə ilə bağlı yeni göstəriş verdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Birgə Qüvvələr Qrupunun qərargahında müşavirə keçirib.
Müşavirədə nazir müharibədəki vəziyyətlə bağlı məruzələri dinləyib.
Nazirə düşmən PUA-ları ilə döyüşmək üçün modernləşdirilmiş silahlar təqdim edilib.
Şoyqu silah və məhvetmə vasitələrinin tədarükünü artırmağa, həmçinin hərbi texnikanın mühərrikləri, aqreqatları və komponentlərinin təmir müddətinin azaldılmasına çağırıb.
"Hücumun tələb olunan tempini saxlamaq və qoşun qruplarının döyüş gücünün artırılmasını təmin etmək üçün verilən silahların, hərbi texnikanın həcmini və keyfiyyətini artırmaq lazımdır" .
Sergey Şoyqu texnika və silahların operativ təmiri üçün ehtiyat hissələrinin və komponentlərinin dövriyyə vəsaitlərinin artırılması barədə göstəriş verib.
1-05-2024, 16:21
İlham Əliyev İraq parlamentinin sədrini qəbul edib


İlham Əliyev İraq parlamentinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



1-05-2024, 16:12
Gələn ay ardıcıl 5 gün iş olmayacaq


Gələn ay ardıcıl 5 gün iş olmayacaq

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq.
15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür.
Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 9 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu il iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.
Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun qeyri-iş günləri olacaq. Beləiliklə, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!